Teymur Rəcəbov
Teymur Rəcəbov | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Yaşadığı yer | |
Titulu | qrosmeyster (2001) |
Son reytinqi | 2738 (iyul 2022) |
Maksimal reytinqi | 2793 (noyabr 2012) |
FİDE nömrəsi | 13400924 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Teymur Rəcəbov (12 mart 1987[1][2][…], Bakı[3][4]) — Azərbaycanın aparıcı şahmatçılarından biri, qrosmeyster (2001-dən etibarən), vunderkind. 2022-ci ilin iyul ayının reytinqinə görə Azərbaycan şahmatçıları arasında 2-ci, dünya şahmatçıları arasında isə 18-cidir.[5]
O 2001-ci ilin martında, 14 yaşında qrosmeyster adını qazanmaqla dünya şahmat tarixinin 2-ci ən gənc qrosmeysteri oldu.[6] 2003-cü ildə Linares turnirində o vaxtki dünya 1-cisi Harri Kasparovu məğlub etdikdən sonra dünya 1-cisini məğlub edən ən gənc şahmatçı kimi dünya şahmat gündəminə düşdü. Ardınca, eyni ildə keçmiş dünya çempionları Vişvanatan Anand və Ruslan Ponomaryov üzərində qələbələr qazandı. Bu nəticə ilə birlikdə isə Rəcəbov 1 ildə üç FİDE dünya çempionunu məğlub edən yeganə şahmat ustası hesab edilir. Bundan sonra da o, elit şahmatçı olmaq üçün özünü inkişaf etdirdi. Nəhayət, 2012-ci ilin noyabrında əldə etdiyi maksimum reytinq olan 2793 reytinqi ilə dünya şahmatçılar cədvəlində 4-cü sıraya qalxdı.
2011 və 2013-cü illərdə iki dəfə Namizədlər Turnirində mübarizə aparmış və 2020 Dünya Şahmat Çempionatına vəsiqə qazanmışdır. 2009, 2013 və 2017-ci illərdə Azərbaycan komandası ilə birlikdə Şahmat üzrə Milli Komandaların Avropa çempionatının qalibi olmuşdur. Onun əsas fərdi uğurları arasında 2007-ci ildə Veyk-an-Zee turnirini, 2008-ci ildə Elista Qran Prisini, 2017 Cenevrə Qran Prisini və ən son 2019-cu ildə Dünya Şahmat Kubokunu qazanması yer alır.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Teymur Rəcəbov 12 mart 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. Harri Kasparov ilə eyni şahmat məktəbində təhsil alan yəhudi əsilli atası Boris Şeynin neft-qaz mühəndisi, anası Leyla Rəcəbova isə ingilis dili müəlliməsidir.[7][8][9] O, atasının məşqçiliyi ilə 3 yaşında şahmat oynamağı öyrəndi. Bakıdakı 160 nömrəli orta məktəbdə oxudu. 2006-cı ilin mayında o, UNİCEF-in Azərbaycan üzrə Milli xoşməramlı səfiri təyin edildi.[10][11]
Teymur Rəcəbov 2011-ci ilin oktyabr ayında SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qızı Elnarə Nəsirli ilə ailə qurub. 2013-cü ildə onların onların Məryəm adlı bir qız övladı dünyaya gəlib. 2022-ci il yanvar ayında Teymur Rəcəbov RSFSR Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə evlənib.[12]
Karyerası
[redaktə | mənbəni redaktə et]1998
[redaktə | mənbəni redaktə et]1998-ci ildə Kasparov Kubokunun qalibi olmuşdur.[13]
1999
[redaktə | mənbəni redaktə et]Yunanıstanda baş tutan 18 yaşa qədər gənclər arasında Avropa Çempionatının ən gənc iştirakçısı olan Teymur özündən 6 yaş böyük olan israilli şahmatçı Evgeni Postninin 2-ci olduğu bu turnirin qalibi ola bilmişdi.[14][15]
2000
[redaktə | mənbəni redaktə et]Budapeşt Şahmat Turnirində birinci yerə çıxmışdır.[16]
2001
[redaktə | mənbəni redaktə et]Hələ 13 yaşında ikən 2483 reytinqli Rəcəbov Veyk-an-Zee turnirinin B sinfini +6−2 = 3 hesabı ilə ikinci pillədə başa vurdu. İlk sıradakı 2694 reytinqli Mixail Qureviç Teymurdan sadəcə 0,5 xal irəlidəydi və bu nəticəylə Veyk-an-Zee turniri A sinfinin gələn ilki müsabiqəsində iştirak etməyə layiq oldu.[17]
2002
[redaktə | mənbəni redaktə et]Teymur Rəcəbov Yudit Polqardan sonra FİDE-nin Top 100 oyunçusu siyahısına daxil olmuş ikinci ən gənc oyunçudur. 2599 reytinqi ilə 2002-ci ilin yanvarında 14 yaşında ikən dünyada 93-cü sıradaydı. İyunda FİDE Moskva Qran Prisində sürətli oyunda İvançuk, Svidler, Belyavski və Akopyanu məğlub etsə də, finalda Kasparova ½–1½ hesabı ilə məğlub oldu.[18]
2003
[redaktə | mənbəni redaktə et]2003-cü ildə qara fiqurlarla 3 köhnə dünya şahmat çempionunu-Qarri Kasparov, Vişvanatan Anand, and Ruslan Ponomariovı məğlub edən Teymur tarixdə bunu bir il içində edən ilk şahmatçı oldu. Eynisini Hikaru Nakamura 2011-ci ildə Ponomariov, Anand and Vladimir Kramniki məğlub edərək təkrarladı.
Racəbovun Ponomariov üzərində qələbəsi Veyk-an-Zee turniridə gəldi və buradakı xalı + 3−3 = 7 olaraq hesablandı.[19] Anandla isə Dortmundda qarşı qarşıya gəldi və burada turniri +2−2 = 6 ilə tamamladı.[20] Linaresdə Kasparov üzərində qazanılan qələbə Rəcəbovun + 1−4 = 7 xalla bitirdiyi turnirdəki yeganə qələbəsi idi.[21][22] Kasparov Rəcəbov məğlubiyyətindən öncə 5 turnir idi ki, məğlub olmurdu. Ağ rəngli daşlarla isə o, 7 il məğlubiyyət üzü görməmişdi və bu məğlubiyyətdən sonra da heç vaxt görməyəcəkdi. 2005-ci ildə verdiyi bir müsahibədə Teymur Rəcəbov Kasparovun Linares 2003-də məğlubiyyətindən sonra öz nüfuzundan onun top turnirlərə dəvət olunmaması üçün istifadə etdiyini iddia etdi.[23]
2004
[redaktə | mənbəni redaktə et]Rəcəbov + 2−2 = 8 xalla bitirdiyi Linaresdə Qarri Kasparova qarşı iki heç-heçə edərək qalib Vladimir Kramnikdən bir xal gerisində Veselin Topalov ilə dördüncü yeri bölüşdü.[24] FİDE Dünya Şahmat Çempionatında 2004-cü ildə yarı finala yüksəldi (bürünc medal qazandı).
2005
[redaktə | mənbəni redaktə et]Rəcəbov aprel ayında Drev və Azmayparaşvilini qabaqlayaraq Dos Hermanas kubokunu qazandı. İlin sonunda o, Karyakin, İvançuk və Aronyanın birlikdə üçüncü-beşinci yerləri bölüşdüyü Avropa çempionatını Nisipeanun arxasında ikinci olaraq tamamladı.[25]
2006
[redaktə | mənbəni redaktə et]Fevralın 22-də Rəcəbov FİDE Dünya çempionu Veselin Topalovu (2801) qara daşlarla məğlub etdi[26] və turniri + 4−2 = 8 hesabı ilə bitirərək Linares / Moreliada ikinci yeri tutdu.[27]
Noyabr ayında Rəcəbov Cap d'Agde rapid turnirinin qalibi oldu. Dörddəbir və yarımfinalda Volokitin və Bakrota qarşı qalib gəldi və yarımfinalda Maqnus Karlseni məğlub edən Sergey Karyakini finalda məğlub etdi:1½–½.[28]
Dekabr ayında Florensiyada (Toskana, İtaliya) Yaradıcılıq Festivalı zamanı Rəcəbov Turin Dünya Kompüter Şahmat Çempionatını qazanan şahmat maşını Dərin Cuniyora qarşı rapid oyunda məğlub oldu.[29]
2007
[redaktə | mənbəni redaktə et]Yanvar ayında Rəcəbov Veyk-an-Zee turnirinin 19 nömrəli kateqoriyasında Veselin Topalov və Levon Aronyan ilə birlikdə, Kramnik və Anandı qabaqlayaraq birinci yeri bölüşdü. Turnirdə o, beş qələbə, bir məğlubiyyət və yeddi heç-heçə etdi.[30]
Eyni ildə kişilər üzrə Azərbaycan komandası ilə birlikdə Şahmat üzrə Milli Komandaların Avropa çempionatında bürünc medal qazandı.
Rəcəbov, həmçinin, 2007-ci ildə Linares turnirində oynamalı idi, lakin Meksikada bəzi əşyalarının qarət edilməsi səbəbiylə turniri tərk etdi. Onun yerinə Vasili İvançuk müsabiqədə iştirak etdi.[31]
2008
[redaktə | mənbəni redaktə et]Yanvar ayında Rəcəbov Odessada ACP Rapid Kubokunun finalında Qrischuku 2½-1½ hesabı ilə məğlub edərək turnirin qalibi oldu.[32] Elə həmin ay o, Veyk-an-Zee turnirində Dünya çempionu Vişvanatan Anandı məğlub edərək üçüncülüyü onunla bölüşdü (+ 3−1 = 9).[33] Rəcəbov Linaresdə orta sıraları(+ 2−2 = 8)[34], Bakıda məğlubiyyəti (+ 2−3 = 8)[35], Sofiyada isə İvançuk və Topalovun arxasınca üçüncülüyü aldı(+2−1=7)[36]. Avqustda Soçidə Aronyanın gerisində turniri ikinci(+ 5−2 = 6)[37] olaraq və Elistada isə birinciliyi bölüşərək(+ 4−1 =8) çox aktiv bir turnir ili keçirdi.[38]
2009
[redaktə | mənbəni redaktə et]Veyk-an Zeedə qalib Sergey Karyakinin 0,5 xal gerisində Movsesyan və Aronyan ilə birlikdə ikinci yeri bölüşdü.[39] Aroniyana qarşı turnirdə yeganə qələbəsini qazandıqdan sonra Linaresi beşinci pillədə bitirdi,[40] iyun ayında Baznadakı turnirdə,sadəcə, Qata Kamskiyə qarşı bir dəfə qalib gəlsə də, turnir boyunca məğlub olmadı.[41] Oktyabr ayında Rəcəbov Novi Sadda keçirilən Avropa Şahmat Çempionatında Azərbaycan komandasının qızıl medal qazanmasında böyük rol oynadı.[42][43]
2010
[redaktə | mənbəni redaktə et]Rəcəbov may ayında Həştərxanda ikinci yeri bölüşdü, 2008–2010 FIDE Qran Prisində ikinci yeri qoruyaraq 2012 Dünya Şahmat Çempionatı namizədlər turnirinə vəsiqə qazandı.[44] Növbəti ay Baznada Rəcəbov fərdi oyunlarında Boris Gelfandı məğlub etdikdən sonra onunla ikinci yeri bölüşdü.[45] Radjabov 24/38 ilə Dünya Blitz Çempionatını ikinci pillədə bitirdi.[46]
2011
[redaktə | mənbəni redaktə et]Kazandakı Namizədlərinin dörddəbir finalında, şahmat saatı ilə əlaqəli mübahisəli bir hadisədən sonra, Teymur Rəcəbov Vladimir Kramnikə məğlub oldu.[47][48][49]
Rəcəbov 7 oktyabrda Avropa Şahmat Kuboku Çempionatında birinci lövhə kimi oynayaraq, 3019 xallıq möhtəşəm performansla SOCAR komandasına ikincilik gətirdi. Bir müddət sonra, elə həmin ay Porto Karrasda keçirilən Şahmat üzrə Avropa Komanda Çempionatında Azərbaycan komandasına gümüş medallar qazandırdı. Noyabrda 2781 xallıq nəticə ilə yeni zirvəyə çatdı.
2012
[redaktə | mənbəni redaktə et]Rəcəbov yanvar ayında Veyk-an-Zee turnirində yarışdı. Buraya dünya birincisi Maqnus Karlsen və dünya ikincisi Levon Aronyanla birgə çoxları daxil idi. Orta göstərici 2755 xal idi. Bu, 13 turdan ibarət hadisəni 21-ci kateqoriyaya çevirdi.[50] Rəcəbov + 3−0=10 hesabı ilə qalib Levon Aronyandan bir xal geri qalan Maqnus Karlsen və Fabiano Karuanayla birgə ikinci yeri tutdu.[51] Artıq ardıcıl olaraq 4-cü dəfə idi ki, o Veykdə ilk üçlükdə yer alırdı. Daha güclü Tal Memorialında (ortalama reytinqi 2776 bal olan 22-ci kateqoriya) qalib Karlsendən sonra ikinci yerə (+ 2−1 = 6) çıxdı. Beləcə, yeni zirvə reytinqinə və 2788 xal ilə iyul siyahısında 4-cü sıraya yüksəldi. <ref>Tal Memorial Rd9 – Carlsen takes title in record event Chessbase.com 2012-06-19. Retrieved 28 December 2015.</ref> Rəcəbov həmçinin 2012-ci ildə İstanbul Türkiyə 2012 Olimpiadasında ilk lövhə olaraq yarışdı. Nəticədə, reytinqini 2788 xaldan indiyə qədərki ən yüksək xal olan 2793 xala yüksəltdi və birinci lövhədə ikinci ən yüksək performansı qazandı. Rəcəbov 17 oktyabrda Avropa Şahmat Klubu Çempionatında birinci lövhədə oynayaraq, SOCAR komandasını qələbəyə apardı və yenidən lövhəsində ikinci ən yüksək göstəricisini əldə etdi.
2013
[redaktə | mənbəni redaktə et]Rəcəbov 2013-cü il martın 15-dən aprelin 1-dək Londonda baş tutan Namizədlər Turnirində iştirak etdi. Turniri + 1−7 = 6 xal ilə bitirdi.
O, Azərbaycan komandasının tərkibində 2013-cü ilin noyabrında Polşanın paytaxtı Varşavada keçirilən Şahmat üzrə Milli Komandaların Avropa çempionatında qızıl medal qazandı. Turniri 4½/8 xal (+ 1−0 = 7) ilə tamamladı.
2014
[redaktə | mənbəni redaktə et]Rəcəbov mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə təşkil edilən Şəmkir turnirində iştirak etdi. O, 5/10 nəticə göstərərək Karlsen və Karuananın ardından üçüncü oldu. Bu turnirdə o öz reytinqinə 11 xal əlavə etdi. Rəcəbov turnirdəki fərdi oyununda Maqnus Karlseni məğlub etmişdi.
2015
[redaktə | mənbəni redaktə et]Racəbov Veyk-an-Zee turnirində iştirak edərək 6/13 xalla 14 şahmatçı içərisində 8-ci yeri tutdu. Elə həmin il Karlsen və İan Nepomniaçtçinin ardından Rapid Şahmat Dünya Çempionatında bürünc medal qazandı.
2016
[redaktə | mənbəni redaktə et]2016-cı ildə Rəcəbov heç bir naliyyət qazanmadığı Vüqar Həşimovun xatirəsinə Şəmkir çempionatı, Avropa Klublar Kuboku, Dünya Blits və Rapid çempionatı və Şahmat Olimpiadası kimi çoxsaylı turnirlərdə iştirak etdi.
2017
[redaktə | mənbəni redaktə et]Aprel ayında Rəcəbov illik Şəmkir Şahmat turnirində yarışdı və 10 oyunçu içərisində 8-ci yerin sahibi oldu.
O, 2017 FİDE Qran Prisində iştirak etdi. May ayında 18 şahmatçının iştirak etdiyi Moskva turunda 4-cü yeri tutdu. İyul ayında Cenevrə turunda 6/9 xal toplamaqla turnirin qalibi oldu. Üç turnirinin finalında 5/9 xal topladı. Bu, onu ümumi Qran Pri reytinqində üçüncü yerə qoydu, yəni o, 2018 Namizədlər Turnirində iştirak etməkdən məhrum oldu; final turnirində əlavə 0,5 xal toplasaydı Qran Pridə ilk iki pillədə yer alaraq, Namizədlər Turnirində iştirak edə biləcəkdi.
2017-ci ilin sentyabr ayında FİDE-nin reytinqində o, 19-cu sıradaydı. Bu, 2015-ci ilin oktyabrından bəri ilk dəfə idi ki, Rəcəbov siyahıda ilk 20-yə daxil ola bilirdi. Növbəti ay o, 17-ci pillədə qərarlaşdı; bu onun dörd il içərisindəki ən yüksək reytinqidi idi. Noyabr ayında Rəcəbov Azərbaycan yığması ilə Avropa Komanda Şahmat Çempionatında qızıl medal qazandı və fərdi olaraq gümüş medal qazandı.
2018
[redaktə | mənbəni redaktə et]2018-ci ilin aprel ayında Rəcəbov Şəmkir Beynəlxalq Şahmat Turniri beşinci yarışında iştirak etdi və 4,5/9 xalla (+ 0-0 = = 9) yeddinci oldu. May ayında FİDE dünya reytinqində 3 reytinq xalı qazandı və 16-cı sıraya yüksəldi. Bu, onun 5 il ərzində topladığı ən yüksək reytinq idi.[52]
Batumidə keçirilən 43-cü Şahmat Olimpiadasında Rəcəbov Azərbaycan komandasında oynadı və Uesli So üzərində + 6-0 = 4 kimi üstün bir hesab ilə qalib gəldi. Azərbaycan komandası turniri 15-ci yerdə başa vurdu. Rəcəbov isə fərdi olaraq bürünc medal qazandı. Bundan əlavə, 6 reytinq xalı qazanaraq dünya reytinqində 14-cü yerə yüksəldi.
2019
[redaktə | mənbəni redaktə et]Yanvar ayında Rəcəbov Veyk-an-Zee turnirində iştirak etdi və 6,5 xal (+ 1-1 = 11) toplayaraq 7-ci oldu. Apreldə isə o, Şəmkir Beynəlxalq Şahmat Turnirində 6-cı dəfə oynadı və artıq o dünya reytinqində 12-ci sıraya yüksələ bilmişdi.
May ayında Teymur Rəcəbov 2019 FİDE Qran Prisində - 2020 Dünya Şahmat Çempionatının seçmə mərhələsində iştirak etdi. O, Amerikalı qrosmeyster Hikaru Nakamura tərəfindən Moskva Qran Prisinin birinci mərhələsində tay-brekdə məğlub edildi.[53]
İyul ayında Teymur Dortmund Sparkassen Şahmat Turnirində oynadı və 4 xalla digər şahmatçılarla 2-5-ci yerləri bölüşdü.
FİDE Dünya kuboku 2019
[redaktə | mənbəni redaktə et]9 sentyabrdan 4 oktyabra qədər Rusiyanın Xantı-Mansi şəhərində keçirilən Dünya Kuboku yarışına qatıldı. Burada ilk olaraq Farer Adaları təmsilçisi Ziska Helgi Damı (2533 ELO) üstələdi.[54] Sonrakı mərhələdə Sənan Sjugirova (2662 ELO) tay-brekin ikinci rapid partiyasında,[55] on altıda bir finalda Danil Yuffaya (2577 ELO) qalib gəldi,[56] Səkkizdə bir finalda isə Şəhriyar Məmmədyarovu (2767 ELO) teybrekin dördüncü partiyasında mübarizədən kənarlaşdırdı,[57] Dörddə bir finalda ABŞ-ni təmsil edən Ceferi Xionqa (2707 ELO) ikinci klaasik partiyada,[58] yarım finalda Maksim Vaşer-Laqrava (2774 ELO) yenə ikinci klassik partiyada qalib gələrək finala çıxdı.[59] Teymur bu qələbə sayəsində həm də 2020-ci ildə keçiriləcək Namizədlər Turnirinə vəsiqə qazandı. Bundan əvvəl o sonuncu dəfə 2013-cü il Londondakı Namizədlər Turnirində iştirak etmişdi.[60] Finalda isə Dinq Lirenlə (2811 ELO) dörd klassik partiya oynanıldı. İlk klassik partiya heç-heçə sona çatdı.[61] İkinci partiyadan Dinq Liren qalib ayrıldı.[62] Üçüncü partiyada isə Teymur ağ fiqurlarla revanş almağı bacardı.[63][64] Dördüncü klassik partiya heç-heçə nəticələndiyindən (ümumi hesab 2:2) tay-brek oynanıldı.[65][66] İlk dörd rapid partiya (25+10 və 10+10 vaxt nəzarətli) heç-heçə ilə sona çatdı. Ardından iki blits partiyası keçirildi və Teymur hər iki pratiyada qalib gələrək (ümumi hesab 6:4) Azərbaycan şahmat tarixində ilk dəfə olaraq Dünya Kubokunun sahibi oldu.[67][68] Turnirdən sonra FİDE rəsmi instaqram səhifəsində azarkeşlərin səsverməsinə əsasən Teymur Rəcəbov və Maksim Vaşer-Laqrav arasında keçirlimiş ikinci oyunu Dünya Kubokunun dörddə bir və yarımfinallarının ən yaxşı oyunu olduğunu elan etdi.[69]
Dünya Kubokundakı uğurlu nəticələri sayəsində uzun illər sonra Teymur Rəcəbov ELO balını artıraraq top 10-luğa daxil oldu.[60]
2021
[redaktə | mənbəni redaktə et]3 yanvar 2021-ci ildə, Rəcəbov "chess24.com" saytı üzərindən şahmatın rapid növzü üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin qalibi olmuşdur. Play-off mərhələlərində Yan Nepomnyaşşiy və Danil Dubova qalib gələn Teymur finalda Ermənistan təmsilçisi Levon Aronyanı da üstələməyi bacarıb. İlk görüşdə rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən həmyerlimiz, ikinci dueldə də rəqibinə gücünü göstərib. Rəcəbov üç görüşdən sonra (0,5:0,5, 1:0, 0,5:0,5) ikinci qələbəni əldə edərək (2:1) çempion tituluna yiyələnib. Dördüncü görüşün heç bir əhəmiyyəti qalmadığından oynanılmayıb.[70]
2022
[redaktə | mənbəni redaktə et]30 may-10 iyun tarixlərində Norveçin Stavanger şəhərində keçirilən "Norway Chess 2022"ə qatıldı və ilk gündə keçirilən blitz mərhələsini sonuncu yerdə bitirdi.[71] Sonrakı günlərdə keçirilən klassik mərhələni 8 xalla 9-cu yerdə başa vurdu.[72]
Namizədlər Turniri 2022
[redaktə | mənbəni redaktə et]2020-ci ildə koronavirus səbəbindən haqlı olaraq imtina edən Teymura, FİDE 2022-ci ildə keçirilən Namizədlər turninidə birbaşa iştirak hüququ verdi. Burada Teymurun rəqibləri Yan Nepomnyaşşiy, Fabiano Karuana, Yan Kşişof-Duda‽, Dinq Liren, Əlirza Firuzca, Hikaru Nakamura, Riçard Rappord idi.[73]
Dövrə | Tur | Tarix | Masa | Ölkə | Oyunçu - ağlarla (xal) | Nəticə | Oyunçu - qaralarla (xal) | Ölkə | Açılışın tipi | Gedişlərin sayı |
---|---|---|---|---|---|---|---|---|---|---|
1-ci | 1 | 17.06.2022 | 4 | AZE | Teymur Rəcəbov (0) | ½ – ½ | Əlirza Firuzca (0) | FRA | Qəbul olunmayan Vəzir qambiti, Raqozin variantı[74] | 71 |
2 | 18.06.2022 | 2 | ABŞ | Hikaru Nakamura (0) | 1 – 0 | Teymur Rəcəbov (½) | AZE | İspan görüşü və ya Ruy Lopez, Berlin müdafiəsi[75] | 75 | |
3 | 19.06.2022 | 3 | AZE | Teymur Rəcəbov (½) | ½ – ½ | Yan Nepomnyaşşiy (1½) | RUS | Qəbul olunmayan Vəzir qambiti, Raqozin variantı | 30 | |
4 | 21.06.2022 | 3 | POL | Yan Kşişof Duda (1½) | ½ – ½ | Teymur Rəcəbov (1) | AZE | İspan görüşü və ya Ruy Lopez, Berlin müdafiəsi[76] | 41 | |
5 | 22.06.2022 | 2 | AZE | Teymur Rəcəbov (1½) | ½ – ½ | Dinq Liren (1½) | ÇXR | Katalon açılışı[77] | 50 | |
6 | 23.06.2022 | 1 | AZE | Teymur Rəcəbov (2) | ½ – ½ | Riçard Rappord (2½) | MAC | Siciliya müdafiəsi, Taymanov variantı[78] | 40 | |
7 | 25.06.2022 | 4 | ABŞ | Fabiano Karuana (4) | 1 – 0 | Teymur Rəcəbov (2½) | AZE | Siciliya müdafiəsi, "O'Kelly" variantı[79] | 56 | |
2-ci | 8 | 26.06.2022 | 4 | FRA | Əlirza Firuzca (2½) | ½ – ½ | Teymur Rəcəbov (2½) | AZE | İtalyan oyunu və ya "Giuoco Piano", "Pianissimo" varinatı[80] | 93 |
9 | 27.06.2022 | 2 | AZE | Teymur Rəcəbov (3) | 1 – 0 | Hikaru Nakamura (4½) | ABŞ | İspan görüşü və ya Ruy Lopez, Berlin müdafiəsi | 41 | |
10 | 29.06.2022 | 3 | RUS | Yan Nepomnyaşşiy (6½) | ½ – ½ | Teymur Rəcəbov (4) | AZE | Qəbul olunmayan Vəzir qambiti, Raqozin variantı | 37 | |
11 | 30.06.2022 | 3 | AZE | Teymur Rəcəbov (4½) | ½ – ½ | Yan Kşişof-Duda (4) | POL | İngilis açılışı, Hind müdafisəsi | 33 | |
12 | 01.07.2022 | 2 | ÇXR | Dinq Liren (6½) | 0 – 1[81] | Teymur Rəcəbov (5) | AZE | Nizmo-Hind müdafisəsi[82] | 26 | |
13 | 03.07.2022 | 4 | AZE | Teymur Rəcəbov (6) | ½ – ½ | Fabiano Karuana (6) | ABŞ | Qəbul olunmayan Vəzir qambiti, Raqozin variantı | 31 | |
14 | 04.07.2022 | 1 | MAC | Riçard Rappord (5½) | 0 – 1 | Teymur Rəcəbov (6½) | AZE | İspan görüşü və ya Ruy Lopez, Berlin müdafiəsi | 33 |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://ratings.fide.com/toparc.phtml?cod=341.
- ↑ http://ratings.fide.com/toparc.phtml?cod=337.
- ↑ http://en.chessbase.com/post/first-fide-grand-prix-in-baku-azerbaijan/4.
- ↑ http://en.chessbase.com/post/baku-r2-adams-radjabov-and-inarkiev-win.
- ↑ TOP CHESS PLAYERS Arxivləşdirilib 2022-09-24 at the Wayback Machine. ratings.fide.com
- ↑ "Chess News – Chess prodigies and mini-grandmasters". ChessBase.com. 2006-01-10. İstifadə tarixi: 2011-07-15. [ölü keçid]
- ↑ Редакция журнала Наука и жизнь. "БАКИНСКИЙ ВУНДЕРКИНД № 2 | Наука и жизнь". Nauka i Zhizn. 2004-12-14. 2013-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-08.
- ↑ Leonard Barden (25 February 2003):Kasparov defeated by 15-year-old prodigy Arxivləşdirilib 2017-09-06 at the Wayback Machine The Guardian. Retrieved 23 August 2013.
- ↑ "Teimour Radjabov". 2014-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
- ↑ "UNICEF people". 2019-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
- ↑ Teimour Radjabov Meets Jean-Paul Belmondo Arxivləşdirilib 2011-09-11 at the Wayback Machine. Chessdom.com 2010-08-31. Retrieved 2012-06-24.
- ↑ "Teymur Rəcəbov evləndi". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-23.
- ↑ "Teymur Rəcəbovun bioqrafiyası (rus)". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
- ↑ "2004". 2012-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
- ↑ 2005 Arxivləşdirilib 2012-11-09 at the Wayback Machine, 2006 Arxivləşdirilib 2012-11-09 at the Wayback Machine, 2007 Arxivləşdirilib 2012-11-09 at the Wayback Machine
- ↑ "Şahmat Təqvimi (ing)". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
- ↑ "Teymur Rəcəbovun 13 yaşındakı naliyyəti". 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
- ↑ FIDE Moscow Grand Prix Moscow World Chess Grand Prix 2002. ChessBase.com. Retrieved on 2012-06-23. [ölü keçid]
- ↑ Vishy wins Wijk Arxivləşdirilib 2016-01-06 at the Wayback Machine. Chessbase.com 2003-01-27. Retrieved 28 December 2015.
- ↑ Dortmund Round 10: Viorel Bologan sole winner Arxivləşdirilib 2016-01-05 at the Wayback Machine. Chessbase.com 2003-08-13. Retrieved 28 December 2015.
- ↑ A Black Day in Linares! Radjabov Defeats Kasparov Arxivləşdirilib 2016-01-05 at the Wayback Machine. Chessbase.com 2003-02-23. Retrieved 28 December 2015.
- ↑ Kramnik–Leko, Anand–Kasparov Drawn. Leko Takes Title Arxivləşdirilib 2016-01-05 at the Wayback Machine. Chessbase.com 2003-03-09. Retrieved 28 December 2015.
- ↑ Radjabov: Kasparov is obstructing my career Arxivləşdirilib 2016-01-05 at the Wayback Machine. Chessbase.com 2005-01-05. Retrieved 28 December 2015.
- ↑ Linares 14: Vallejo holds Kasparov; Kramnik clear first Arxivləşdirilib 2016-01-05 at the Wayback Machine. Chessbase.com 2004-03-08. Retrieved 28 December 2015.
- ↑ Liviu-Dieter Nisipeanu new European Champion Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. Chessbase.com 2005-07-02. Retrieved on 28 December 2015.
- ↑ Morelia R4: Topalov implodes, Svidler and Leko skyrocket Arxivləşdirilib 2016-01-06 at the Wayback Machine. Chessbase.com 2006-02-23. Retrieved on 2012-06-24.
- ↑ Chess News – Linares R14: Levon Aronian wins Morelia/Linares Super-GM Arxivləşdirilib 2016-01-06 at the Wayback Machine. ChessBase.com 2006-03-11. Retrieved on 28 December 2015.
- ↑ "Teimour Radjabov wins Cap d'Agde". Chessbase.com. 5 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 December 2015.
- ↑ "Meanwhile in Florence: Radjabov vs Deep Junior". 5 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 December 2015.
- ↑ Corus Chess 2007 – Report of round 13 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. Tata Steel Chess Tournament. Retrieved on 2012-06-23.
- ↑ "Teimour Radjabov withdraws from Morelia – Linares 2007". Chesscenter.com. 2011-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-15.
- ↑ Radjabov wins ACP World Rapid Cup in Odessa Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. Chessbase.com 2008-01-08. Retrieved 28 December 2015.
- ↑ Wijk R13: Aronian, Carlsen win Wijk aan Zee 2008 Arxivləşdirilib 2016-01-06 at the Wayback Machine. Chessbase.com 2008-01-27. Retrieved 28 December 2015.
- ↑ Linares R14: All games drawn, Anand wins Super-GM Arxivləşdirilib 2016-01-05 at the Wayback Machine. Chessbase.com 2008-03-07. Retrieved 28 December 2015.
- ↑ Baku R13: Gashimov, Wang and Carlsen win Grand Prix Arxivləşdirilib 2016-01-05 at the Wayback Machine. Chessbase.com 2008-05-05. Retrieved 28 December 2015.
- ↑ MTel R10: Ivanchuk wins Sofia by 1½ points Arxivləşdirilib 2016-01-05 at the Wayback Machine. Chessbase.com 2008-05-18. Retrieved 28 December 2015.
- ↑ Sochi R13: Aronian wins Second FIDE Grand Prix Arxivləşdirilib 2016-01-05 at the Wayback Machine. Chessbase.com 2008-08-14. Retrieved 28 December 2015.
- ↑ Elista R13: Eljanov beats Inarkiev, all other games drawn Arxivləşdirilib 2016-01-05 at the Wayback Machine. Chessbase.com 2008-12-28. Retrieved 28 December 2015.
- ↑ Wijk R13: Sergey Karjakin wins Wijk aan Zee 2009 Arxivləşdirilib 2016-01-06 at the Wayback Machine. Chessbase.com 2009-02-01. Retrieved 28 December 2015.
- ↑ Linares R14: All games drawn, Grischuk wins on tiebreak Arxivləşdirilib 2016-01-05 at the Wayback Machine. Chessbase.com 2009-03-07. Retrieved 28 December 2015.
- ↑ Bazna R10: Ivanchuk wins with a full point lead Arxivləşdirilib 2016-01-05 at the Wayback Machine. Chessbase.com 2009-06-26. Retrieved 28 December 2015.
- ↑ Сборная Азербайджана стала чемпионом Европы по шахматам Arxivləşdirilib 2009-11-02 at the Wayback Machine (rus.)
- ↑ "Gold for Azerbaijan and Russia in Novi Sad". Chessvibes.com. 2011-07-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-15.
- ↑ GP in Astrakhan: Eljanov wins by a full point Arxivləşdirilib 2016-01-06 at the Wayback Machine. Chessbase.com 2010-05-25. Retrieved 28 December 2015.
- ↑ Medias R10: Magnus Carlsen wins with two-point lead Arxivləşdirilib 2012-11-19 at the Wayback Machine Chessbase.com 2010-06-25. Retrieved 2012-06-24.
- ↑ Aronian wins World Blitz Championship Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. Chessbase.com. Retrieved 28 December 2015.
- ↑ Aliyev, Elmir. "Скандальное поражение Теймура Раджабова от Владимира Крамника – ДОПОЛНЕНО". 1news.az. 18 May 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 May 2011.
- ↑ "Раджабов не винит поломку шахматных часов в поражении от Крамника". 22 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2011.
- ↑ FIDE Candidates R1 Tiebreak: Aronian out; Kramnik saved by the clock! Arxivləşdirilib 2019-09-30 at the Wayback Machine, Chessbase, May 9, 2011
- ↑ "Participants – Tata Steel Chess". Tatasteelchess.com. 6 February 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 January 2012.
- ↑ Wijk aan Zee Rd13: Aronian is sole winner! Arxivləşdirilib 2016-01-06 at the Wayback Machine Chessbase.com 2012-01-30. Retrieved 28 December 2015.
- ↑ Staff writer(s). "Results: Cross Table". Shamkir Chess. 28 April 2018. 26 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 October 2019.
- ↑ Doggers, Peter. "Nakamura, So Through To Round 2 FIDE Grand Prix Moscow". Chess.com. 20 May 2019. 26 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 October 2019.
- ↑ "Khanty World Cup 1.2: A Svidler masterpiece". 2022-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
- ↑ "Khanty World Cup R2 TB: Giri survives Armageddon". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
- ↑ "Khanty World Cup 3.2: No way back". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
- ↑ "FIDE Chess World Cup: Xiong Knocks Out Duda; Radjabov Eliminates Mamedyarov". 2020-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
- ↑ "FIDE World Cup QF: Ding & Radjabov reach semis". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
- ↑ "FIDE Chess World Cup: Radjabov Knocks Out MVL, Qualifies For Candidates". 2022-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
- ↑ 1 2 "FIDE World Cup SF: Radjabov crushes MVL's dream". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
- ↑ "FIDE World Cup Final, 1: A normal day". 2022-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
- ↑ "FIDE World Cup Final 2: Ding Liren strikes". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
- ↑ "FIDE World Cup Final 3: Never write off Radjabov!". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
- ↑ "FIDE Chess World Cup: Radjabov Strikes Back". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
- ↑ "FIDE World Cup Final 4: Tiebreaks it is!". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
- ↑ "World Cup: Champion to be determined on tiebreak". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
- ↑ "Radjabov Wins FIDE Chess World Cup; Vachier-Lagrave Takes 3rd". 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
- ↑ "Teymur Rəcəbov Dünya Kubokunun qalibi oldu!". 2020-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
- ↑ "Radjabov vs Vachier-Lagrave is the best game of FIDE World Cup quarters and semis". 2023-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
- ↑ "Radjabov beats Aronian to win Airthings Masters". 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-04.
- ↑ Norway Chess | Blitz Arxivləşdirilib 2022-05-30 at the Wayback Machine. chess24.com
- ↑ Magnus Carlsen wins 5th Norway Chess title Arxivləşdirilib 2022-07-03 at the Wayback Machine. Chess24.com
- ↑ FIDE Candidates Chess Tournament 2022: All The Information Arxivləşdirilib 2022-09-28 at the Wayback Machine. chess.com
- ↑ Ragozin and Queen's Gambit Arxivləşdirilib 2023-01-22 at the Wayback Machine. modern-chess.com
- ↑ C65: Ruy Lopez, Berlin defence Arxivləşdirilib 2022-08-31 at the Wayback Machine. 365chess.com
- ↑ Ruy López Opening: Berlin Defense Arxivləşdirilib 2022-06-24 at the Wayback Machine. Chess.com
- ↑ Catalan Opening Arxivləşdirilib 2022-09-22 at the Wayback Machine. Chess.com
- ↑ Taimanov Sicilian: Opening Guide for White & Black Arxivləşdirilib 2023-01-22 at the Wayback Machine. Chessable.com
- ↑ Sicilian Defense O’Kelly Variation – IM Robert Ris (iChess Club) Arxivləşdirilib 2021-12-08 at the Wayback Machine. Ichess.net
- ↑ Giuoco Piano Opening Explained: The Moves, The Why and Variations Arxivləşdirilib 2022-01-27 at the Wayback Machine. Chessquestions.com
- ↑ Radjabov crushes Ding, leaving Nepo a draw from triumph Arxivləşdirilib 2023-01-22 at the Wayback Machine. chess24.com
- ↑ Nimzo-Indian Defense Arxivləşdirilib 2022-07-01 at the Wayback Machine. chess.com
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- FIDE Chess Profile
- Teimour Radjabov. Chess-DB.com Arxivləşdirilib 2016-05-28 at the Wayback Machine (ing.)
- Teimour Radjabov. Chessgames.com (ing.)
- Teimour_Radjabov. 365Chess.com (ing.)
- Radjabov, Teimour. OlimpBase.org (ing.)
- Yaşayan insanlar
- 12 martda doğulanlar
- 1987-ci ildə doğulanlar
- "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə şahmatçılar
- Bakıda doğulanlar
- Azərbaycan şahmatçıları
- Azərbaycanlı şahmatçılar
- Azərbaycan yəhudiləri
- Yəhudi əsilli azərbaycanlılar