Pudinq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Milad pudinqi

Pudinq (ing. pudding) — yumurta, şəkər, süd və undan ibarət qaynar suda hazırlanan ingilis deserti. Pudinqə meyvələr və ədviyyatlar əlavə olunur. Pudinqin soyudulması xüsusi formada edilir.

İngiltərədə pudinq milad süfrəsinin ənənəvi yeməyi hesab olunurdu.Uzun yüzilliklər ərzində Britaniya adalarının əhalisinin süfrəsində Milad bayramı zamanı ət bulyonunda bişirilmiş xüsusi sıyıq - "plam poric" (plum - gavalı + porridge - sıyıq) olurdu. Bu sıyığa çörək qırıntıları, kişmiş, badam, qara gavalı, bal əlavə edərək onu süfrəyə çox isti şəkildə verirdilər. XIII əsrin əvvəllərində bu ad milad süfrəsinin ənənəvi yeməklərindən biri olan plam-puddinq adına şəklini dəyişmişdir. Süfrəyə verilməmişdən əvvəl onun üzərinə konyak axıdır və yandırdıqlarından bu sıyığı "alovda olan pudinq" adlandırırdılar.

Pudinq incəsənətdə

[redaktə | mənbəni redaktə et]

Luis Kerrolun "Alisa Güzgülər arxasında" əsərinin doqquzuncu başlığında Alisa ilk dəfə pudinqlə tanış olur.

Aqata Kristi "Milad pudinqinin macəraları" adlı hekayələr toplusu yazmışdır.

Çarlz Dikkensin "Böyük ümidlər" əsərinin ikinci başlığında qəhrəmanı pudinq üçün xəmir yoğurmağa məcbur edirlər.

Yorkşir pudinqi