Özəl proqram təminatı
Özəl proqram təminatı — pulsuz və açıq mənbə proqram təminatı icmasının fikrinə görə, onun yaradıcısına, yayımçısına, digər hüquq sahibinə və ya hüquq sahibi tərəfdaşına müasir müəllif hüququ və əqli mülkiyyət hüququ ilə qanuni inhisar verən proqram təminatı. Bu, alıcını proqram təminatını sərbəst şəkildə paylaşmasının, onu dəyişdirməsinin, proqram təminatından özbaşına istifadə etməsinin (bəzi hallarda, bəzi patent yüklü və istifadə qaydaları ilə əlaqəli proqram təminatında olduğu kimi) və bununla da onların azadlıqlarını məhdudlaşdırmasının qarşısını alır.[1]
Özəl proqram təminatı qeyri-azad proqram təminatının alt çoxluğudur. Bu termin pulsuz və açıq mənbəli proqram təminatından fərqli olaraq müəyyən edilir. CC BY-NC kimi qeyri-kommersiya lisenziyaları mülkiyyət hüququ hesab edilmir, lakin azad deyillər. Özəl proqram təminatı qapalı mənbəli proqram təminatı və ya mənbədə mövcud olan proqram təminatı ola bilər.[1][2]
Növləri
[redaktə | mənbəni redaktə et]Pulsuz və açıq lisenziyalar | Pulsuz olmayan | |||||
---|---|---|---|---|---|---|
İctimai domen və ekvivalentlər | İcazəli lisenziya | Kopileft | Qeyri-kommersiya lisenziyası | özəl proqram təminatı | Ticarət sirri | |
Proqram təminatı | PD, CC0 | BSD, MIT, Apache | GPL, AGPL | JRL, AFPL | Özəl proqram təminatı, ictimai lisenziya yoxdur | şəxsi, daxili proqram təminatı |
Digər yaradıcılıq işləri | PD, CC0 | CC BY | CC BY-SA | CC BY-NC | Müəllif hüququ, ictimai lisenziya yoxudr | yayımlanmamış |
Mənşəyi
[redaktə | mənbəni redaktə et]1960-cı illərin sonlarına qədər kompüterlər – böyükhəcmli və bahalı meynfreymlər, xüsusi kondisionerli kompüter otaqlarındakı maşınlar satılmaq əvəzinə, adətən müştərilərə icarəyə verilirdi.[3][4] Xidmət və mövcud olan bütün proqram təminatı adətən 1969-cu ilə qədər istehsalçılar tərəfindən ayrıca ödənişsiz təmin edilirdi. Kompüter satıcıları adətən müştərilərə quraşdırılmış proqram təminatının mənbə kodunu təqdim edirdilər. Proqram təminatı hazırlayan müştərilər çox vaxt onu pulsuz olaraq ictimaiyyətə təqdim edirdilər.[5]
1969-cu ildə ona qarşı antiinhisar məhkəmələri aparılan IBM aparat və proqram təminatını ayırmış, meynfreymn proqram təminatı[6][7] və xidmətlər üçün ayrıca ödəniş etməyə başlamışdır. Beləliklə, bu, sənaye dəyişikliyinə səbəb olmuşdur.[8]
1976-cı ildə Bill Qeytsin "Hobbiçilərə açıq məktub"u kompüter həvəskarlarının proqram təminatının, xüsusən də "Microsoft"un "Altair BASIC" tərcüməçisinin müəllif hüquqlarının geniş şəkildə pozulmasını qınamış və onların icazəsiz formada istifadə olunmasının özünün keyfiyyətli proqram təminatı istehsal etmə qabiliyyətinə mane olduğunu iddia etmişdi. Buna baxmayaraq, xüsusən də obyekt kodu məsələsində, proqram təminatlarının müəllif hüquqlarının hüquqi statusu 1983-cü ildə "Apple Computer, Inc." "Franklin Computer Corp"a qarşı işinə qədər qeyri-müəyyən olaraq qalmışdır.[9][10][11]
Brüster Keylə görə, proqram təminatının hüquqi xarakteristikaları 1976-cı il ABŞ müəllif hüquqları haqqında qanunu ilə dəyişilmişdir.[12]
1983-cü ilin fevral ayından başlayaraq IBM öz proqram təminatının artan siyahısı üçün "yalnız obyekt kodu " modelini qəbul etmiş və mənbə kodunun böyük hissəsini lisenziya sahiblərinə göndərməyi dayandırmışdı.[13][14] [15][16] 1983-cü ildə ABŞ-də ikili proqram təminatının müəllif hüquqlarını qorumaq mümkün olmuşdu.[17] Bu, ondan əvvəl yalnız mənbə kodu müəllif hüququ ilə qorunurdu.[18] Bundan əlavə, eyni mikroprosessor arxitekturasına əsaslanan milyonlarla kompüterin əlçatanlığının artması ilk dəfə ikili paylanmış proqram təminatı üçün kifayət qədər böyük bazar yaratmışdı.[18]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Saraswati Experts. 2.5.3 // COMPUTER SCIENCE WITH C++. Saraswati House Pvt Ltd. 1.27. ISBN 978-93-5199-877-8. İstifadə tarixi: 29 June 2017.
- ↑ AUUG, Inc. Chapter 1. Definitions // AUUGN. AUUG, Inc. March 2003. səh. 51. İstifadə tarixi: 29 June 2017.
- ↑
Ceruzzi, Paul E. A History of Modern Computing. Cambridge, MA: MIT Press. 2003. səh. 128. ISBN 0-262-53203-4.
Although IBM agreed to sell its machines as part of a Consent Decree effective January 1956, leasing continued to be its preferred way of doing business.then everyone started fighting
- ↑ "The History of Equipment Leasing", Lease Genie, April 11, 2008 tarixində arxivləşdirilib, İstifadə tarixi: November 12, 2010,
In the 1960s, IBM and Xerox recognized that substantial sums could be made from the financing of their equipment. The leasing of computer and office equipment that occurred then was a significant contribution to leasings [sic] growth, since many companies were exposed to equipment leasing for the first time when they leased such equipment.
- ↑ "Overview of the GNU System". GNU Operating System. Free Software Foundation. 2016-06-16. 2017-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-01.
- ↑ "The History of Equipment Leasing", Lease Genie, April 11, 2008 tarixində arxivləşdirilib, İstifadə tarixi: November 12, 2010,
In the 1960s, IBM and Xerox recognized that substantial sums could be made from the financing of their equipment. The leasing of computer and office equipment that occurred then was a significant contribution to leasings [sic] growth, since many companies were exposed to equipment leasing for the first time when they leased such equipment.
- ↑ Hamilton, Thomas W. IBM's Unbundling Decision: Consequences for Users and the Industry. Programming Sciences Corporation. 1969.
- ↑ IBM. "Chronological History of IBM: 1960s". n.d. April 21, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 28, 2016.
Rather than offer hardware, services and software exclusively in packages, marketers 'unbundled' the components and offered them for sale individually. Unbundling gave birth to the multibillion-dollar software and services industries, of which IBM is today a world leader.
- ↑ Gates, Bill. "An Open Letter to Hobbyists". February 3, 1976. January 7, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 28, 2016.
- ↑ Swann, Matthew. Executable Code is Not the Proper Subject of Copyright Law (Texniki hesabat). Cal Poly State University. 18 November 2004. CPSLO-CSC-04-02.
- ↑ Pamela Samuelson, "CONTU Revisited: The Case against Copyright Protection for Computer Programs in Machine-Readable Form", Duke Law Journal, 1984 (4), Sep 1984: 663–769, doi:10.2307/1372418, JSTOR 1372418, 2017-08-04 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2023-08-28
- ↑ Robert X. Cringely's interview with Brewster Kahle Arxivləşdirilib 2019-01-18 at the Wayback Machine, 46th minute
- ↑ Cantrill, Bryan. "Corporate Open Source Anti-patterns". YouTube. 2014-09-17. Archived from the original on 2015-12-26. İstifadə tarixi: 2015-12-26.
[at 3:15]
- ↑ Gallant, John. "IBM policy draws fire - Users say source code rules hamper change". Computerworld. 1985-03-18. İstifadə tarixi: 2015-12-27.
While IBM's policy of withholding source code for selected software products has already marked its second anniversary, users are only now beginning to cope with the impact of that decision. But whether or not the advent of object-code-only products has affected their day-to-day DP operations, some users remain angry about IBM's decision. Announced in February 1983, IBM's object-code-only policy has been applied to a growing list of Big Blue system software products
- ↑ Cantrill, Bryan. "Corporate Open Source Anti-patterns". YouTube. 2014-09-17. Archived from the original on 2015-12-26. İstifadə tarixi: 2015-12-26.
[at 3:15]
- ↑ Gallant, John. "IBM policy draws fire - Users say source code rules hamper change". Computerworld. 1985-03-18. İstifadə tarixi: 2015-12-27.
While IBM's policy of withholding source code for selected software products has already marked its second anniversary, users are only now beginning to cope with the impact of that decision. But whether or not the advent of object-code-only products has affected their day-to-day DP operations, some users remain angry about IBM's decision. Announced in February 1983, IBM's object-code-only policy has been applied to a growing list of Big Blue system software products
- ↑ "Impact of Apple vs. Franklin Decision". 2018-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28.
- ↑ 1 2 Landley, Rob. "23-05-2009". landley.net. 2009-05-23. 2018-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
So if open source used to be the norm back in the 1960s and 70s, how did this _change_? Where did proprietary software come from, and when, and how? How did Richard Stallman's little utopia at the MIT AI lab crumble and force him out into the wilderness to try to rebuild it? Two things changed in the early 80s: the exponentially growing installed base of microcomputer hardware reached critical mass around 1980, and a legal decision altered copyright law to cover binaries in 1983. Increasing volume: The microprocessor creates millions of identical computers
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Vikianbarda Özəl proqram təminatı ilə əlaqəli mediafayllar var.