Kotanarx
Kotanarx | |
---|---|
40°35′42″ şm. e. 47°29′46″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdaş rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 29 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0315[1] |
Kotanarx — Azərbaycan Respublikasının Ağdaş rayonunun Nehrəxəlil kənd inzibati ərazi dairəsində kənd.[2]
Türyan çayının sahilində, Şirvan düzündədir. XVIII əsrə aid mənbədə kəndin adı çəkilir. Tədqiqatçıların ehtimalına görə, oykonim qədim arxçəkmə usulunun adı ilə bağlıdır. Belə ki, keçmişdə torpağı bərk olan yerlərdə arx çəkmək üçün əvvəlcə kotanla dərin Şırımlar açılır, sonra onun içərisinin torpağı çıxarılaraq daha da dərinləşdirilirdi. Belə arxlara adətən kotan-arxı deyilirdi. Yaşayış məntəqəsi kotan arxının dalında salındığına görə belə adlandırılmışdır. Yevlax rayonunun Hürüuşağı kəndində də Kotanarx hidronimi qeydə alınmışdır, lakin istər Azərbaycan, istərsə də türkdilli xalqların toponimiyasında kotan komponentli toponimlərin geniş arealı göstərir ki, bu coğrafi adlar etnotoponimdir. Babək rayonunun Nəzərabad kəndində yaşayan kotannı tayfasının qeydə alınması da bunu subut edir.[3]
Şəhidləri
[redaktə | mənbəni redaktə et]- Qəribov Rəis Ələm oğlu (1975–1995)
- Lətofov Rahil Sahib oğlu (1981–1999)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
Ağdaş rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |