Ölçü
Ölçü - hər hansı bir şeyin səciyyəvi xüsusiyyətlərinin təsviri üçün qəbul edilmiş vahid. Keyfiyyət özünəməxsusluğu olan hər bir obyektə müəyyən kəmiyyət xarakteristikaları xasdır və bu kəmiyyət xarakteristikalarınin hər birinin ölçüləri vardır. Hər bir elmdə və sənətdə umumi ölçülərlə bərabər yalnız onlara məxsus olan ölçülər və ölçü vahidləri vardır[1]. Məsələn:
- Texnikada və fizikada (bax Ölçü vahidləri, Ölçü cihazı, Cihazlar və qurğular)
- Riyaziyyatda (bax Çoxluqlar nəzəriyyəsi)
- Zərgərlikdə (bax Karat (ölçü vahidi))
- Fəlsəfədə (bax Ölçü (fəlsəfə)) və s.
Ölçmə
[redaktə | mənbəni redaktə et]Xüsusi texniki vasitələrin köməyi ilə fiziki kəmiyyətlərin qiymətlərinin təcrübi yolla tapılmasıdır Xətti, radius və bucaq kəmiyyətləri ölçmələri texniki ölçmələr adlanır. Ölçmələr sınaqlar və nəzarət zamanı obyekt haqqında informasiya alınmasının aralıq və son mərhələsi ola bilər. Sınaq isə nəzarət prosesində ilkin informasiya alınmasının bir mərhələsidir.
Texniki nəzarət
[redaktə | mənbəni redaktə et]Müəyyən edilmiş texniki normalara məmulatın uyğunluğunun yoxlanılması prosesidir və ondan məhsulun keyfiyyəti xeyli asılıdır. Ölçmə vasitələrinin tətbiqi ilə aparılan texniki nəzarət ölçmə nəzarəti adlanır.
Sınaqlar
[redaktə | mənbəni redaktə et]Sınaq obyektinin kəmiyyət xassələrinin obyektə müəyyən təsir göstərməklə müəyyən edilməsidir. Obyektin keyfiyyətə nəzarət məqsədilə aparılan sınaq yoxlama sınağı adlanır. Göstərilən anlayışların qarşılıqlı əlaqəsi Eyler dairələri ilə izah edilir, bu dairələrin kəsişmə zonalarında (üstün zonalar) nəzarət-ölçmə-sınaq amilləri qarşılıqlı əlaqədardırlar. Texniki nəzarət (TN) onu təşkil edən əsas elementləri ilə birlikdə (obyekt, proses, nəzarət vasitəsi, icraçı, normativ-texniki sənədlər) vahid texniki nəzarət sistemi (TNS) kimi fəaliyyət göstərir.
Texniki nəzarətin prinsipləri
[redaktə | mənbəni redaktə et]Texniki nəzarətin yaradılmasında aşağıdakı prinsiplərə əməl olunmalıdır: sistemlilik, standartlıq, optimallıq, dinamiklik, avtomat-laşdırma, varislik, uyğunluq ( adaptasiya) və təşkilatlıq. Sistemlilik-texniki nəzarətin bütün mərhələlərində: planlaşdırma, təqdqiqat, layihələndirmə, hazırlanma, istismar və təmir proseslərinin qarşılıqlı əlaqədə olmasını nəzərdə tutur. TNS elementlərinin qarşılıqlı əlaqəsi bir mənalı şərh olunmalı və maksimum formalaşmalıdır. TNS yerinə yetirdiyi vəzifələrin təcrübi həllinə sistemo texnika (böyük sistemlər nəzəriyyəsi) mövqelərindən yanaşma zəruridir. Belə yanaşma TNS elementləri arasında yalnız əsas və davamlı ( dayanıqlı) əlaqələrin nəzərə alınmasını nəzərdə tutur. Bu isə TNS elementləri və onların əlaqələrinin strukturunu, bunun da əsasında texniki nəzarət sisteminin (TNS) yaradılmasına imkan verir. TNS qurulmasında sistemli yanaşma mövqeyi aşağıdakıları nəzərdə tutur. • sistemin strukturu və funksiyanın izahı, əsas elementləri və onlar arasında əlaqələrin aşkar edilməsi; • sistemin modelləşdirilməsi; • sistemin kvantivikasiyası (sistem elementlərinin miqdar xarakteristikaları və əlaqələr üçün asılılıqların qurulması).
Standartlaşdırma prinsiplərinə görə TNS-in əsas funksiyaları, vəzifələri və tələbləri tipləşdirilir və dövlət sahə standartları və texniki şərtləri ilə təmin edilir. Standartlar bu sistemin əsası kimi çıxış edir, onların tələblərinin hökmən yerinə yetirilməsi sistemin fəaliyyətində avtomatizmliyi təmin edir. Standartların köməyi ilə sistemin ayrı-ayrı elementlərinin sənaye müəssisəsinin bölmələrində eyni zamanda tətbiqi yerinə yetirilir. Optimallıq TNS-nin hər bir elementinin optimal səviyyədə olması, bütün sistemin minimal xərclər və maksimum səmərəliliklə fəaliyyət göstərməsi və vəzifələrin yerinə yetirilməsini şərtləndirir. Dinamiklik prinsipinin mahiyyətinə görə TNS-də fasiləsiz təkmilləşmə və inkişaf imkanı nəzərdə tutulmalıdır. Texniki-tərəqqi tələbləri də nəzərə alınmaqla dinamiklik TNS yaradılması vaxtı açıq strukturu, sistemin elementlərinin plana uyğun yeniləşməsi ilə təmin edilir. Avtomatlaşma prinsipi texniki nəzarət sistemində hesablama texnikası vasitələrinin, texnoloji proses və texniki nəzarət, TNS-nin mühəndis – texniki işçilərinin əməyinin avtomatlaşdırılmasından maksimum istifadə edilməsini nəzərdə tutur. Adaptasiya (uyğunluq) prinsipi buraxılan məhsul növlərinin dövri olaraq şəraitində nəzarət obyektlərinin xüsusiyyətlərinin nəzərə alınması və TNS-nin sürətlə bu şəraitə uyğunlaşmasının təmini nəzərdə tutulur Ölçmələrin dəqiqliyi əlamətinə görə nəzarət metodları kobud, orta dəqiq, çox dəqiq, yüksək dəqiq, xüsusən yüksək dəqiq növlərinə bölünür. Nəzarət vasitələrinin tipikləşdirilməsi. Nəzarət vasitələrinin təsnifatının əsasını nəzarət obyektlərinin təbii əlamətləri təşkil edir. Məmulatların xidmət təyinatından asılı olaraq fiziki, həndəsi və funksional parametrlərin yoxlanması üçün nəzarət vasitələri (NÖC) fərqləndirilir. NÖC konstruktiv, texnoloji, metroloji əlamətlərinə görə təsnif edilir və nəzarət sxemi səviyyəsinə görə kodlaşdırılır. Metroloji əlamətə görə təsnifat konkret cihazın seçilməsini nəzərdə tutur və aşağıdakıları müəyyən edir: • cihazın dəqiqliyinin texniki şərtlərinə uyğunluğunu; • yoxlanan hissələrin hüdud ölçülərin müəyyən edilməsi üçün cihazın istifadə edilmə imkanı və məhsuldarlığı; • tələb olunan cihazın müəssisədə olması və ya onun sifariş edilməsi imkanı; • konkret əməliyyatda və ya analoji əməliyyatlarda cihazın yüklənmə imkanı.
Ölçü cihazı seçilməsinin ən zəruri şərti dəqiqlik meyarıdır. Nəzarət zamanı bu şərt ödənilməlidir; burada - verilən cihazın ölçmə xətası; t - ölçmələrdə buraxılan xətaların həddidir. [2]
Teylor prinsipi
[redaktə | mənbəni redaktə et]Teylor prinsipinə görə mürəkkəb hissələrin həndəsi elementlərində, forma və səthlərinin yerləşməsində xətalar olduqda bütün profil üzrə ölçülərin etibarlı təyini keçən və keçməyən hədlərin qiymətlərinin təyin edilməsi şərti ilə mümkündür Deməli, hər hansı məmulat ən azı iki dəfə, daha doğrusu iki nəzarət sxemilə yoxlanmalıdır; keçən və keçməyən kalibrlərin köməyi ilə ən böyük və ən kiçik ölçülərin həqiqi qiymətləri nəzarət edilməlidir. Detalların keyfiyyət göstəricilərinə ən çox həndəsi sapmalar təsir edir: dairəlikdən sapma, tərəflərin qeyri-paralelliyi, səthlərin qeyri oxluluğu, yivin profili, addımı və bucağının təhrifləri və s. Ölçmə vasitəsinin nəzarət obyekri ilə qarşılıqlı əlaqəsi nöqtə (kürəvi üçlüq), xətt (müstəvi(yastı) profil şablonları) və səth (kalibr – tıxac) üzrə ola bilər. Universal və xüsusi ölçmə vasitələrinin böyük əksəriyyəti nəzarət obyekti ilə nöqtəvi kontakta malik olurlar. Bunlar bir və ya bir neçə müstəvidə (kəsikdə) ölçülərin lokal nəzarətini həyata keçirməyə imkan verirlər. Belə nəzarət zay hissələrin (məmulatların) yararlılar içinə düşməməsinə təminat vermir. Əgər yararlı məmulatlar içinə zayların düşməsinin yolverilməsinə ciddi tələblər qoyulursa, nəzarət prosesi daha mürəkkəbləşir. Bu hallarda iki və ya üçkoordinatlı maşınlar, hissələrin cari ölçülərinin verilən addımlarının fasiləsiz nəzarətini ardıcıl təmin edən quruluşlar istifadə edirlər. Detalların səthi ilə xətti kontaktları təmin edən nəzarət vasitələri yüksək məhsuldarlığı və ölçmə vasitələrinin universallığını təmin edir, ancaq zayları etibarlı aşkar etməyə yalnız keçid hədlərində imkan verir. Çox vaxt bu və ya digər nəzarət metodlarının seçilməsi səthlərin qarşılıqlı yerləşməsi və cüzi forma xətalarını təmin edən texnoloji proseslərin növü ilə əlaqədar olur. Abbe prinsipi. Abbe prinsipinə görə ölçmələrin minimum xətaları nəzarət edilən həndəsi element və müqayisə elementi bir xətt (ölçmə xətti) üzərində yerləşdikdə alınır. Bu prinsipi ölçmə vasitələrinin sxem və konstruksiyasının seçilməsində, dəzgahların layihələn-dirilməsində geniş istifadə edirlər. Lakin nəzarət edilən obyekt və nümunə elementinin bir xətt üzərində ardıcıl yerləşməsi ölçmə vasitələrinin hüdud ölçülərinin böyüməsinə gətirib çıxarır. Ona görə, bir sıra hallarda, müqayisə elementlərinin paralel yerləşməsindən istifadə edilir. Bu halda isə ölçmələrin minimum xətalara malik olması şərti gözlənilməlidir. İnversiya prinsipi. Bu prinsip detalın keçdiyi üç ardıcıl proses arasında varisliyin mövcud olmasına əsaslanır, detal emalda olur, nəzarət və istismarda məmulun tərkib hissəsi kimi çıxış edir. Mexanizmin (məmulatın) və detalın xətaları hesablandıqda istismar prosesi başlıca olsa da, detalın keçdiyi ardıcıl mərhələlərin birgə öyrənilməsi, dəqiqliyin təhlili mümkün deyildir. [3] İnversiya prinsipində görünür ki, xətaları təyin etmək üçün ölçmələrin sxemi detalın formaəmələgəlməsinin kinematik sxeminə, həmçinin detalın funksional sxeminə uyğun olmalıdır. Məhz belə hərəkət etdikdə ölçmələrin doğruluğu və üstlüyü şərti ödənilir. Ölçmə o vaxt düzgün hesab edilir ki: Ölçmə vaxtı hərəkət trayektoriyası detalın forma-əmələgəlmə trayektoriyasına uyğun olsun; Ölçmə vaxtı hərəkət xətti mexanizmin işinin hərəkət xətti ilə üst-üstə düşsün -Abbe prinsipi); Ölçmə bazaları konstruktor və texnoloji bazalarla üst-üstə düşsün (bazaların vahidliyi qaydası). [4] İnversiya prinsipi detalın səthi ilə ölçmə cihazının uçluğunun fasiləsiz yerdəyişməsi halında hər cür ölçmələr üçün tətbiq oluna bilər. Bu halda uçluq nəzarət edilən hissə ilə kinematik cüt əmələ gətirir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Pedhazur, Elazar J.; Schmelkin, Liora Pedhazur. Measurement, Design, and Analysis: An Integrated Approach (1st). Hillsdale, NJ: Lawrence Erlbaum Associates. 1991. 15–29. ISBN 0-805-81063-3.
- ↑ K. P. S. Bhaskara Rao and M. Bhaskara Rao, Theory of Charges: A Study of Finitely Additive Measures, London: Academic Press, 1983, x + 315, ISBN 0-12-095780-9
- ↑ Bauer, H., Measure and Integration Theory, Berlin: de Gruyter, 2001, ISBN 978-3110167191
- ↑ Folland, Gerald B., Real Analysis: Modern Techniques and Their Applications, John Wiley and Sons, 1999, ISBN 0471317160