Cenni fon Vestfalen

Vikipediya, azad ensiklopediya
Firuza (müzakirə | töhfələr) (Həyatı) tərəfindən edilmiş 17:45, 23 fevral 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Cenni fon Vestfalen
alm. Jenny Marx
Doğum tarixi 12 fevral 1814(1814-02-12)[1]
Vəfat tarixi 2 dekabr 1881(1881-12-02)[1] (67 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qaraciyər xərçəngi
Dəfn yeri
Həyat yoldaşı
Uşaqları
Atası Lüdviq fon Vestfalen[d][3]
Fəaliyyəti sosioloq, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yohanna Berta Jüli Cenni İdle fon Vestfalen (12 fevral 1814[1]2 dekabr 1881[1], London) — alman teatr tənqidçisi və siyasi aktivist; filosof və siyasi iqtisadçı Karl Marksın həyat yoldaşı (1843).

Həyatı

Cenni fon Vestfalen Şimali Almaniyanın Zaltsvedel qəsəbəsində yenicə aristokratlığa yüksəlmiş ailədə anadan olub. Atası Lüdviq fon Vestfalen (1770–1842) Zaltsvedel və Trirdə hökumət müşaviri (alm. Regierungsrat‎) vəzifəsində işləyən dövlət qulluqçusu idi. Cenni Lüdviqin ikinci nikahından olan qızı idi və Cenninin özündən böyük dörd qardaş-bacısı vardı.

Cenninin ata tərəfdən babası, Blankenburqun poçt müdirinin oğlu Filip Vestfal hərbi xidmətlərinə görə Braunşveyq-Lüneburq hersoqu Ferdinand tərəfindən 1764-cü ildə Edler fon Vestfalen rütbəsinə layiq görülmüşdü. O, Yeddiillik müharibə zamanı hersoqun faktiki qərargah rəisi vəzifəsində çalışmışdı.

Onun ata tərəfdən nənəsi Cini Vişart (1742–1811) isə Şotlandiya zadəganı idi; belə ki, Cininin atası Corc Vişart IX Anqus qrafı Vilyam Duqlasın və III Marişal qrafının nəslindən idi. Sonuncunun isə öz növbəsində Stüartlar sülaləsindən olan Şotlandiya kralı I Ceyms ilə birbaşa qan qohumluğu vardı. Corc Vişartın atası Vilyam Vişart Edinburq Universitetinin direktoru kimi fəaliyyət göstərmişdi. Cininin anası Enn Kempbell isə Şotlandiyanın Kempbellər nəslindən Con Kempbellin qızıdır. Con Kempbell IV Atoll qrafı Con Stüartın nəvəsidir. Onun bir tərəfi əsrlər boyu Şotlandiyanın ən güclü ailəsi olan Arqayl hersoqlarına gedib çıxır. Bu fakt 1854-cü ildə Karl Marksın Cenniyə məxsus üzərində hersoq nişanı olan Arqayl gümüş məmulatlarının bir hissəsini lombarda qoymağa cəhd edərkən həbs olunduğu bir hadisəyə səbəb olacaqdı; bu zaman polis bir alman qaçqının Arqayla aid əmlakı qanuni yolla ala bilməyəcəyindən şübhələnmişdi.

Cenninin anası Karolina Hyubelin (1780-1856) ailəsi orta təbəqədən idi. Karolinanın atası orduda istifadə olunan atlara qulluq edən təqaüdə çıxmış mütəxəssis idi. Cenninin qardaşı Edqar fon Vestfalen (1819-1890) Karl Marksla eyni məktəbdə oxumuşdu və onunla dostluq edirdi. Digər qardaşı Ferdinand isə 1850-1858-ci illərdə Prussiyanın daxili işlər naziri vəzifəsini icra etmişdi. Ferdinand XIX əsr Prussiyasında aparıcı mühafizəkar qüvvələrdən biri olsa da, bu onun Karl və Cenni Marksla mehriban münasibətinə təsir etməmişdi.

İstinadlar

  1. 1 2 3 4 Jenny Marx // GeneaStar.
  2. 1 2 3 A. A. P. Secret Re-burial of Karl Marx In London (ing.). // The Sydney Morning Herald Sydney: Fairfax Media, 1954. Iss. 36485 (late edition). P. 1. ISSN 0312-6315
  3. 1 2 3 4 Lundy D. R. The Peerage (ing.).

Xarici keçidlər