Palıdlı (Xaçmaz)
Palıdlı | |
---|---|
41°35′15″ şm. e. 48°47′16″ ş. u.HGYO | |
Ölkə | |
Əhalisi | |
Əhalisi |
|
Palıdlı (əvvəlki adı: Xaraxoba) — Azərbaycan Respublikasının Xaçmaz rayonunu Dədəli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 noyabr 2013-cü il tarixli, 830-IVQ saylı Qərarı ilə kənd Palıdlı adlandırılmışdır.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Palıdlı kəndinin əsası SSRİ dövründə, Rusiya SFSR-in Dağıstan MSSR-dəki Axtı rayonunun Xrax kəndindən (SSRİ-nin Dağıstanın dağlıq və ucqar ərazidə yerləşən kəndlərində yaşayan əhalinin digər yerlərdəki düzənlik bölgələrə köçürülməsi siyasətinə görə) Azərbaycan SSR-in Xaçmaz rayonundakı boş əraziyə köçürülmüş ailələr üçün qoyulmuşdur. Hazırkı dövrdə Dağıstandakı keçmiş Xrax kəndi, həmin vaxtdan bəri tərk edilmiş və rəsmi olaraq ləğv olunmuşdur.
Xaçmazın Xaraxoba və Uryanoba kəndlərinin əraziləri 1954-cü ildə SSRİ Nazirlər Kabinetinin qərarıyla müvəqqəti olaraq Dağıstanın nəzarətinə, Axtı rayonunun kolxozuna icarəyə veriliblər. 1984-cü ildə isə Azərbaycan SSR Nazirlər Kabineti icarə müddətini 2004-cü ilə qədər uzadıb.
Müstəqillik dövründə, 2004-cü il keçəndən sonra 6 il ərzində həllini tapmayan bu məsələ, 2010-cu ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyevlə Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev arasında keçirilən görüşdə çözülüb, və Xraxoba və Uryanoba kəndləri tam olaraq Azərbaycanın ərazisi kimi qəbul ediliblər.
2012-ci ilin aprel ayında Xraxoba kəndinin bütün sakinləri Rusiya dövlətinin yardımı ilə Dağıstana köçüblər. Köçürülmə Azərbaycan hökuməti, Rusiya səfirliyi və Dağıstan hakimiyyət orqanlarının əməkdaşlığı şəraitində həyata keçirilib.[3][4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "1.5. Численность населения городских округов, муниципальных районов, муниципальных округов, городских и сельских поселений, городских населённых пунктов, сельских населённых пунктов Республики Дагестан". İstifadə tarixi: 2024-06-25..
- ↑ "Xaçmaz rayonunun Xaraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 22 noyabr 2013-cü il tarixli, 830-IVQ saylı Qərarı". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-15.
- ↑ "Azərbaycanın iki kəndində yaşayan Rusiya vətəndaşları ilə bağlı problem həll edilib". 2012-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-01.
- ↑ "Rusiya və Azərbaycan arasında sərhədlər dəqiqləşdirilib". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-11.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Xaçmaz rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |