Meşari

Vikipediya, azad ensiklopediya
Nərmin Həsənova Tərlan (müzakirə | töhfələr) (Keçid tövsiyələri funksiyası: 2 keçid əlavə edildi.) tərəfindən edilmiş 17:50, 23 aprel 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Meşarinin səhifəsi

Meşari (alb. Meshari) - alban dilində çap edilmiş ilk kitab. Hal-hazırda tək bir nüsxəsi mövcuddur. Kitab 188 səhifədən ibarət olmuşdur və yazılar səhifələrdə iki sütunla yazılmışdır.

Kitab təxminən 1555-ci ildə Venesiyada katolik yepiskopu Gön Buzuku tərəfindən nəşr edilmişdir. Meshari 1740-cı ildə Skopyedə aşkar edildi, bir müddət sonra isə onun haqqında məlumatlar itdi. 1910-cu ildə kitabın bir nüsxəsi Katolik Yepiskopu Luzi Skiroi tərəfindən yenidən aşkar edildi. 1930-cu ildə kitabın fotonüsxəsi, 1968-ci ildə isə elm adamlarının rəyləri ilə kitab yeni formada nəşr olundu. Hal-hazırda orijinal kitab Vatikan Kitabxanasındadır. Vatikan nüsxəsində kitabın titul vərəqi və ilk 16 səhifəsi yoxdur[1].

Kitab katolik liturgiyasının əsas hissələrinin alban dilinə tərcüməsidir. Buna görə də kitabın albanca adı, latın dilində dini kitab olan Missalın adından götürülmüşdür. Kitabda həmçinin əsas Katolik bayramlarının, duaların, müqəddəslərin litanyasının, Bibliyanın kitablarının və kateqexizmin siyahısı yer alıb. Kitabın hər biri iki sütuna bölünmüş 188 səhifədən ibarətdir.

Kitab latınca, dəyişdirilmiş kiril hərfindən (Ћ) də istifadə edilməklə alban dilinin şimal ləhcəsində yazılmışdır[2].

2005-ci ildə Makedoniyada Meşarinin 450 illik yubileyi ilə əlaqədar poçt markası buraxılmışdır.

  • Gjon Buzuku, Il Messale di Giovanni Buzuku. Riproduzione, traduzione e trascrizione a cura di Namik Ressuli. Città del Vaticano : Biblioteca Apostolica Vaticana, 1958
  • Gjon Buzuku, Meshari I Gjon Buzukut : (1555). Botim kritik punuar nga Eqrem Cabej. Tirane : Universiteti shteteror. Instituti i historise e i gjuhesise, 1968.
  1. "Meşari". 2012-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-24.
  2. "Stanišić, Vanja, Из историје примене словенске писмености за албански језик" (PDF). 2021-01-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-24.
  • Giuseppe Schirò, «Il Messale», in Dizionario Bompiani delle opere e dei personaggi, vol. V Isc-Mia, p. 5526, Corriere della Sera, 2005, ISSN 1825-78870
  • Eqrem Çabej, Gjon Buzuku dhe gjuha e tij. Prishtine : Rilindja, 1977
  • Martin Camaj, Il Messale di Gjon Buzuku : contributi linguistici allo studio della genesi. Roma : Shejzat, 1960
  • Buzuku dhe gjuha e tij. Redaksia Enver Hysa et al. Tirane : Akademia e shkencave e shqiperise. Institut i gjuhesise dhe i letersise, 2005