41°02′59″ şm. e. 47°35′47″ ş. u.HGYO

Xaçmaz (Oğuz)

Vikipediya, azad ensiklopediya
Capay (müzakirə | töhfələr) tərəfindən edilmiş 09:17, 23 may 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Xaçmaz
41°02′59″ şm. e. 47°35′47″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 6.954 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 4817
Xəritəni göstər/gizlə
Xaçmaz xəritədə
Xaçmaz
Xaçmaz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


XaçmazAzərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 40 km şərqdə, Filfili kəndindən 10 km cənubda, Nəzərçayın sağında, Qalaçayın solunda yerləşir. Xaçmaz inzibati ərazi dairəsinin mərkəzidir. Tarixi Xaçmaz keçidi Xaçmaz kəndinin şimalından başlayaraq Fiy və Malqamud aşırımlarınadək gedir. Kəndin dəniz səviyyəsindən yüksəkliyi 760 metrdir.

Tarixi

Xaçmaz Oğuz rayonunda ən böyük kənddir. Əhalisi (6234 nəfər) əkinçilik, heyvandarlıq, bağçılıq, tərəvəzçiliklə məşğuldur. Kənddə 2 orta, 1 ümumi orta məktəb, 3 uşaq bağçası, mədəniyyət evi, klub, 3 kitabxana, 1 poçt, 815 yerlik elektron ATS, xəstəxana və aptek var. Kənddə ticarət, iaşə və məişət xidməti obyektlərinin geniş şəbəkəsi fəaliyyət göstərir.

Xaçmaz kəndinin 2 km şimal-qərbində, Qalaçayın zirvəsində Xaçmaz Gavurqalası (VII əsr), 5 km şimal-şərgində Balaşum yaşayış yeri (XI–XII əsrlər), kəndin özündə 2 məscid (XIX əsr), kəndə məxsus ərazidə 2 qədim körpü – Adıl və Daşüz körpüləri var. Bu abidələri də respublika hökuməti ölkə və yerli əhəmiyyətli arxeoloji abidələr siyahısına daxil etmişdir.

Rayon mərkəzindən Xaçmaz kəndinə, Xaçmaz kəndindən isə Bakı, Gəncə, MingəçevirQəbələ şəhərlərinə avtobus marşrutları işləyir.

Toponimikası

  • Xaçmaz kəndi
    Oğuz rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qalaçayın sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi və mahal kimi ilk dəfə VII əsrə aid mənbələrdə adı çəkilir. "Xaçmaz" adı vaxtilə bu ərazidə yaşamış və mübariz Hunn qəbilələri birliyinə daxil olmuş "xeçmatek" tayfa adından yaranması ehtimal edilir. Sonradan bu ad transformasiyaya uğramışdır. VII əsrin ortalarından başlayaraq, mənbələrdə "Xaçmaz" şəklində rast gəlinir. Kəndin şimalında, Qaladağın zirvəsində orta əsrlərə aid Gavurqala yerləşir.[1]
  • Xaçmaz toponimi müxtəlif mənalarda işlənir. Xaç tərkibli toponimlər Azərbaycanda geniş yayılıb. Xaçmaz Alban tayfa ittifaqına aid, qədim türk qəbilələrindən birinin adıdır. Bəzi tədqiqatçılar bu sözü od, atəş, Günəş anlamında yozurlar. IV -VII əsrlərdə Azərbaycanda xristianlıq geniş yayılsa da, xaçın tarixi bundan daha əvvəlki tarixlərə gedib çıxır. Atəşpərəst olan əski türklər-oğuzlar Günəşə səcdə edərkən yerdən çıxan qazın, odun önündə əlləri köksündə durarkən xaç şəkli alırdılar. Xaçmaz sözündəki "maz" hissəciyi - "maq" sözünün dəyişilmiş formasıdır. "Maq" da tayfa, qəbilə adıdır. Xaçmaz və "xaçmataqlar" od nişanlı oğuzlar kimi izah edilə edilir. Eyni zamanda bu toponimi "xaçı inkar edənlər" kimi də izah edirlər.[2]

Mədəniyyəti

Tarixi abidələri

Coğrafiyası və iqlimi

  • Rayon mərkəzindən 40 km şərqdə, Nəzərçayın sağ, Qalaçayın sol hissəsində yerləşir.[3]

Əhalisi

Əhalisinin sayına görə Oğuz rayonunun ən böyük kəndidir.[3] 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 6284 nəfər yaşayır.[4]

Tanınmış şəxsiyyətləri

Şəhidləri

İstinadlar

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Cəlil Cavanşir — Ədalət.- 2013.- 11 iyul.- S. 4.
  3. 1 2 Zərdüşt yurdu, Şumer məskəni, Oğuz eli… — FOTOLAR
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

Həmçinin bax