Çələbilər (Cəbrayıl)
Çələbilər | |
---|---|
39°23′18″ şm. e. 46°49′43″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 750 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Çələbilər — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Dağ Tumas kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Çələbilər kəndi Dağ Tumas kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.[2] 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası
[redaktə | mənbəni redaktə et]Kənd 1933-cü ildə qeydə alınmışdır. İranda Çələbi, Krımda Çələbilər (Plodova), Rusiyada Çelyaba (Çelyabinsk) adlı yaşayış məntəqələrinin olduğu da məlumdur.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rusiya imperiyası illərində Çələbilər kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində olub. “1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsinin əhalisi haqqında statistik məlumatların məcəlləsi”nə əsasən Cəbrayıl rayonunun Tumaslı kənd dairəsinin Çələbilyar kəndində 7 tüstü və 59 azərbaycanlı (“tatarlar” kimi qeyd olunur) yaşayırdı. ”) din etibarilə sünni idi, onlardan 31 nəfəri ruhani, qalanları kəndli idi.[4] Sovet hakimiyyəti illərində kənd Azərbaycan SSR-in Cəbrayıl rayonunun tərkibində olub. Çələbilər kəndi 1933-cü ildə rayonun Dağtumas kənd sovetinin tərkibində qeydə alınmışdır. O dövrdə kənd sovetinin bütün əhalisi azərbaycanlılar (mənbədə “türklər”) idi. Bu zaman kənddə 19 təsərrüfat var idi və 121 nəfər yaşayırdı.[5]
Birinci Qarabağ müharibəsi nəticəsində 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 2020-ci il oktyabrın 26-da Azərbaycan prezidenti İlham Əliyev Çələbilər kəndinin Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçdiyini bildirib.[6]
Tarixi abidələri
[redaktə | mənbəni redaktə et]Cəbrayılın Çələbilər kəndi ərazisində tikintisi XVI əsrə aid olan əzəmətli bir məscid-mədrəsə də var. Məhəmməd İbn Hacı Qaraman Əhmədli tərəfindən hicri 1088, miladi 1678-ci ildə tikilib. Dini və dünyəvi elmlərin tədris edildiyi bu məscid-mədrəsədə ən böyük din xadimləri alimlər dərs deyiblər. XVIII əsr məşhur Azərbaycan klassik şairi Molla Vəli Vidadi də bu mədrəsədə dərs deyib. Məscid kompleksi ərazisində xüsusi otaqlar, hücrələr olub ki, bu hücrələrdə şagirdlərə dərs verilib. Dağlıq Qarabağ hadisələri başlamamış bu məscid-mədrəsə kompleksi yüksək səviyyədə bərpa olunub, ilkin formasına gətirilib.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
- ↑ Çələbilər (Cəbrayıl) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. Тф. 1893. 238.
- ↑ Административное деление АССР. Б.: Издание АзУНХУ. 1933. 24.
- ↑ "Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib". 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-29.
Cəbrayıl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |