string(2225) "'''HPGL''' (''= HP-GL, Hewlett-Packard Graphics Language'') – qrafik görüntülərin emalı və saxlanması üçün [[Hewlett-Packard]] şirkətində işlənib hazırlanmış dildir. Bu dil ilkin olaraq plotterdə çıxarılan görüntülər üçün nəzərdə tutulmuşdu; HPGL, qrafikanı göstərişlərdən ibarət iki metafayla çevirir ki, bunların da əsasında proqram ilkin görüntünü qura bilir. Hazırda, demək olar ki, bütün plotterlər üçün standartdır. Hewlett-Packard printerləri PCL ilə yanaşı, HPGL dilini də dəstəkləyir.
Dilin komandaları iki hərfdən və ondan sonra gələn əlavə parametrlərdən ibarətdir. Məsələn, qövs (arc) çəkmək üçün aşağıdakı komandadan istifadə etmək olar:
<code>AA100,100,50;</code>
burada, AA – "Arc Absolute" sözlərinin qısaltması, 100,100 – qövsün mərkəzi nöqtəsinin koordinatları, 50 isə saat əqrəbinin əksinə ölçülən başlanğıc bucaqdır.
Adətən, HPGL faylları parametrlərin quraşdırılmasından ibarət bir neçə komanda ilə başlayır və qrafik komandaların uzun siyahısı ilə davam edir.
{| class="wikitable"
! Komanda
! Mənası
|-----
| İN;|| rəsm prosesinin başlanğıcını qoyur
|-----
| İP; || başlanğıc nöqtəni müəyyən edir; bu halda susqunluqla 0,0
|-----
| SC0,100,0,100; || səhifənin ölçülərini X və Y istiqamətində 0-dan 100-dək edir
|-----
| SP1; || 1 qələmini seçir
|-----
| PU0,0;|| qələmi başlanğıc mövqeyə aparır
|-----
| PD100,0,100,100,0,100,0,0; ||verilmiş mövqelərə görə qələmi endirir və hərəkət etdirir (səhifənin ətrafına düzbucaqlı çəkir)
|-----
| PU50,50; || qələmi qaldırır və 50,50 mövqeyinə aparır
|-----
| CI25; || radiusu 25 olan çevrə çəkir
|-----
| SS; || standart şrift seçir
|-----
| DT*,1; || mətn ayırıcısı olaraq * qoyur və onun kağızda çapını qadağan edir (1 — "true")
|-----
| PU20,80;|| qələmi qaldırır və 20,80 mövqeyinə aparır
|-----
| LBHello World*; || yazını çəkir
|}
== Ədəbiyyat ==
* İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.