Çöl belibağlısı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çöl belibağlısı
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Çöl belibağlısı
Beynəlxalq elmi adı

Çöl belibağlısı (lat. Circus macrourus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü.

Kateqoriya və statusu

[redaktə | mənbəni redaktə et]

(III-VU). Həssas, sayı azalmaqda olan növdür.

Qarğadan az böyük, amma zərif qamətli quşdur. Erkəyinin bel tərəfi mavi-boz, döşü və qarın hissəsi ağdır. Üz dairəsi bayquşu xatırladır, özü isə qağayıya oxşayır. Qanadlarının altı təmiz ağdır. Dişisinin bel tərəfi tutqun rənglidir.

Avropada və Asiyada nəsil verir, Asiyanın cənubunda və Afrikada qışlayır. Azərbaycana nəsil vermək üçün gəlir, düzənlikdə və quraq iqlimli dağətəyi sahələrdə yayılıb: Samur-Şabran, Arazboyu düzənlik və Naxçıvan orta dağlığı, Talış dağ bozqırlığı, Xəzərin bəzi adaları, Böyük və Kiçik Qafqazın dağətəyi hissələri.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Seyrək kol olan hündür otluqda məskunlaşır. Açıq sahə quşudur. Aprelin axırı mayın əvvəlində yerdə yuva tikir, 3 - 5 mavi-ağ yumurta verir, dişi quş 27 - 28 gün kürt yatır, balaları və kürtyatan dişini erkək quş yemləyir. Lakin balaların acgöz vaxtında yemlə təmin edilməsində dişi quş da iştirak edir. Əsas yemi siçanabənzər gəmiricilərdir. Bunlar az olanda kərtənkələ yeyir və yerdə yuva tikən quşlardan ovlayır. İri həşəratdan da imtina etmir. Çox faydalı quşdur.

1970-ci illərə qədər adi saylı quş olub. Sonralar Azərbaycanda nəsil verən populyasiyasının sıxlığı azalıb. Hər yerdə nadir qalıb. XX əsrin sonunda iyun-iyul aylarında 21 cüt, 10 il sonra isə 9 cüt quş qeyd edilib, yəni 42,8 % azalıb. Məhdudlaşdırıcı amillər: Zərərli yırtıcı hesab edilib ovlanması, pestisidlərdən intensiv istifadə olunması, mal-qaranın çoxalması və otlaqların deqradasiyası, yem obyektlərinin zəhərlənməsi.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Ovlanması qadağandır. Faydalı fauna statusu ilə qorunur. Altıağac Milli Parkında, Turyançay Dövlət Təbiət Qoruğunda və Zuvand Dövlət Təbiət Yasaqlığında nəzarət altında saxlanılır. CİTES, Bern və Bonn konvensiyalarına daxil edilib. Beynəlxalq miqyasda qorunur.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Yuva sahəsində xam torpağın, ot örtüyünün və seyrək kolların qorunub saxlanılması, eyni vaxtda pestisidlərdən istifadənin dayandırılması, tülkü və çaqqal kimi yırtıcıların uzaqlaşdırılması, növün əhəmiyyətinin əhaliyə geniş izah edilməsi.