Alassan Uattara
Alassan Draman Uattara | |
---|---|
fr. Alassane Dramane Ouattara | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dimbokro, Fransa Qərbi Afrikası ( indiki Kot-d'İvuar) |
Təhsili |
|
Fəaliyyəti | iqtisadçı, siyasətçi |
Həyat yoldaşı | Dominik Folloru-Uattara (1991–h.h) |
Dini | islam |
ado.ci/accueil.php | |
Vikianbarda əlaqəli mediafayllar |
Alassan Draman Uattara (fr. Alassane Dramane Ouattara; 1 yanvar 1942[1][2][…], Dimbokro[d]) — 2010-cu ildən etibarən Kot-d'İvuar Respublikasının Prezidenti olan siyasətçi.
Həyatı
Uattara 1 yanvar 1942-ci ildə Fransa Qərbi Afrikasının Dimbokro şəhərində anadan olmuşdur. O, Vattara İmperiyası olaraq da bilinən Konq İmperiyasının bir hissəsi olan Burkina-Fasonun müsəlman xalqlardan gəlir. Uattara müsəlmandır və Dyula xalqının üzvüdür. 1965-ci ildə Pensilvaniyada yerləşən Filadelfiya Drekael Texnologiya İnstitutunda elmi bakalavr dərəcəsi aldı. Uattara daha sonra 1967-ci ildə iqtisadiyyat üzrə magistr, 1972-ci iildə isə Pensilvaniya Universitetində iqtisad elmləri namizədi olmuşdur.[3]
Uattaranın amerikalı Barbara Jan-Devis ilə ilk evliliyindən Devid Draman Uattara və Fanta Katrin Uattara adlı iki övladı var. 1991-ci ildə yəhudi əsilli fransız katolik iş adamı Dominik Nuvian ilə evləndi. Onların toyu Parisin 16-cı dairəsinin bələdiyyə binasında keçirilib.
Maliyyə institutlarındakı fəaliyyəti
O, 1968–1973-cü illərdə Vaşinqtonda Beynəlxalq Valyuta Fondunda iqtisadçı kimi çalışıb, daha sonra 1973–1975-ci illərdə Qərbi Afrika Dövlətləri Mərkəzi Bankının Parisdəki müvəqqəti missiyasına rəhbərlik edib. QADMB-da 1975-ci ilin fevralından 1982-ci ilin dekabrına qədər xüsusi müşavir və araşdırma direktoru, 1983-cü ilin oktyabrından 1984-cü ilin oktyabrına qədər qubernator köməkçisi olub. 1984-cü ilin noyabrından 1988-ci ilin oktyabrına qədər BVF-da Afrika Departamentinin müdiri kimi də çalışdı. O, həmçinin BVF-də icraçı direktorun müşaviri oldu. 28 oktyabr 1988-ci ildə QADMB qubernatoru təyin edildi və 22 dekabr 1988-ci ildə and içdi. Uattara şəffaf və güclü idarəçiliyi ilə tanınmışdır.[4]
Siyasi fəaliyyəti
Baş nazir fəaliyyəti
1990-cı ilin aprelində BVF Struktur Düzəliş Proqramı çərçivəsində Kot-d'İvuarın Prezidenti Feliks Ufue-Buani Uattaranı Kot-d'İvuarın Sabitləşdirmə və İqtisadi Bərpa Proqramının Koordinasiyası üzrə Nazirliklərarası Komitəsinin sədri vəzifəsinə qəbul etməyə məcbur etdi. Uattara bu vəzifəni tutarkən QADMB qubernatoru vəzifəsində də qaldı. Daha sonra 7 noyabr 1990-cı ildə BVF-də çalışdığı müddətdə Kot-d'İvuarın Baş naziri oldu, daha sonra Şarl Konan Banni onu QADMB qubernatoru olaraq əvəz etdi. O, həmçinin 1990-cı ilin oktyabrından 1993-cü ilin noyabrınadək İqtisadiyyat və Maliyyə Naziri vəzifəsini tutub.[5]
Uattara Baş nazir vəzifəsini icra edərkən, qanunsuz və konstitusiyaya zidd olaraq Ufue-Buaninin xəstə olduğu müddətdə, 1993-cü ilin martından dekabr ayına qədər olan dövrdə ümumilikdə 18 ay müddətində Prezident postunu icra etmişdir. Ufue-Buani 7 dekabr 1993-cü ildə vəfat etdi və Uattara "Kot-d'İvuar yetim qaldı" deyərək Prezidentin ölümünü xalqa elan etdi. Uattara və Milli Assambleyanın sədri Anri Konan Bedye arasında Bedyeyə ölkəyə rəhbərlik etmək üçün qanuni hüquq verən və konstitusiyaya tamamilə zidd olan Prezident postu uğrunda qısamüddətli güc mübarizəsi başladı. Bediye qalib gəldi və Uattara dekabrın 9-da Baş nazir vəzifəsindən istefa verdi. Uattara daha sonra BVF-ə 1 iyul 1994-cü ildən 31 iyul 1999-cu ilədək idarə heyətinin direktor müavini olaraq qayıtdı.[6]
1995-ci il seçkiləri
1995-ci ilin oktyabrında keçirilən prezident seçkilərindən əvvəl Kot-d'İvuar Milli Assambleyası valideynlərindən hər hansı birinin xarici vətəndaş olması və əvvəlki beş il ərzində Kot-d'İvuarda yaşamaması halında namizədlərə qadağa qoyan seçki məcəlləsini təsdiq etdi. Bu müddəaların Uattaraya yönəldiyi geniş şəkildə düşünülürdü. BVF-dəki vəzifələri səbəbindən 1990-cı ildən bəri ölkədə yaşamadı. Atasının Burkina-Fasoda doğulduğu barədə şayiələr də yayılmışdı. 1994-cü ildə hakim Kot-d'İvuar Demokratik Partiyasından ayrılaraq yaradılan müxalifət partiyası olan Respublikaçıların Hərəkatı Uattaranın prezidentliyə namizəd olmasına çalışırdı. 1995-ci il iyunun sonlarında KDP Baş katibi Jeni Kobina Uattara ilə görüşdü və bu zaman Kobinanın sözlərinə görə, Uattara ona onun partiyasına qoşulmaq istəyində olduğunu dedi. Partiya 3 iyul 1995-ci ildə ilk növbədənkənar qurultayında Uattaranı prezidentliyə namizəd kimi irəli sürdü. Hökumət seçki məcəlləsini dəyişməsə də, Uattara namizədliyi rədd etdi. KDP Loran Qbaqbonun Kot-d'İvuar Xalq Cəbhəsi ilə birlikdə seçkilərini boykot etdi, KDP-ın namizədi Anri Konan Bediye asan qələbə qazandi.[7]
Kot-d'İvuar Demokratik Partiyasının sədri fəaliyyəti
BVF-də icraçı direktorun müavini vəzifəsində çalışarkən, 1998-ci ilin martında Uattara Kot-d'İvuara qayıtmaq və yenidən siyasətdə iştirak etmək niyyətində olduğunu bildirdi. 1999-cu ilin iyulunda BVF-dən ayrıldıqdan sonra o, 1999-cu il avqustun 1-də partiyanın növbədənkənar qurultayında KDP-ın sədri seçildi, həmçinin növbəti prezident seçkilərində onun namizəd olacağı açıqlandı. O, seçkilərdə iştirak etmək hüququna malik olduğunu söyləyərək, özünün və valideynlərinin Kot-d'İvuar əsilli olduğunu sübut edən sənədləri göstərdi.
Lakin o, bu sənədləri saxtalaşdırmaqda günahlandırıldı və araşdırma başladıldı. Prezident Bediye Uattaranı burkina-fasolu olaraq xarakterizə etdi və Ufue-Buaninin "Alassan Uattara'ın yalnız iqtisadiyyatla məşğul olmasını istədiyini" söylədi. Uattaranın 1999-cu ilin sentyabr ayının sonunda verilmiş vətəndaşlıq şəhadətnaməsi oktyabrın 27-də məhkəmə tərəfindən ləğv edildi. Uattaranın həbsi ilə bağlı qərar noyabrın 29-da verilmişdi, baxmayaraq ki, o, həmin vaxt ölkədən kənarda idi, buna baxmayaraq dekabrın sonuna kimi qayıdacağını söylədi.[8]
Dekabrın 24-də ordu Bediyeni devirərək hakimiyyəti ələ keçirdi. Uattara dekabrın 29-da Fransada üç ay qaldıqdan sonra Kot-d'İvuara qayıtdı və Bediyenin devrilməsini "dövlət çevrilişi deyil", "bütun Kot-d'İvuar xalqının dəstəklədiyi inqilab" kimi qiymətləndirdi.[9]
2000-ci ilin iyulunda referendumla təsdiq edilmiş yeni konstitusiya valideynlərinin hər ikisi Kot-d'İvuar kökənli olmadığı təqdirdə prezidentliyə namizəd olmalarını mübahisəli şəkildə qadağan etdi və Uattara 2000-ci il prezident seçkilərindən kənarlaşdırıldı. Bunu əhatə edən məsələlər 2002-ci ildə başlayan Birinci Kot-d'İvuar Vətəndaş Müharibəsində əsas amillər idi.
Burkina-Faso Prezidenti Blez Kompaore Uattaranın vətəndaşlığı ilə bağlı verdiyi müsahibədə belə cavab verdi: "Bizim üçün hər şey sadədir: o, Burkina-Fasodan deyil, nə doğum, nə evlilik, nə də vətəndaşlıq yolu ilə. Bu adam Kot-d'İvuarın Baş naziri olub."
Prezident Qbaqbo 6 avqust 2007-ci ildə Uattaranın növbəti prezident seçkilərində iştirak edə biləcəyini təsdiqlədi. Uattara 1–3 fevral 2008-ci il tarixlərində keçirilən İkinci Növbədənkənar Konqresində KDP-ın prezidentliyə namizədi olaraq təyin olundu, o, eyni zamanda daha beş il müddətinə yenidən KDP-ın sədri seçildi. Qurultayda o, keçmiş üsyançı Yeni Qüvvələr partiyasını seçkilərdə KDP ilə birləşməyə dəvət etdi.[10]
Uattara açıq şəkildə demişdi ki, Qbaqbonun şəffaf və ədalətli seçkilər təşkil edəcəyinə inanmır.[11]
KDP və KDP-ADH-ın hər ikisi Ufue hərəkatının üzvləridir və Uattara və Bediye birinci turda ayrı-ayrılıqda yarışarkən, onlardan yalnız biri ikinci tura keçərsə, hər biri digərini dəstəkləməyə razılaşdı.[12]
2010-cu il prezident seçkiləri və nəticələri
2005-ci ildə keçirilməli olan prezident seçkiləri 2010-cu ilin noyabr ayına qədər təxirə salındı. Seçki Komissiyasının sədri Uattaranın müstəqil şəkildə qazandığı ilkin nəticələri saxtakarlıqdan narahatlandığı elan etmədi. Onlar keçmiş Baş nazir Alassan Uattaranın xeyrinə Qbaqbonun geri çəkildiyini bildirdilər.[13]
Hakim KXC Yeni Qüvvələri üsyançılarının nəzarətində olan şimal departamentlərində kütləvi saxtakarlıqda ittiham edərək, Konstitusiya Şurası qarşısında nəticələrə etiraz etdi. Bu ittihamlar Birləşmiş Millətlər Təşkilatının müşahidəçiləri tərəfindən ziddiyyət təşkil edirdi. Nəticələrin hesabatı ciddi gərginliyə və şiddətli insidentlərə səbəb olub. Qbaqbo tərəfdarlarından ibarət Konstitusiya Şurası yeddi şimal departamentinin nəticələrini qeyri-qanuni elan etdi və Seçki Komissiyasının bildirdiyinə görə, Uattara 54% səslə qalib gəlsə də, Qbaqbon 51% səslə seçkilərdə qalib gəldi. Qbaqbonun andiçmə mərasimindən sonra əksər ölkələr və Birləşmiş Millətlər Təşkilatı tərəfindən qalib kimi tanınan Uattara alternativ inauqurasiya təşkil etdi. Bu hadisələr vətəndaş müharibəsinin yenidən alovlanması qorxusunu artırdı, minlərlə qaçqın ölkəni tərk etdi.[14]
Afrika İttifaqı münaqişənin həllində vasitəçilik etmək üçün Cənubi Afrikanın keçmiş Prezidenti Tabo Mbekini göndərdi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Kot-d'İvuarı bütün orqanlarından, Afrika İttifaqı isə ölkə üzvlüyündən uzaqlaşdırdı və Alassan Uattaranı seçkilərin qalibi kimi tanıyan qətnamə qəbul etdi.[15]
2010-cu ildə Kot-d'İvuar Silahlı Qüvvələrinin polkovniki Nqessan Yao Nyu-Yorkda ABŞ İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin bir il davam edən əməliyyatı zamanı silah və sursatların qanunsuz ixracında ittiham olunaraq həbs olundu. Kot-d'İvuarın bir neçə zabiti diplomatik pasportlara malik olduqları üçün sərbəst buraxıldı. Onun şəriki, beynəlxalq treyder olan Maykl Barri Şor Virciniyaya göndərildi.[16]
Həmçinin bax
İstinadlar
- ↑ McKenna A. Alassane Ouattara // Encyclopædia Britannica (ing.).
- ↑ Alassane Ouattara // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ https://web.archive.org/web/20051221095339/http://www.imf.org/external/np/omd/bios/Ado.htm
- ↑ https://www.bbc.co.uk/news/world-africa-12934834
- ↑ https://finances.gouv.ci/nos-missions/historique
- ↑ http://www.ado.ci/
- ↑ https://archive.org/details/politicalreformi0000unse/page/194
- ↑ http://www.irinnews.org/Report.aspx?ReportId=11130
- ↑ http://news.bbc.co.uk/2/hi/africa/582403.stm
- ↑ http://www.jeuneafrique.com/pays/cote_ivoire/article_depeche.asp?art_cle=AFP35428alassselleb0
- ↑ https://web.archive.org/web/20110826181445/http://ipsnews.net/news.asp?idnews=39769
- ↑ http://www.jeuneafrique.com/pays/cote_ivoire/article_depeche.asp?art_cle=AFP35428alassselleb0
- ↑ https://www.bbc.co.uk/news/world-africa-12079552
- ↑ https://www.bbc.co.uk/news/world-africa-12079552
- ↑ http://www.africa-union.org/root/au/Conferences/2010/december/Communiqu%C3%A9%20of%20the%20252nd.pdf
- ↑ http://www.upi.com/Top_News/US/2010/09/21/FBI-nabbed-colonel-on-official-business/UPI-16431285082800/