Beynəlxalq Çay Günü
Naviqasiyaya keç
Axtarışa keç
Beynəlxalq Çay Günü (ing. International Tea Day) — hər il dekabrın 15-də Təhsil və Ünsiyyət Mərkəzinin (ing. Centre for Education and Communication) təşəbbüsü ilə keçirilən qeyri-rəsmi bayram. Qeyri-iş günü deyil.
Tarixi
[redaktə | mənbəni redaktə et]"Beynəlxalq Çay Günü" yeni bayramlardan biridir. "Çay Günü"nü qeyd etmək uzun illər müzakirə mövzusu olsa da, bunu yalnız 2004-cü ildə Hindistanın Mumbay şəhərində və 2005-ci ildə Braziliyanın Portu-Aleqri şəhərində keçirilən ümumdünya ictimai forumlarından (ing. World Social Forum) sonra reallaşdırmaq mümkün olmuşdur.