29°33′ şm. e. 34°57′ ş. u.HGYO

Eylat

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şəhər
Eylat
ivr.אילת‏‏‎
Gerb
Gerb
29°33′ şm. e. 34°57′ ş. u.HGYO
Ölkə  İsrail
Dairə [[Cənub dairəsi]]
Mer Meir İshaq Halevi
Tarixi və coğrafiyası
Əsası qoyulub E.ə. 7000 il
Yaşayış məntəqəsi statuslu 1959
Sahəsi 84.789 km²
Mərkəzin hündürlüyü 16 m
Saat qurşağı UTC+2 , yayda UTC+3
Əhalisi
Əhalisi 50 072 nəfər (2016)
Milli tərkibi yəhudilər: 83%
Rəqəmsal identifikatorlar
Telefon kodu +972 8
Digər
eilat.muni.il  (ivr.)
Eylat xəritədə
Eylat
Eylat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eylat (ivr.אילת‏‎) — İsrailin ucqar cənub hissəsində yerləşən şəhər. Aqaba körfəzininQırmızı dənizin şimal sahillərində yerləşən məşhur liman və turizm şəhəridir. Eylat şəhərinin çimərlikləri, mərcan rifləri və səhra landşaftı onu yerli və beynəlxalq turizm üçün daha da cəlbedici hala gətirir.

İsrail hökuməti 1955-ci ildən etibarən şəhərin əhalisinin sayını artırmaq və infrastrukturu inkişaf etdirmək məqsədilə Mərakeşdən ölkəyə gəlmiş yəhudi ailələrini burada yerləşdirmişdir. Hal-hazırda şəhər əhalisi 50,072 nəfər təşkil edir. Neqev səhrasında yerləşən Eylat şəhəri Aravanın cənub hissəsini əhatə edir. Şəhər cənubdan Misirin Taba şəhəri, şərqdən İordaniyanın liman şəhəri olan Aqaba, cənub-şərqdən isə körfəz vasitəsilə Səudiyyə Ərəbistanı ilə əhatə olunmuşdur.

Eylat şəhərində quru səhra və zəif rütubətli iqlim şəraiti hökm sürür. Temperatur yayda tez-tez 40 °C-ni keçsə də, qışda təqribən 21 °C olur. Su temperaturu isə 20–26 °C arasında dəyişir. Ortalama olaraq ilin 360 günü günəşli hava olur.[1]

Ərazi geoloji və landşaft baxımdan müxtəlifdir. Maqmatikmetamorfik süxurlar, qumdaşı, əhəngdaşı kimi təbii ehtiyatlara sahibdir. Dağlar dəniz səviyyəsindən 892 metr yüksəklikdə yerləşir. Şəhər ərazisində Arava kimi geniş vadilər də vardır. Yayda temperatur 40 °C-dən çox olduğu üçün və orta illik yağıntı miqdarı təqribən 28 mm olduğu üçün su ehtiyatları məhduddur. Bölgənin tarix boyu əsas elementləri mis ehtiyatları və digər faydalı qazıntılar, həmçinin ərazidən keçən qədim beynəlxalq yollar, şəhərin geosiyasi və strateji mövqeyidir.

Eylatın əhalisinin bir hissəsini xarici işçilər təşkil edir. Onlar əsasən burada yerləşən hotellərdə işləyir və ya ticarətlə məşğul olurlar. Şəhərin ərəb əhalisinin sayı da ildən ilə artmaqdadır. Yay aylarında bura gələn ərəblərin əksər hissəsini İordaniyalı və Misirli turistlər təşkil edir.

2007-ci ildə Sudandan Misirə gəlmiş 200 nəfərdən çox məcburi köçkün işləmək məqsədilə qeyri-qanuni olaraq İsrailə keçmiş və Eylat şəhərində məskunlaşmışdır.[2][3]

Eylat şəhərində 67 uşaq bağçası, 10 ibtidai məktəb və 4 orta və ali məktəb yerləşir.[4] Ben-Qurion Universitetinin kampusu bu şəhərdədir. 2010-cu ildə Toronto Yəhudi Federasiyası (Raşi Federasiyası) tərəfindən şəhər ərazisində yeni tələbə yataqxanası inşa olunmuşdur.[5] İsrailin ətraf mühiti qoruma sosial təşkilatı Eylat şəhərində səhra ekologiyası, Qırmızı dəniz və başqa məsələlərlə əlaqədar olaraq xüsusi səyahətlər təşkil edir.[6]

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. Discovering the World of the Bible, LaMar C. Berrett, (Cedar Fort 1996), page 204
  2. Joshua Mitnick. "Sudan's "Genocide" Lands at Israel's Door". The Christian Science Monitor. 2006. 2007-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2017.
  3. Neta Sela. "Israel must reject Darfur refugees, rabbi says". Ynet News – Jewish World. 2007. 2007-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2017.
  4. Daniel Horowitz. "UJA Federation of Greater Toronto". Jewishtoronto.net. 9 fevral 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2017.
  5. "New Student Dormitories Dedicated in Eilat Campus". Web.archive.org. 15 may 2010. 19 iyun 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2017.
  6. "SPNI field schools". Aspni.org. 2013-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2017.
  7. "Twinning Ceremony between Acapulco and Eilat". Keren Kayemeth LeIsrael. 30 iyul 2017. 2019-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2017.
  8. 1 2 3 "Sister Cities". Union of Local Authorities in Israel (ULAI). 4 oktyabr 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2017.
  9. "Facts about Durban". 7 sentyabr 2003. 2007-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2017.
  10. "Eilat, Israel – Sister Cities of Los Angeles". 2011-10-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2017.
  11. "The anniversary of our sister city, Eilat". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2017.
  12. "Municipal Smolyan". 2008-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2017.
  13. "Sopron, Hungary, One Of Eilats Twin Cities". Eilat Today. 14 sentyabr 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]