Kommunizm

Vikipediya, azad ensiklopediya
Revan Guluzade (müzakirə | töhfələr) (Həmçinin bax) tərəfindən edilmiş 06:07, 16 yanvar 2013 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Kommunizm (lat. commūnis -ümumi) — kapitalizmi əvəz edən ictimai-iqtisadi formasiya: istehsal vasitələri üzərində ictimai mülkiyyətə əsaslanır. Dar mənada həmin formasiyanın sosializmə nisbətən daha yüksək inkişaf pilləsi, fazası.

Marksizmə görə, sosialist inqilabı inkişaf etmiş kapitalist ölkələrində, özü də dünyada eyni vaxtda baş verməlidir. Lenin isə kəşf etdi ki, imperializm kapitalizmin xüsusi formasıdır. İmperializm dövründə sosialist inqilabı iqtisadi cəhətdən geri qalmış tək bir ölkədə də qalib gələ bilər.

Qırmızı ulduz (Kommunizm)

Elmi kommunizm proletariatın sinfi mübarizəsinin və sosialist inqlabının, sosializm və kommunizmin qurulmasının qanunauyğunluqları haqqında elimdir.