İlham Məmmədli
İlham Məmmədli | |
---|---|
Məmmədli İlhаm Müsеyib оğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bəzirxana, Kəlbəcər rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Müseyib |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
İxtisası | jurnаlistikа |
Fəaliyyəti | yazıçı-publisist, pedaqoq |
Əsərlərinin dili | azərbaycan dili |
Vikianbarda əlaqəli mediafayllar |
Məmmədli İlham Müseyib oğlu (d. 9 fevral 1963, Bəzirxana, Kəlbəcər rayonu, Azərbaycan SSR) — yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun XX əsr ədəbiyyatı (Sovet dövrü) şöbəsinin aparıcı elmi işçisi, "Bütöv Azərbaycan"qəzetinin redaktoru.
Həyatı
[redaktə | mənbəni redaktə et]İlham Məmmədli 9 fevral 1963-cü ildə Kəlbəcər rayonunun Bəzirxana kəndində anadan olub. 1980-ci ildə Kəlbəcər rayonu Zar kənd orta məktəbini bitirib. 1981–1983-cü illərdə ordu sıralarında hərbi xidmətdə olub.
1985-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olaraq 1990-cı ildə oranı bitirib. Təyinatla "İşıq" nəşriyyatına kiçik redaktor vəzifəsinə göndərilib. Bir müddət nəşriyyatda işləyəndən sonra "Həqiqət" qəzetinə şöbə müdiri təyin olunub. Müxtəlif illərdə "Azərbaycan aqrar elmi" jurnalında şöbə redaktoru, "Bərəkət", "Respublika" və "Həyat" qəzetlərində baş müxbir vəzifəsində işləyib.
1997–1999-cu illərdə "Hər gün" qəzetinin redaktoru, 1999–2002-ci illərdə "Azərbaycan ХХI əsr" qəzetinin baş redaktoru, 2004–2010-cu illərdən "Himayədar" jurnalının baş redaktoru olub. Jurnalist fəaliyyətini "Bütöv Azərbaycan" qəzetinin redaktoru kimi davam etdirir.
2004-cü ildə AMЕА-nın Nizami adına Ədəbiyyat İnstitutuna dissertant qəbul olunub.
2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda "Kəlbəcər ədəbi mühiti" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun ХХ əsr ədəbiyyatı (Sovet dövrü) şöbəsinin aparıcı elmi işçisi, Bakı Qızlar Universitetinin elmi işlər üzrə prorektorudur.
Orta məktəb illərindən bədii yaradıcılıqla məşğul olur. Müxtəlif illərdə ayrı-ayrı mətbuat orqanlarında çoxsaylı bədii yazıları dərc olunub.
Kitabları
[redaktə | mənbəni redaktə et]- "Kəlbəcərin söz sərvəti". Antologiya. Bakı — "Sabah" — 2005.
- "XX əsr Kəlbəcər ədəbi mühiti". Bakı.: "Elm", 2010.-180 səh.
Məqalələri
[redaktə | mənbəni redaktə et]- "İrfan əhli, söz xiridarı", Bütöv Azərbaycan qəzeti, № 42(174), 5 – 11 dekabr 2012-ci il. səh.9.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Yaşayan insanlar
- 9 fevralda doğulanlar
- 1963-cü ildə doğulanlar
- Əlifba sırasına görə yazıçı və şairlər
- Azərbaycan alimləri
- Azərbaycanlı alimlər
- Azərbaycan pedaqoqları
- Azərbaycanlı pedaqoqlar
- Azərbaycan qəzet redaktorları
- Azərbaycan publisistləri
- Azərbaycanlı publisistlər
- Bakı Dövlət Universitetinin məzunları
- Kəlbəcər rayonunda doğulanlar