Nigar Usubova
Nigar Usubova | |
---|---|
Doğum tarixi | 2 may 1914 |
Doğum yeri | |
Vəfat tarixi | 15 sentyabr 1995 (81 yaşında) |
Vəfat yeri | |
Atası | İbrahim ağa Usubov |
Təhsili | |
Fəaliyyəti | pianoçu |
Nigar İbrahim qızı Usubova (2 may 1914, Qazax – 15 sentyabr 1995, Bakı) — Azərbaycan Dövlət Konservatoriyasının müəllimi, əməkdar incəsənət xadimi, professor. General İbrahim ağa Usubovun qızı.
Həyatı
Nigar İbrahim qızı Usubova 1914-cü ildə Qazax rayonunun Salahlı kəndində anadan olub. 1935-ci ildə Azərbaycan Dövlət Sənaye İnstitutunu, 1947-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.
1952-ci ildən 1970-ci ilədək konservatoriyanın fortepiano kafedrasının dosenti, tədris-elmi işlər üzrə prorektoru olub.
1960-cı ildə əməkdar incəsənət xadimi adını alıb. 1966-cı ildən fortepiano üzrə professor, 1959-1969-cu illərdə fortepiano kafedrasının müdiri vəzifəsində çalışıb. İki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilib.[1]