Venera (planet)
Venera | |
Peyklər | Yox |
---|---|
Əsas xüsusiyyətlər | |
Böyük yarımox | km. AU |
Perigeliy | km. AU |
Afeliy | km. AU |
Orbital ekssentrsitet | |
Fiziki xüsusiyyətlər | |
Ekvator | ×1012 km³ |
Təzyiq | |
Həcm | ×1012 km³ |
Kütlə | ×1024 kq. |
Sıxlıqı | q/sm³ |
Oxun bucağı | o |
Tam dövr | gün |
Qravitasiya | m/s2 |
Sürəti | km/saniye |
Parlaqliq (albedo) |
|
Temperatur | |
Max | K (oC) |
Orta | K (oC) |
Min | K (-oC) |
Tərkibi | |
Hidrogen | % |
Helium | % |
Oksigen | % |
Karbon | % |
Dəmir | % |
Kükürd | % |
Neon | % |
Azot | % |
Kremnium | % |
Maqnium | % |
Veneravə ya Zöhrə ulduzu — Günəş sisteminin planetlərindən biridir. Veneranın atmosferi Yerdən daha sıx olub qalın buludlarla örtülmüşdür. Atmosferin 97%i Karbon qazından ibarətdir. Atmosferdə ildırım boşalmaları qeydə alınmışdır. Venera öz oxu ətrafında bütün qalan planetlərdən fərqli olaraq (Uran istisna olmaqla) qərbdən şərqə yox şərqdən qərbə fırlanır. Oksford Universiteti elm adamları Nature (Təbiət) jurnalında dərc etdikləri məqalədə, Veneranın bir vaxtlar Yer kürəsi kimi yaşamalı yer olduğuna aid dəlilləri olduğunu açıqladılar.
Bir Avropa kosmos gəmisindən alınan məlumata görə Venera planeti, Yer kürəsinə indiyə qədər təxmin olunandan daha çox oxşayır. Planetin milyonlarla il əvvəl atmosfer və yaşayış əlverişliliyi baxımından Yer kürəsinin bu günkü vəziyyətini nəzərə aldıqda demək olar ki, "ekiz" kimi olduqları ifadə olunur. Ancaq qazların təsiri, atmosfer eroziyası, solar radiasiya və planetin fırlanmasının yavaş olması nəticəsində Veneranın Yer kürəsindən fərqli inkişaf yolu keçdiyi izah edilir.
Bu gün Venerada su yoxdur və temperatur qurğuşunu əridəcək qədər yüksəkdir. Planetdə tez-tez tayfun şiddətində küləklərə və şimşəklərə rast gəlinir.
Oksford Universiteti Fizika Kafedrasından Professor Fred Teylor, əldə etdikləri məlumatların VIRTIS adlı bir spektometr tərəfindən təmin olunduğunu söylədi. VIRTIS-dən gələn şəkillər, Veneranın ekvatoru yaxınlığındakı hava cərəyanının şiddətli, qütblərə doğru da yumşaq olduğunu göstərir. Planetin səthində 50-55 km hündürlükdə də buluda oxşar hadisələr müşahidə olunur.
Nature jurnalında dərc olunan araşdırma məqaləsinə görə, elm adamları Venera planetində şimşək çaxdığına dair ilk dəqiq hesablamalar apardı.
Şablon:Link FM Şablon:Link FM Şablon:Link FM Şablon:Link FM Şablon:Link FM Şablon:Link FM Şablon:Link FM Şablon:Link FM Şablon:Link FM Şablon:Link FM Şablon:Link FM Şablon:Link FM Şablon:Link FM Şablon:Link FM Şablon:Link GA Şablon:Link GA