Çoxtapşırıqlılıq (informatika)
Naviqasiyaya keç
Axtarışa keç
Çoxtapşırıqlılıq (ing. multitasking, rus. многозадачность) — kompüterin eyni zamanda bir neçə tapşırığı yerinə yetirməsini təmin edən əməliyyat sistemininin iş rejimi. Buna uyğun olaraq əməliyyat sistemləri çoxtapşırıqlı (məsələn, Linux) və təktapşırıqlı (məsələn, MS-DOS) deyə iki sinfə ayrılır. Çoxtapşırıqlılığın bir neçə növü var. Kontekst çevirmə (CONTEXT SWITCHING) çoxtapşırıqlılığın çox sadə növüdür ki, bu halda iki və daha artıq tətbiqi proqram eyni anda yüklənir, ancaq təkcə öncəliyi olan proqrama kompüterdə gerçək emal olunmaq üçün zaman ayrılır, o biri (fonda olan) tapşırığın aktivləşdirilməsi üçün isə istifadəçi həmin proqramın pəncərəsini ön plana çəkməlidir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ İsmayıl Calallı (Sadıqov). "İnformatika terminlərinin izahlı lüğəti", "Bakı", 2017