Montevideo

Uruqvayın paytaxtı

MontevideoUruqvayın paytaxtı və ən böyük şəhəri.

Şəhər
Montevideo
isp. San Felipe y Santiago de Montevideo
Gerb
Gerb
34°52′ c. e. 56°10′ q. u.HGYO
Ölkə  Uruqvay
Departament [[Montevideo]]
Başçı Daniel Martinez
Tarixi və coğrafiyası
Əsası qoyulub 1726
Sahəsi 540 km²
Mərkəzin hündürlüyü 43 m
İqlimi Subtropik musson
Saat qurşağı UTC−3 , yayda UTC−2
Əhalisi
Əhalisi 1 319 108 nəfər (2011)
Aqlomerasiya 1 947 604
Etnoxronim montevideano/a
Rəsmi dili ispan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu (+598) 2
Poçt indeksi 11000–12000
Nəqliyyat kodu S
Digər
montevideo.gub.uy  (isp.)
Xəritəni göstər/gizlə
Montevideo xəritədə
Montevideo
Montevideo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərin etnonimi

redaktə

Montevideo sözü ispan dilindən tərcümədə "görünən dağ" mənasını verir.

Təbii şəraiti

redaktə

Montevideo, 540 km² sahəyə malik olmaqla, Atlantik okeanının La-Plata körfəzinin sahilində yerləşmişdir. Şəhərin daxilində Cənub konusunun ən böyük təbii limanlarından biri yerləşir. Şəhər ərazisinin relyefi təpəlidir, ən yüksək nöqtəsi şəhərin qərbində 136 metrlik Serro-de-Montevideo dağıdır. Bu dağın zirvəsində mayak yerləşir. Təbii bitkiləri savanna zonası üçün tipik otlarla və kollarla təmsil edilmişdir. Şəhər ərazisində əsasən Avropadan gətirilmiş ağaclar palıd, şam, evkalipt, çinar bitir. Sahil suları yüksək duzluluqla və güclü qabarmalarla səciyyələnir. Əsas çayı qərbdən şəhəri əhatə edən Santa-Lusiya çayıdır.

Montevideonun iqlimi Lənkəranın rütubətli subtropik iqlimini uzaqdan xatırladan iqlimdir. Yayı rütubətli və istidir. Qış rütubətli, küləkli və tutqun keçir. Antarktikadan soyuq güclü küləklərin ("pampero") müdaxiləsi zamanı şaxtalar və qırovun düşməsi mümkündür. Bəzən tufanlar olur, amma tropik siklonlar baş vermir.

Şəhərin əsası 1726-cı ildə Müqəddəs Filip günündə qoyulub və Syudad-de San-Felipe-del-Puerto-del-Montevideo — "Montevideo buxtasında müqəddəs Filip şəhəri" adlandırılıb. 1680-ci ildə portuqaliyalılar La-Plata körfəzinin sol sahilində Koloniya-del-Sakramento şəhər-qalasını tikdilər. Bu istehkam qaçaqmalçıların bazası idi, hansılar ki, Buenos-Ayresə malları qeyri-leqal idxal edirdilər. 1726-cı ildə qaçaqmalçılarla mübarizə üçün ispanlar körfəzə girişində Montevideo qalasının əsasını qoydular. Beləliklə, onlar La-Platanın hər iki sahilinə nəzarət etmək imkanını əldə etdilər. Tezliklə Montevideo Şərq sahili əyalətinin əhəmiyyətli ticarət mərkəzi oldu. 1750-ci ildə tam olaraq İspaniyanın tərkibinə daxil edildi. 1766-cı ildə o paytaxtı Buenos-Ayres şəhəri olan La-Plata vitse-krallığının tərkibinə girdi.

Zəngin təbii bitki örtüyü ilə və yabanı mal-qaraların böyük sürüləriylə step çölləri XVIII əsrdə Avropa mühacirlərinin Şərq sahilinə axınına imkan yaradırdılar. İspan müstəmləkə hakimiyyəti böyük heyvandarlıq təsərrüfatlarının (estansiyalar) yaradılmasını bu rayonda öz hakimiyyətini bərkitmək ümidi ilə həvəsləndirirdi ki, portuqaliyalıların və ingilislərin bu ərazilərə malik olmaq iddialarına əks-təsir göstərsin. Müstəmləkə dövrünün (1800-cü il) sonuna Şərq sahili əyalətində əhalinin sayı təxminən 30 min nəfər təşkil edirdi, onlardan üçdə bir onun əsas şəhəri olmuş Montevideoda yaşayırdı.

Qardaş şəhərlər

redaktə

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə