Skopye
Skopye (mak. Скопје, alb. Shkupi, lat. Skupi) ya da Üsküb[3][4] (türk. Üsküp, osman. اسكوب Üsküb) — Şimali Makedoniya Respublikasının paytaxtı və ən böyük şəhəri. Ölkənin siyasi, mədəni, iqtisadi və elmi mərkəzi hesab olunur.
şəhər | |
Skopye | |
---|---|
Скопје | |
41°59′46″ şm. e. 21°25′54″ ş. u.HGYO | |
Ölkə | |
Region | Skopye regionu |
Mer | Petre Şilegov |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 251 m[1] |
Saat qurşağı | UTC+1 , yayda UTC+2 |
Əhalisi | |
Əhalisi |
|
Milli tərkibi |
makedonlar: 65% albanlar: 27% digər: 8% |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +389 02 |
Poçt indeksi | 1000 |
Nəqliyyat kodu | SK |
Digər | |
skopje.gov.mk | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəSkopye ərazisində ilk insan məskənləri e.ə. IV əsrə aiddir. Şəhər mərkəzinə yaxın ərazidə yerləşən Skopye qalasının yaxınlığında Neolit dövrünə aid insan məskənlərinin tapılması da bunu sübut edir. Skupi eramızdan əvvəl II əsrdə Balkan yarımadasında yerləşən Dardania dövlətinin paytaxtı olmuşdur. Eramızın I əsrinin əvvəllərində isə romalılar tərəfindən işğal olunmuş və ərazisi hərbi baza rolunu oynamağa başlamışdır.[5][6] 395-ci ildə Roma İmperiyası şərqi və qərbi olaraq iki hissəyə bölündükdən sonra Skupi də mərkəzi Konstantinopol olan Bizans İmperiyasının tərkibinə qatılmışdır. Erkən orta əsrlər dövründə Bizans İmperiyası və Birinci Bulqar dövləti arasında mübahisəli ərazi olmuşdur. 1282-ci ildən Serb İmperiyasının tərkib hissəsi olan bu şəhər, 1346-cı ildən 1371-ci ilə qədər bu dövlətin paytaxtı olmuşdur. 1392-ci ildə şəhər Osmanlı İmperiyası tərəfindən ələ keçirilmiş və Üsküp adlandırılmışdır. 500 ildən çox müddətə türklərin nəzarəti altında qalan şəhər Kosovo vilayətinin mərkəzi rolunu oynamışdır. 1912-ci ildə Balkan müharibələri ərzində Serbiya Krallığı tərəfindən işğal edilmiş, Birinci dünya müharibəsi başa çatdıqdan sonra isə yeni yaranmış Yuqoslaviya Krallığının tərkibinə daxil olmuşdur. İkinci dünya müharibəsi zamanı Nasist Almaniyasının müttəfiqi olan Bulqar qoşunları tərəfindən ələ keçirilmişdir. 1944-cü ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının bir hissəsi olan Makedoniya Sosialist Respublikasının paytaxtı elan olunmuşdur. İkinci dünya müharibəsi başa çatdıqdan sonra sürətli inkişaf mərhələsinə qədəm qoyan şəhərin inkişaf tempi 1963-cü ildə baş vermiş dəhşətli zəlzələ nəticəsində zəifləmişdir. Skopye şəhəri 1991-ci ildən etibarən müstəqil Makedoniya dövlətinin paytaxtıdır.
Belqrad və Afina şəhərlərini birləşdirən yolun üzərində yerləşməsi Skopye şəhərinin strateji əhəmiyyətli yaşayış məntəqəsi olmasında böyük rol oynayır.
Əhalisi
redaktəDemoqrafiyası
redaktə2002-ci il hesablamalarına əsasən Skopye şəhərinin əhalisi 506,926 nəfərdən ibarət idi. Skopyenin məşğulluq ərazisi Makedoniya Respublikasının böyük ərazisini əhatə edir ki, bu əraziyə də ümumi əhalisi bir milyon nəfərdən çox olan Veles, Kumanovo və Tetovo kimi yaşayış məntəqələri də daxildir.[7]
Makedoniya əhalisinin üçdə bir hissəsi burada yaşayır. Digər şəhərlərin əhalisinin sayı Skopyeyə nisbətən daha azdır. Ölkənin ikinci böyük şəhəri olan Kumanovoda 107,632 nəfər yaşayır.
Habsburqlar sülaləsi və Osmanlı dövləti arasında baş verən müharibələr, həmçinin 1698-ci ildə baş vermiş böyük yanğına qədər Skopye Balkan yarımadasında yerləşən ən böyük şəhərlərdən biri idi. 1836-cı ildə burada cəmi 10 min nəfər yaşayırdı.[8] Bununla belə, 1850-ci ildən etibarən şəhər əhalisi yenidən artmağa başladı və artıq 1905-ci ildə 32 min nəfərə çatdı. XX əsrdə Skopye Yuqoslaviyada yerləşən şəhərlər arasında ən sürətlə böyüyənlərdən biri olmuş, 1971-ci ildə əhalinin sayı 448,200 nəfərə çatmışdır. Bundan sonra, demoqrafik artım sabit sürətlə davam etmişdir.[9]
Etnik tərkibi
redaktəSkopye şəhəri tarix boyu fərqli millətlərə ev sahibliyi etmişdir. Müasir dövrdə də şəhər öz etnik müxtəlifliyinə görə fərqlənir. XIX əsrdə şəhər əhalisinin əksər hissəsini müsəlman təşkil edirdi. 2002-ci il hesablamalarına görə Skopyedə yaşayan ən böyük etnik qrup əhalinin 66,75%-ni təşkil edən makedonlardır. Albanlar, serblər, türklər, bosniyalılar və digərləri isə etnik azlıq təşkil edirlər.
Etnik makedoniyalıların əksər hissəsi Vardar çayının cənubunda məskunlaşmışdır. Onlar, həmçinin Butel və Qazi Baba kimi Vardar çayının şimalında yerləşən ərazilərdə də əksəriyyət təşkil edir. Şəhərin bəzi yerlərində alban dilli məktəblər fəaliyyət göstərir.[10]
Din
redaktəƏhali arasında dini mənsubiyyət müxtəlifdir: makedonlar, serblər və valaxların əksəriyyəti pravoslav olduğu halda, albanlar, türklər və qaraçıların əksər hissəsi müsəlmandır. Burada, həmçinin əhali arasında azlıq təşkil edən katolik albanlar da vardır.[11]
2002-ci il hesablamalarına görə Skopye əhalisinin 68,5%-i Şərqi pravoslav kilsəsinə, 28,6%-i isə İslam dininə etiqad edir. Katolik (0.5%) və protestantlar (0.04%) isə azlıq təşkil edir.[12]
İkinci dünya müharibəsi başlayana qədər Skopyedə kifayət qədər yəhudi ailəsi məskunlaşmışdı. Onların əksəriyyəti İnkvizisiya zamanı İspaniyadan buraya köç etməyə məcbur olmuşlardan ibarət idi. 1939-cu ildə 2424 nəfər Skopye yəhudisi nasistlər tərəfindən ya öldürülmüş, ya da deportasiya edilmişdir. Müharibədən sonra sağ qalanların böyük bir qismi İsrailə köçmüşdür.[13]
Tarixən Osmanlı dövlətinin tərkib hissəsi olduğuna görə burada məscidlərin sayı kilsələrin sayına nisbətən daha çoxdur. Skopye şəhəri Makedoniya Pravoslav Kilsəsi və Makedoniya İslam Dini Birliyi kimi bir çox dini təşkilatlara ev sahibliyi edir. Burada pravoslav və katolik kafedralları, bir çox mədrəsə və sinaqoq yerləşir.[14]
Beynəlxalq əlaqələri
redaktəQardaş şəhərlər
redaktə- Bredford, Birləşmiş Krallıq
- Dijon, Fransa[15]
- Daşkənd, Özbəkistan
- Drezden, Almaniya
- Tempe, Arizona, ABŞ
- Rube, Fransa
- Varem, Belçika
- Nürnberq, Almaniya
- Nançan, Çin[16]
- Manisa, Türkiyə
- Süveyş, Misir
- Pittsburq, ABŞ
- Anqulem, Fransa
- İstanbul, Türkiyə
- Lyublyana, Sloveniya[17]
- Podqoritsa, Monteneqro
- Saraqosa, İspaniya
- Zaqreb, Xorvatiya
- Belqrad, Serbiya[18]
- Sofiya, Bolqarıstan[19]
- Tirana, Albaniya[20]
Əməkdaşlıq
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ https://it-ch.topographic-map.com/map-nfr851/Skopje/?zoom=19¢er=42.00229%2C21.42124&popup=42.00231%2C21.42116.
- ↑ https://www.citypopulation.de/de/northmacedonia/cities.
- ↑ http://turkologiya.org/saylar/Turkologiya-2012-3-4.pdf Arxivləşdirilib 2021-08-31 at the Wayback Machine cənubu Qaradağ və Üsküb vilayətləridir. Bosna vilayəti 7 livaya (yəni əyalətə) bölünür: bunların biri Qerseqovinadır, bunlar Bosna şəhərinə tabedir.
- ↑ http://www.anl.az/down/meqale/edebiyyat/edebiyyat_noyabr2009/94863.htm Arxivləşdirilib 2022-03-30 at the Wayback Machine Yəhya Kamalın şəhəri Üskübdə qonaqlanmış bir məhəbbət karvanı var.
- ↑ Syme, Ronald; Birley, Anthony. "The Provincial at Rome: And, Rome and the Balkans 80BC-AD14". University of Exeter Press. 1 yanvar 1999 – Google Books vasitəsilə.
- ↑ Mócsy, András. "Pannonia and Upper Moesia: A History of the Middle Danube Provinces of the Roman Empire". Routledge & K. Paul. 1 yanvar 1974 – Google Books vasitəsilə.
- ↑ "Improving Energy Sufficiency in Skopje, TRACE Study" (PDF). World Bank. 2012. 2013-12-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 dekabr 2017.
- ↑ Andrew Rossos. Macedonia and the Macedonians: A History. Hoover Press. 2008. səh. 70. ISBN 978-0-8179-4882-5.
- ↑ Jasna Stefanovska et Janez Koželj. Urban planning and transitional development issues: The case of Skopje, Macedonia. Urbani izziv. 2012. səh. 94.
- ↑ Svetomir Skaric. "Ohrid Agreement and Minority Communities in Macedonia" (PDF). Friedrich Ebert Stiftung in Macedonia. 2010-12-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 dekabr 2017.
- ↑ Hugh Poulton. Who are the Macedonians?. C. Hurst & Co. Publishers Ltd. 2000. səh. 130. ISBN 1850655340.
- ↑ "Census" (PDF). State Statistical Office of the Republic of Macedonia. 2002. 2012-03-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 dekabr 2017.
- ↑ "Jewish Community in Macedonia". European Jewish Fund. 2013-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2017.
- ↑ "Address Book of the Religious Communities" (PDF). Macedonian Centre for International Cooperation. 2016-05-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 dekabr 2017.
- ↑ "Ville de Dijon – Dijon, une politique renouvelée à l'international". Dijon.fr. 2 oktyabr 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2017.
- ↑ "Nanchang City and Sister Cities Intercommunion". Nanchang Municipal Party Committee of the CPC and Nanchang Municipal Government. Nanchang Economic Information Center. 22 may 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29dekabr 2017.
- ↑ "Medmestno in mednarodno sodelovanje". Mestna občina Ljubljana (Ljubljana City) (Slovenian). 26 iyun 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29dekabr 2017.
- ↑ "- Сител Телевизија". sitel.com.mk. 2012-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-29.
- ↑ "Skopje votes to twin with Sofia". sofiaglobe.com. 19 aprel 2015. 2019-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-29.
- ↑ "Скопје се збратими со Тирана". novatv.mk. 2019-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-29.
- ↑ "Kardeş Kentleri Listesi ve 5 Mayıs Avrupa Günü Kutlaması [via WaybackMachine.com]" (Turkish). Ankara Büyükşehir Belediyesi – Tüm Hakları Saklıdır. 14 yanvar 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2017.
- ↑ "Međunarodna suradnja Grada Pule". Grad Pula (Croatian və Italian). 5 may 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2017.
- ↑ daenet d.o.o. "Sarajevo Official Web Site : Sister cities". Sarajevo.ba. 12 aprel 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2017.
Xarici keçidlər
redaktə- VikiSəyahətdə Skopje haqqında səyahət məlumatları var.
- City of Skopje Official Portal
- Skopje | Between Byzantine and Ottomans