Çin aktinidiyası
Çin aktinidiyası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: ???: Çin aktinidiyası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Çin aktinidiyası — Cənub Şərqi Asiyada bitir.Yarpaqları tökülən kol lianasıdır.Çin aktinidiyasının meyvələri "kivi" kimi tanınmışdır.Tumurcuqları tamamilə və ya bir hissəsi yarpaq yarıqlarında gizlənmişdir.Yarpaqları növbəli,bütöv,kənarları dişlidir,yalançı zoğları yoxdur.Çiçəkləri müxtəlif ölçülü (diametri 1-1,5-dən 3 sm-ədək),yarpaqların qoltuqlarında üç-üç və ya tək yığılmışdır.Çiçəkyanlığı iki və ya 4-5 hissəlidir.Çiçək tacı kasaşəkillidir,ağ,qızılı-sarı və ya narıncı rəngli çiçəkləri olur.Sütuncuqları 8-15 ədəd,sapvari,bünövrəsində bitişik və üstə əyilmişdir.Meyvəsi uzunsov giləmeyvə,sarı-yaşıl və ya açıq-narıncı,yeməlidir.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Şaxtayadavamlılığı zəifdir.Minerallarla zəngin torpaqlarda bitir.Qrunt sularına tab gətirmir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Lənkəranda,Astarada,Qubada,Zaqatalada,Balakəndə mədəni şəraitdə becərilir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Meyvəsi iyli,turşaşirin,yeməlidir.Tərkibində çoxlu vitamin vardır.Şaquli yaşıllaşdırmada geniş istifadə olunan sarmaşan bitkidir.