40°04′29″ şm. e. 47°07′48″ ş. u.HGYO

Qaraxanlı (Ağcabədi)

Vikipediya, azad ensiklopediya
Capay (müzakirə | töhfələr) tərəfindən edilmiş 10:49, 19 may 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Qaraxanlı
40°04′29″ şm. e. 47°07′48″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Ağcabədi rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 882 (2007) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0412
Qaraxanlı xəritədə

QaraxanlıAzərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd.

Əhalisi

Əhalisinin sayı 882 (01.01.2007-ci il üçün) nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq və pambıqçılıqla məşğul olur.

Toponimikası

Qaraxanlı oykonimi qaraxanlı nəslinin adı ilə bağlıdır. Tarixi sənədlərin verdikləri məlumata görə, oğuz tayfalarından biri olan bayat tayfasına mənsub olan qaraxanlılar (qaraxanlı tirəsi) 1865-ci ildə burada məskən salmış və məntəqəsi də bu tirənin adı ilə adlandırılmışdır. Bəzi araşdırıcılar toponimi 927-1212-ci illərdə Mərkəzi Asiyada Qaraxanilər dövlətini idarə edən qaraxanilər müsəlman - türk sülaləsinin adı ilə eyniləşdirir. Məlumdur ki, onların ilk xanı Əbdülkərim Satuk Qaraxan olub. Qaraxanilər sonuncu nümayəndəsi olan Qılıc Arslan İbn Xarəzm Məhəmməd tərəfindən 1212-ci ildə öldürülmüşdür. 1728-ci il sənədində İrəvan əyalətinin Zarzəmin nahiyəsində Qaraxanlı adlı qışlaq qeydə alınmışdır.[1]

Şəhidləri

İstinadlar

  1. Nazim Tapdıqoğlu (Vəlişov) Ağcabədi Ensiklopediyası.Bakı,2007