Maraq

Vikipediya, azad ensiklopediya
E-citizen (müzakirə | töhfələr) tərəfindən edilmiş 11:57, 1 oktyabr 2010 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Maraq - fərdin xüsusi cəhd göstərmədən öz istəyi ilə, zövq alaraq bir işə yönəlməsidir. Marağı bir insanın özü və çevrəsi tərəfindən təsdiq olunan davranışları kimi də qəbul etmək olar. Yəni maraq daxili və xarici təsirlə formalaşır. Bir işə sevgi ilə müəyyən müddət bağlanma da maraqdır. Kitab, futbol, musiqi və s. də bu maraqlara daxildir.

Maraqlar bir çox səbəbdən asılı olaraq fərddən fərdə dəyişir. Şəxsin içində olduğu dairə, cinsiyyət, yaş, zəka, fiziki imkanlar, başqa bir çox qabiliyyətlər, sosial mühit, ailə mühiti və mədəni faktorlar və s. bu səbəblərə daxildir.

Marağın növləri

Maraq növlərini üç başlıq altında analiz etmək olar:

  1. Şəxsi maraqlar: Gəncin seçim və vərdişlərini əhatə edir. Saçın, üzün, bədənin xarici görünüşü, geyim, danışma, əylənməilə bağlıdır. Yeniyetməliyin ilk dövrlərində geyimə olan maraq sonsuzdur. Tez-tez paltar almaq istəyirlər. Fərqli görünmək, başqalarının diqqətini cəlb etmək istəyirlər. Bu baxımdan valideynlə qarşıdurmalar ən çox geyimlə bağlı olur.
  2. Sərbəst vaxt marağı: Yeniyetmənin boş vaxtlarında görmək istədiyi işlərlə bağlı olur. Kitab oxuma, musiqi dinləmə, idmanla məşğul olma və s. Ancaq bu maraqlar zaman görə dəyişə bilər. Orta məktəbdə idmana, musiqiyə olan maraq universitet illərində kitaba yönəlir. Yeniyetməliyin ilk illərində gənclərdə şeir yazma,mahni oxuma,xatirə dəftəri tutmağa maraq yaranır. Bu maraqlar cinsə görə fərqlənə bilər.
  3. Sənət maraqları:Gənclər yeniyetməliyin ilk dövrlərində məslək mövzusunda qərarsız olurlar. Fikirlərini tez-tez dəyişirlər. Ancaq əl qabiliyyətləri,bacarıqları istiqamətində fikirləri dəqiqləşə bilir. Yeniyetməliyin sonrakı mərhələlərində seçəcəkləri peşə ilə bağlı fikirlərin əsası qoyula, bir sistem halina gələ bilir.Bu məslədə daha çox xəyala dalır,macəraçı olurlar

Mənbə