Vikipediya:Kənd meydanı

Vikipediya, azad ensiklopediya
Ən son rəy:2 saat öncə, Nemoralis tərəfindən "Bərpa üçün namizəd olan səhifələr." mövzusunda
Naviqasiyaya keç Axtarışa keç


Vikipediya:Təmiz başlanğıc

[mənbəni redaktə et]

Salam. Planımda olan qaydalardan daha birini hazırlaya bildim nəhayət. Hər birinizi müzakirəyə dəvət edirəm, ardınca səsverməyə çıxaracağam. Hörmətlə, Qədir (müzakirə) 10:42, 23 sentyabr 2024 (UTC)Cavabla

Təşəkkür edirəm qayda üçün. Keçən dəfə bu barədə müzakirə gedirdi, yaxşı oldu bunun tərcümə olunmağı. Şiroi Akuma 15:17, 24 sentyabr 2024 (UTC)Cavabla
Dəstəkləyirəm. --► Hörmətlə: SolaVirum 14:59, 28 sentyabr 2024 (UTC)Cavabla
Şərh Şərh: Dəstəkləyirəm. Redivy (müzakirə) 15:35, 14 oktyabr 2024 (UTC)Cavabla

White Demon, Solavirum, ✅Y müvafiq səsvermə başladıldı. Müddət 25 gün təyin olunmuşdur. Hörmətlə, Qədir (müzakirə) 11:13, 29 sentyabr 2024 (UTC)Cavabla

@Gadir, 25 niyə? 15 gün özü belə çoxdur, o ki qala 25. 1 həftə və ya 10 gün kifayətdir. samral müzakirə 04:50, 3 oktyabr 2024 (UTC)Cavabla
Samral, aktivliyə və marağa görə, həmçinin digər səsvermələri də nəzərə alaraq rahat olsun deyə 25 gün seçmişəm, həm də digər qaydalardan daha uzundur bu. VP:SV-də 7, 15, 25 gün seçimləri var. Məncə, müddətin uzun olması problem deyil. Hörmətlə, Qədir (müzakirə) 10:50, 3 oktyabr 2024 (UTC)Cavabla

Portallarla bağlı

[mənbəni redaktə et]
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Salam. Bildiyiniz kimi bizdə Portal adlı bir layihə mövcuddur. Məsələn, Portal:Anime və manqa, Portal:Videooyunlar kimi. Portallar olduqca maraqlı bir layihədir, müəyyən bir mövzuya fokuslanmağa imkan verir. Amma təəssüf ki, demək olar ki, AzVikidə artıq uzun müddətdir ki, portallar unudulub və maraq göstərən də yoxdur. Bizdə guya ki, Seçilmiş portallar layihəsi var, 5 portal da guya bu statusu daşıyır. Amma artıq 10 ildir ki, Seçilmiş portallar layihəsinə yaxın duran yoxdur. Qeyd edim ki, EnViki 2017-ci ildə, TrViki isə 2022-ci ildə Seçilmiş portal layihəsini tamamilə ləğv edib. Bundan əlavə, Ana səhifənin başlığında müxtəlif portallara keçidlər verilib, amma portalların demək olar ki, hamısı ölüdür. Həmin portallarda aktivlik yoxdur, oxucu girib 2024-cü ilin yox, 2014-cü ilin vikisini oxuyur elə bil. O qədər yeni məqalə yazılır, status alır, amma heç biri o portallarda yer almır.

Mən ona görə təklif edirəm ki, Seçilmiş portallar layihəsini və Seçilmiş portal statusu olan portalların statusu təmiz ləğv edək, Ana səhifəni başlığındakı portalları da çıxaraq, başlığı başqa cür dizayn edək. Yerinə nəsə qoya bilərik, ya da sadə də ola bilər. Şiroi Akuma 06:32, 5 oktyabr 2024 (UTC)Cavabla

İndi dedin yadıma düşdü)). Bəli, doğru deyirsiz inkişaf etmir, ölü layihədi. Araz Yaquboglu (müzakirə) 07:40, 5 oktyabr 2024 (UTC)Cavabla
Qeyd edilən arqumentlərlə razıyam və təklifi dəstəkləyirəm. Yeri gəlmişkən, trviki "portal" layihəsini ümumiyyətlə ləğv edib. Köhnələr qalır, amma yeni portal yaradılmır. Ana səhifə isə yenidən dizayn edilməlidir. Bu barədə ayrı başlıqda daha geniş müzakirə aparmaq olar. Hörmətlə, Qədir (müzakirə) 10:06, 5 oktyabr 2024 (UTC)Cavabla
Dəstəkləyirəm. Ana səhifəyə bunu əlavə edə bilərik: İstifadəçi:Nemoralis/Ana Səhifə Nemoralis (müzakirə) 15:58, 5 oktyabr 2024 (UTC)Cavabla
Yaxşıdır, əlinə sağlıq. Hörmətlə, Qədir (müzakirə) 16:06, 5 oktyabr 2024 (UTC)Cavabla
+ Turkmen müzakirə 16:49, 5 oktyabr 2024 (UTC)Cavabla
White Demon ilə razıyam, bəlkə də layihənin potensialı var amma indiki vəziyyətdə uğur yolu görünmür. Ana səhifəyə bunu əlavə edə bilərik — Bikar müzakirə 17:12, 5 oktyabr 2024 (UTC)Cavabla
razıyam. çoxdan fikirləşdiyim şey idi elə. yerinə düşdü. ləğv olunsun Atakhanli (müzakirə) 18:23, 5 oktyabr 2024 (UTC)Cavabla
  • Ləğv olunmasının tərəfdarıyam. Envikidə bu qərarla bağlı müzakirədə də qeyd edildiyi kimi, portallar təkcə redaktorlar yox, həm də oxucular tərəfindən maraq görmür və uyğun səhifələrin izlənmə sayının azlığından bunu aydın görmək olur. Təklif edilən addımların atılması ilə razıyam. --Sura Shukurlu (müzakirə) 22:31, 5 oktyabr 2024 (UTC)Cavabla

✅Y Yekdilliklə qəbul olundu. Hörmətlə, Qədir (müzakirə) 20:25, 6 oktyabr 2024 (UTC) Cavabla

Hara tələsirsiz? Qoyardız müzakirə ən azından 1 həftə davam edərdi də? Bəlkə razılaşmayan biri olacaqdı. Nemoralis (müzakirə) 05:39, 7 oktyabr 2024 (UTC)Cavabla
Məncə də tələsik qərardı. Şəxsən mən portalların ləğvinə qarşıyam. Onsuz da dilimizdə məlumat qıtlığı var. Vaxtilə əziyyətlə yaradılan portalları silmək mənasızdır. Elə bil ki hansısa məqalə oxunmur deyə silirik. Rəcəb Yaxşı (müzakirə) 06:18, 7 oktyabr 2024 (UTC)Cavabla
Portallar ləğv olunmur ya da silinmir. Söhbət Seçilmiş portal layihəsinin ləğvindən və Ana səhifənin başlığından portalların çıxarılmasından söhbət gedir sadəcə. Şiroi Akuma 06:22, 7 oktyabr 2024 (UTC)Cavabla
@Nemoralis, @Rəcəb Yaxşı, kifayət qədər fikir gəldiyini və qarşı fikir də olmadığını nəzərə alıb icra etmişdim, istəyirsinizsə, geri qaytara bilərəm, bir neçə gün sonra tətbiq edərik. Hörmətlə, Qədir (müzakirə) 11:11, 7 oktyabr 2024 (UTC)Cavabla
@Gadir, bu hörmətsizlikdir. 2 günə müzakirə yekunlaşdırılmır. Təəssüf ki, siz özfəaliyyəti dayandırmırsınız və istədiyinizi edirsiniz. Turkmen müzakirə 11:27, 7 oktyabr 2024 (UTC)Cavabla
@Turkmen, qeyd etdiyiniz niyyətlərlə etməmişəm, SNS-də və müzakirə səhifələrində olduğu kimi burda da ortaq fikir varsa, qərar daha tez tətbiq edilə bilər deyə bilirəm. Burada əsas məsələ iştirakçı sayıdır yoxsa müddət? Hər iki nüansa da diqqət etməyə çalışıram. Bu dəyişikliyi geri alım indi? Hörmətlə, Qədir (müzakirə) 11:35, 7 oktyabr 2024 (UTC)Cavabla
Məncə də nəsə qərar qəbul edəndə heç olmasa 1 həftə gözləmək lazımdır. Düzdü, onsuz da nəticə eyni olacaq, amma istifadəçilər etiraz edir. Şiroi Akuma 13:28, 7 oktyabr 2024 (UTC)Cavabla

Bu portallarnan çoxdan nəsə etmək lazım idi. Məncə, onların müəyyən mövzularla bağlı yazan istifadəçilər üçün iki üstünlükləri var: 1) həmin mövzuya maraq göstərən istifadəçilər üçün bir-birini tapmağı və bir-birinin fəaliyyəti ilə tanış olmağı asanlaşdırır; 2) həmin mövzu ilə bağlı qaydaların və başqa infrastrukturun tapılmasını asanlaşdırır. Əgər, biz portalları ciddən islahat etmək istəyirik, bu iki üstünlüklərini özəlliklə vurğulamaq lazımdır. --Мурад 97 (müzakirə) 11:52, 7 oktyabr 2024 (UTC)Cavabla

Layihəyə maraq yoxdur. Vikilayihələrlə də bu dediyinizi etmək mümkündür. Hətta o, daha genişdir, orada istifadəçilər birləşib məqalə üzrə töhfə verirlər. O layihə də bizdə passiv haldadır. Nümunə kimi baxın: Vikipediya:VikiLayihə Musiqi, Vikipediya:VikiLayihə Film. Hörmətlə, Qədir (müzakirə) 12:05, 7 oktyabr 2024 (UTC)Cavabla
+ Lehinə: @White Demonla razıyam. Ləğv edilsin və Ana Səhifədən çıxarılsın. samral müzakirə 14:40, 9 oktyabr 2024 (UTC)Cavabla

✅Y Yekdilliklə qəbul edildi.--Turkmen müzakirə 10:53, 15 oktyabr 2024 (UTC)Cavabla

Təftişçi

[mənbəni redaktə et]

Salam. Məncə, bizə iki dənə təftişçi lazımdı. Hörmətlə, Qədir (müzakirə) 14:18, 6 oktyabr 2024 (UTC)Cavabla

Məntiqlə hə, vikiicma(ölkə) reallığını nəzərə alsan yox. Şəxsi maraqlar üçün istifadə olunacaq. Hələ ki, müraciətlərdən meta dolub-daşmır. Əleyhinəyəm — Bikar müzakirə 20:37, 6 oktyabr 2024 (UTC)Cavabla
Etibarlı şəxslərə etibar edib vermək olar. Bu, çox ciddi hüquqdur, icmada bu hüququn məsuliyyətlərini layiqincə ala biləcək istifadəçilər olduğuna inanıram. Meta verdiyi datalarla iş görmək olmur ki. Hər dəfə başa salmaq da yorur adamı, üstəgəl, buna gec dönüşü də əlavə etsək və s. @Nemoralis və @White Demon, məncə, bu hüquq üçün layiqli namizədlərdir. Hörmətlə, Qədir (müzakirə) 20:46, 6 oktyabr 2024 (UTC)Cavabla
Məncə, bizə gizlədən də lazımdı. Çünki inzibatçı aləti ilə gizlədilən məlumatları inzibatçıların da yayma ehtimalı var. Amma o şəxslərin həssaslıqla bir dəfəlik gizlətdiyi məlumatları heç inzibatçılar da görə bilmir, necə ki, mən istifadəçilərin gizliliklərinə xüsusi önəm verirəm. Mən bu hüquq üçün namizəd ola bilərəm, əgər ehtiyac hasil olarsa. Hörmətlə, Qədir (müzakirə) 20:48, 6 oktyabr 2024 (UTC)Cavabla
1. Yenə də razı deyiləm.
2. Hər dəfə söhbət gəlib inzibatçı hüquqların paylanmasına çıxır. Bu hüquq ümumiyyətlə idxal olunub ki?
3. Bütün hüquqlara sahib olmağ istiqamətində gedirsən, yaxşı birşey deyil — Bikar müzakirə 20:57, 6 oktyabr 2024 (UTC)Cavabla
LOL, hansı hüquqlara sahib olma istiqamətində gedirəm? Bizə əsas təftişçi lazımdı bu dəqiqə. O biri də mənə görə lazımdı, lazım bilinər lap başqası namizəd olar, amma lazımlı məsələdi. Mən bürokrat ya da təftişçi olmağı düşünmürəm. Amma gizlədən olmaq istərdim, çünki o funksiyadan lap çox istifadə edirəm. Hörmətlə, Qədir (müzakirə) 21:00, 6 oktyabr 2024 (UTC)Cavabla
Burada bəzi detalları açmaq istəmirəm, amma görürəm ki, məcburam buna. Bir-iki istifadəçi də bu barədə məlumatlıdır. Mənim şəxsi məlumatlarım bu platformada vaxtilə mən tərəfindən qeyd olunmuşdu və mən onları gizlətmək üçün stüard ilə əlaqəyə keçmişəm. Heç şübhə yoxdur ki, bəzi inzibatçılar həmin məlumatları ələ keçirib qarşı tərəfə ötürsəydilər, mənim də olan anonimliyim ifşa olunacaqdı. Hörmətlə, Qədir (müzakirə) 21:03, 6 oktyabr 2024 (UTC)Cavabla
Haqqında məlumatı gizlətsinlər, ondan sonra müzakirə eliyərik — Bikar müzakirə 21:17, 6 oktyabr 2024 (UTC)Cavabla
Gizlədilib, amma bəlkə də çoxdan stoklayıblar)) Hörmətlə, Qədir (müzakirə) 21:21, 6 oktyabr 2024 (UTC)Cavabla
İcamadakı hazırkı şərait bu cür addım üçün həqiqətən də sağlam deyil. --Мурад 97 (müzakirə) 21:37, 6 oktyabr 2024 (UTC)Cavabla
@Gadirlə razıyam. Və məncə də Nemoralis və White Demon bu işin öhdəsindən layiqincə gələr. samral müzakirə 13:00, 9 oktyabr 2024 (UTC)Cavabla
Bu barədə geniş yazacam. "Bizə təftişçi lazımdır" deməklə nəsə əldə etmək çətindir, gərək nə üçün lazımdır onu da deyəsən. Nemoralis (müzakirə) 13:17, 9 oktyabr 2024 (UTC)Cavabla
Yaz görək. Amma məncə, buna baxmaq da kifayətdir. Hörmətlə, Qədir (müzakirə) 13:25, 9 oktyabr 2024 (UTC)Cavabla

Mənbələrin müzakirəsi

[mənbəni redaktə et]

Salamlar. Belə bir səhifə tərtib etməyi düşünürəm. Burada, əsasən, mübahisəli mənbələrin etibarlı olub-olmadıqları və səhifələrdə istifadələrinə icazə verilib-verilməyəcəyinə arqument və müzakirə ilə qərar veriləcək. Fikirləriniz nədir? Hörmətlə, Qədir (müzakirə) 09:48, 12 oktyabr 2024 (UTC)Cavabla

Aktivlik yoxdu, indiki vəziyyətdə mənasızdı. Eləmək istiyirsənsə buyur, amma enerjini başqa şeylərə sərf eləməyi məsləhət görürəm. — Bikar müzakirə 10:28, 12 oktyabr 2024 (UTC)Cavabla

Vikipediya:Yardım masası

[mənbəni redaktə et]

Salam. Belə bir səhifə yaratdım. Yeni, həmçinin təcrübəsiz, yaxud təcrübəsi az olan istifadəçilər Vikipediyanın istifadəsi və redaktə etmə ilə bağlı suallarını, eləcə də bura və VP:İM-yə aid olmayan sualları orada verəcəklər, bir növ mentorluq səhifəsi də deyə bilərik. Elə özümüz də bura aid olmayan mövzuları orada qeyd edə və digər təcrübəli istifadəçilərin fikirlərini ala bilərik. Ana səhifənin başlığına əlavə etməyi də təklif edirəm. Fikirləriniz maraqlıdır. Hörmətlə, Qədir (müzakirə) 23:22, 13 oktyabr 2024 (UTC)Cavabla

Heç kimin istifadə etməyəcəyi səhifələr siyahısına biri də əlavə olundu. Nemoralis (müzakirə) 07:57, 14 oktyabr 2024 (UTC)Cavabla
İstifadəli hala gətirək də, əlimizdə deyil?)) Hörmətlə, Qədir (müzakirə) 11:48, 14 oktyabr 2024 (UTC)Cavabla
əməyiniz üçün təşəkkürlər, amma bu tip səhifələr azviki üçün uyğun olmur. boşa səhifə kolleksiyası yaradır. misal üçün VP:Ş. zorla orda da nəsə olsun deyə ordan-burdan mövzu tapıb daşıyırıq ora. Atakhanli (müzakirə) 21:05, 14 oktyabr 2024 (UTC)Cavabla
Diqqətiniz üçün təşəkkür edirəm. Açığı, mən VP:Ş-ni əhəmiyyətsiz hesab etmirəm. Çətini alışana qədərdi, təcrübəli istifadəçilər də tez alışar, elə güman edirəm ki, artıq o səhifədən icmanın tamamilə xəbəri var və istifadə olunur. Dediyinizə qayıdası olsaq, bəli, mən əvvəllər bloklama, mühafizə, KM üçün bölmələr və s. üçün müxtəlif səhifələr təklif edirdim və onda indikindən daha aktiv idi vikimiz, amma indi artıq o səhifələrin bir mənası olacağını düşünmürəm. Bu səhifənin məqsədi; əsas yeni və təcrübəsi az istifadəçilərin suallarına cavab tapacağı məkan yaratmaqdır. Bir də arada özümüz də kiçik məsələləri KM yerinə ora yazarıq (ayrıca səhifə yaratmadım, elə burada yazarıq). İM-nin öz mahiyyəti var, KM-nın da elə. İndi bu səhifə işə düşsə digər iki səhifə təyinatı üzrə istifadə olunacaq və necə gəldi əlavə başlıqlarla dolmayacaq. Ümid edirəm ki, fikirlərimi yetərincə aydın izah edə bildim. Hörmətlə, Qədir (müzakirə) 21:23, 14 oktyabr 2024 (UTC)Cavabla
Belə bir şablon da yaratmışam: {{başlıq həll edildi}}. Hörmətlə, Qədir (müzakirə) 21:26, 14 oktyabr 2024 (UTC)Cavabla

Preliminary results of the 2024 Wikimedia Foundation Board of Trustees elections

[mənbəni redaktə et]

Hello all,

Thank you to everyone who participated in the 2024 Wikimedia Foundation Board of Trustees election. Close to 6000 community members from more than 180 wiki projects have voted.

The following four candidates were the most voted:

  1. Christel Steigenberger
  2. Maciej Artur Nadzikiewicz
  3. Victoria Doronina
  4. Lorenzo Losa

While these candidates have been ranked through the vote, they still need to be appointed to the Board of Trustees. They need to pass a successful background check and meet the qualifications outlined in the Bylaws. New trustees will be appointed at the next Board meeting in December 2024.

Learn more about the results on Meta-Wiki.

Best regards,

The Elections Committee and Board Selection Working Group


MPossoupe_(WMF) 08:25, 14 oktyabr 2024 (UTC)Cavabla

Bərpa üçün namizəd olan səhifələr.

[mənbəni redaktə et]

Hər kəsə salam olsun ümumiyyətlə problemlər çoxdur. Qeyd edirəm əsasən BNSdə problem var 4-5 aydan çox müzakirədə qalan məqalələr var. Nə müzakirədə iştirak edən var nədə ki məqalələr qalıb elə müzakirədə yekunlaşdırmalar olmur. Silinməyə namizəd səhifələrdə də eyni qaydada həddən çox məqalələr var. Bir az öncə elə BNS-ə baxırdım həqiqətən 5 ayı tamam olan məqalələr var. → Hersoq01 (müzakirə) 06:42, 15 oktyabr 2024 (UTC)Cavabla

BNS-də iştirak edənlərin yoxluğundan şikayətçisiniz ancaq indiyə qədər ordakı heç bir müzakirədə iştirak etməmisiniz. Özünüzdən şikayət edirsiniz? Nemoralis (müzakirə) 10:35, 15 oktyabr 2024 (UTC)Cavabla
@Nemoralis istifadəçi səhifəmdə də qeyd etmişəm fəaliyyət mövqeyimi oxumağa dəvət edirəm - Hersoq01 (müzakirə) 11:55, 15 oktyabr 2024 (UTC)Cavabla
İstifadəçi səhifənizdə bu gün qeyd etmisiz. Və sualıma cavab vermədiz. Nemoralis (müzakirə) 11:56, 15 oktyabr 2024 (UTC)Cavabla
@Nemoralis xeyr özümdən şikayət etmirəm. BNS-dəki 5 aydan çox qalan məqalələrin yekunlaşdırilmaması üçün qeyd etmişəm əsas məsələ qalıb qıraqda bu tip sualların məsləyə nə aidiyyatı var onu anlamdım burada mənim iştirak edib etməməyimdən getmir söhbət. Əgər öz fəaliyyətim barədə şikayət etsəm sizə məlumat verəcəyəm bu barədə rahat olun - Hersoq01 (müzakirə) 12:03, 15 oktyabr 2024 (UTC)Cavabla
Şəxsən mənim BNS-dəki müzakirələri yekunlaşdırmama səbəbim iştirak az olduğu üçün marağın az olmasıdır. Birinci şərhinizdə yazmısınız ki "Nə müzakirədə iştirak edən var nədə ki...". Axı müzakirələrdə iştirak etməyənlərdən biri də sizsiz? Nemoralis (müzakirə) 14:18, 15 oktyabr 2024 (UTC)Cavabla