Horadiz əməliyyatı
Horadiz əməliyyatı — 1993-ci ilin dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonununda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, Qarabağ müharibəsində olan döyüşlərin biri.
Horadiz əməliyyatı | |||
---|---|---|---|
Qarabağ müharibəsi | |||
Tarix | 1993-cü il dekabr - 6 yanvar, 1994[1] | ||
Yeri | Füzuli rayonu, Azərbaycan | ||
Səbəbi | 1993-cü ildə Azərbaycan ordusunun əks-hücumu | ||
Nəticəsi | Azərbaycan ordusunun qələbəsi. Azərbaycan Füzuli rayonunun Horadiz qəsəbəsini və 22 kəndini, Cəbrayıl rayonunun isə Cocuq Mərcanlı kəndini qaytardı və Füzuli rayonunun şimalına doğru hərəkətə keçdi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Nəticədə, Horadiz qəsəbəsi, Füzuli rayonunun 21 kəndi (Araz Zərgər, Araz Dilağarda, Araz Yağlıvənd, Birinci Mahmudlu, İkinci Mahmudlu, Əhmədbəyli, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Alxanlı, Qarabağ, Bala Bəhmənli, Böyük Bəhmənli, Kərimbəyli, Şükürbəyli, Babı, Arayatılı, Mollaməhərrəmli, Əhmədalılar, Qazaxlar, Mirzənağılı) və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçdi.[5]
Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub.[6][7] Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.[8]
Tarixi
redaktəZəmin
redaktə1993-cü il avqustun sonunda Qubadlını ələ keçirən ermənilər, yenidən qruplaşma üçün ehtiyac duyduğundan, atəşkəs elan etmişdilər və Ermənistandan yeni silah və qoşunları gəlişi üçün gözləmək məcburiyyətində idi.[9] Oktyabrın sonlarında erməni hərbi birləşmələri (yalnız Ermənistan ordusunun müntəzəm hissəsi, qondarma "Dağlıq Qarabağ ordusu" nəzərdə tutulmur)[9] Azərbaycan-İran sərhədində yerləşən Horadizi tez ələ keçirib, bununla Zəngilan rayonunun Azərbaycan ərazisi ilə əlaqəsini kəsmişdi.[9]
1993-cü il dekabr ayında erməni silahlı dəstələri Füzuli şəhərinin şərqinə hərəkət etmək üçün cəhd göstərsə də, görünməmiş müqavimət ilə qarşılaşdı və geri çəkilməyə məcbur oldu. Bundan sonra Azərbaycan ordusu üç istiqamətdə hücuma keçdi.[10] 15 dekabrda Azərbaycan hərbçiləri dərhal 5 istiqamətdə hücuma keçdi — Füzuli, Xocavənd, Ağdam, Ağdərə və Kəlbəcər.[4]. Dağlıq Qarabağın şimal-şərqində hücum, erməniləri Ağdərə rayonunun bir sıra yaşayış məntəqələrini tərk etməsini məcbur etdi.[10] Azərbaycan hissələrinin Horadizə əsas zərbələri, Dağlıq Qarabağın cənub-şərqində Beyləqan rayonundan gəlirdi. Döyüş çöl zonasına keçmişdi. Azərbaycan hissələri bu şəraitdə düşmənin müdafiəsini dağıtdı və top atəşi və raket artilleriyasının altında Füzuli rayonunun daxilinə irəlləməyə başlamışdılar.[4] 1994-cü ilin yanvar ayının əvvəlində, azərbaycanlılar 11 qəsəbə və 40 kilometr Azərbaycan-İran sərhədi uzunluğunda ərazini ələ keçirmişdi.[4]
Döyüş
redaktə5 yanvarda Azərbaycan tərəfinin verdiyi məlumata görə, Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində, bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd "Şturm-S", 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürüb.[1] Düşmən ağır itkilər verərək və cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib.[1] Horadiz yaxınılığında Şükürbəyli uğrunda şəhid olmuş kəşfiyyat bölməsinin 702-ci alayın kapitanı Elxan Zülfüqarov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[3]
6 yanvar[3][10](digər mənbələrə görə — 8 yanvar)[4][11] 702-ci alay düşmənin müqavimətini qırıb, döyüşüb Horadizə daxil oldu, qəsəbəni, Horadiz Dəmiryol Stansiyasını və Araz çayı üzrə vacib strateji hədəf olan Xudafərin körpülərini (qısa olsa da)[4] ələ keçirdi. Əməliyyata Şair Ramaldanov rəhbərlik edirdi.[3] Horadiz — qərbdə Cəbrayıl, Qubadlı, Zəngilan rayonları və şimalda Füzuliyə gedən yolların mühüm kəsişməsi idi.[11] Beləliklə Azərbaycan Araz çayı üzərində Horadiz dəmiryolunu və şimal istiqamətində Füzuliyə irəllədi.[10]
Azərbaycanın hücumunda, 1993-cü ilin payızında gələn[12] Əfqan mücahidləri[2] də iştirak edirdi. Bəzi məlumatlara görə, mücahidlərin hazırlığı müntəzəm Azərbaycan ordusundan yuxarı idi və onlar əsas rolu Horadizin Azərbaycan ordusuna ələ keçməsində oynayıblar.[12][13]
Nəticədə, Horadiz qəsəbəsi, Füzuli rayonunun 21 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçdi.[5] Qorxmaz Eyvazov Füzuli rayonu ərazisində gedən döyüşdə və Horadiz əməliyyatı zamanı əsl igidlik göstərmişdi.[14] Onu bölük komandiri təyin etmişdilər.[14] O, Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.[14] Azərbaycan tərəfinin verdiyi məlumata görə, Azərbaycan 21 min hektar sahə ərazini nəzarəti altına keçirmişdir.[3]
1994-cü il yanvarın 5-də Azərbaycan Ordusunun əsgərləri Horadizə daxil olaraq Azərbaycan bayrağını Horadiz şəhərinə sancıb.[15] Həmin döyüşlərdə tankçı olan Şakir Bayramov döyüşə-döyüşə şəhərə ilk daxil olanlardandır və ermənilərin bayrağını sökərək ayaqlar altına atıb:
Horadiz şəhəri alınanda biz döyüşə-döyüşə gəlirdik. Bizim sovetliyin qarşısında heykəl vardı, Leninin heykəli... Erməni bayrağını ora sancmışdı. O bayrağı mən ordan çıxartdım, "pasyolka"da çəkiliş vardı, apardım onların qarşılarına tulladım. Amma bu tərəfdə erməni bayrağını "qara polkovnik" vardı, o çıxartmışdı, bizim bayrağı sancmışdı[15] Şakir Bayramov
|
Nəticəsi
redaktəYanvarın sonunda, ermənilərin artan müqavimətini keçən Azərbaycan qoşunları, Füzuli və Cəbrayıl rayon mərkəzinin yaxınlığına çatsalar da, düşmənin əks-hücumları nəticəsində dayandırılmışdır.[4] Buna baxmayaraq, Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub.[6][7] Horadiz əməliyyatında misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.[8]
Mirası
redaktə2012-ci il yanvarın 6-da döyüşlərin keçmiş üzvləri, Bakıda həlak olan yoldaşlarının, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Elxan Zülfüqarovun və Yasamal batalyonunun komandiri Mirələkbər İbrahimovun xatirəsini yad edib, Şəhidlər xiyabanını ziyarət etmişlər.[3] 2014-cü ildə Horadiz əməliyyatına "Böyük qələbəyə inamla" filmi həsr olunub.[16]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 "İlahi adlar yurdu - Cəbrayıl-1". www.anl.az. www.anl.az. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2016.
- ↑ 1 2 Cooley, John K. Unholy Wars: Afghanistan, America and International Terrorism. London: Pluto Press. 2002. 150–151. ISBN 0-7453-1917-3.
- ↑ 1 2 3 4 5 6 7 "Ветераны освобождения Горадиза собрались на Аллее шахидов". Internews Azerbaijan. 6 yanvar 2012. İstifadə tarixi: 26 avqust 2016.[ölü keçid]
- ↑ 1 2 3 4 5 6 7 Jiroxov, Mixail. Семена распада: войны и конфликты на территории бывшего СССР. Sankt-Peterburq: БХВ-Петербург. 2012. səh. 278-279. ISBN 978-5-9775-0817-9. (#accessdate_missing_url)
- ↑ 1 2 "Вынужденные переселенцы впервые за последние 23 года побывали в освобожденном от армян селе". report.az. report.az. 2018-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2016.
- ↑ 1 2 "Ordumuz erməni bayrağını ayaqlar altına belə atmışdı". oxu.az. oxu.az. 2022-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2016.
- ↑ 1 2 "Status-kvonun dəyişməməsi müharibə ehtimalını artırır". www.anl.az. www.anl.az. 2021-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2016.
- ↑ 1 2 Sultanov, Ziyəddin. ""Horadiz əməliyyatı":Azad olunan doğma torpaq". www.anl.az. www.anl.az. 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2016.
- ↑ 1 2 3 Furman, Dmitriy. Азербайджан и Россия: общества и государства. Летний сад. 2001. səh. 449. (#accessdate_missing_url)
- ↑ 1 2 3 4 de Vaal, Tomas. Qara bağ. BBC. 2005. 2009-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2016.
- ↑ 1 2 Çernyavskiy, Stanislav. Новый путь Азербайджана. Moskva: Азер-Медиа, Книга и бизнес. 2002. səh. 137. ISBN 5-212-00916-2. (#accessdate_missing_url)
- ↑ 1 2 Taarnby, Michael. The Mujahedin in Nagorno-Karabakh: A Case Studyin the Evolution of Global Jihad. 2008. səh. 7. 2010-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2016.
- ↑ Azerbaijan: Seven years of conflict in Nagorno-Karabakh. 1994. səh. 79. ISBN 1564321428, 9781564321428. 2021-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2016.
- ↑ 1 2 3 "Azərbaycanın Milli Qəhrəmanları". anl.az. anl.az. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2016.
- ↑ 1 2 "Horadiz əməliyyatının iştirakçısı: "Xeyli dostum şəhid oldu..."". news.lent.az. news.lent.az. 2020-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2016.
- ↑ "«Böyük qələbəyə inamla» sənədli filminin təqdimatı olmuşdur". anl.az. anl.az. 2020-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2016.