Xizəksürmə

Vikipediya, azad ensiklopediya
Bikar (müzakirə | töhfələr) tərəfindən edilmiş 08:18, 5 mart 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Xizəksürmə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xizəksürmə — qış idmanının geniş yayılmış növlərindən biri. Xizəksürmə idmanına xizək ilə qaçış, tramplindən tullanma, ikinövçülük (qaçış və tullanma), slalombiatlon daxildir.

İnsanlıq tarixi qədər qədim bir idman növü olan xizəkçilik, insanın təbiət ilə həyat döyüşü nəticəsi ortaya çıxmışdır. İnsanların qışda qara batmamaq məqsədi ilə, ayaqlarına bağladığı müxtəlif şəkillərdəki ağac parçaları, xizəyin ən primitiv forması olmuşdur.

Tarixi 5000 il əvvəlinə aid olan ilk xizəklər, betula və şam ağaclarından edilir, bunların sürüşkənliyini artırmaq üçün şam ağacından hazırlananların döşəmələri qatranla, betuladan hazırlanan xizəklərdə dəri ilə örtülürdü.