Buick

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Buick
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi ictimai şirkət
Sənaye avtomobil sənayesi
Məhsulu avtomobil
Təsis tarixi 1899[1]
Baş qərargahın yeri
buick.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Loqosu

Byuik- BuickABŞ avtomobil markası.

Güman olunur ki, "Buick" adı Azərbaycanca "buruq" deməkdir. Bu markalı maşınlar benzini çox işlətdiyi üçün firmanın adını "neft buruğu", sonralar isə sadəcə "buruq" adlandırıblar.

"Byuik" firmasının ("Buick Motor Car Company") əsasını 1902-ci ildə amerikalı mühəndis Devid Danbar Byuik qoymuşdur (Miçiqan ştatı, Flint şəhəri). Onun konstruksiya etdiyi ilk avtomobil 1903-cü ildə buraxılmışdır. Firma 1908-ci ildə "General Motors" konserni ilə birləşmişdir.[2]

4 silindrli (1908-ci ildən), 6 silindrli (1914-cü ildən) və 8 silindrli (1931-ci ildən) mühərriki olan avtomobillər istehsal etmişdir. Mühərrikinin işçi həcmi 1,8–5 l, gücü 63–200 kVt, maks. sürəti 160–220 km/saat-dır. 2008-ci ildən daha çox "Buick Enclave", "Buick La Crosse", "Buick Lucerne" modelləri istehsal edilir.[2]  

  1. http://www.buickheritagealliance.org/buick_history/motor_division.
  2. 1 2 Byuik// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 159. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]