İsay Abramaşvili

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İsay Abramaşvili
Ümumi məlumatlar
Tam adı İsay Aleksandroviç Abramaşvili
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Vətəndaşlığı SSRİ SSRİ
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Klub karyerası[* 1]
1949—1951 SSRİ Neftyanik 83 (18)
1952 SSRİ VVS 10 (1)
1953 SSRİ Dinamo Leninqrad 12 (0)
1954—1955 SSRİ Neftyanik 35 (2)
Məşqçisi olduğu klublar
SSRİ Metallurq Sumqayıt
1962 SSRİ Dinamo Kirovabad
1964 SSRİ Dinamo Kirovabad
Təltif və medalları

"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı


  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

İsay Abramaşvili (rus. Исай Александрович Абрамашвили ; 13 sentyabr 1920, Bakı, Azərbaycan SSR, SSRİ — 1964) — sovet futbolçusu, yarımmüdafiəçi. Azərbaycan SSR əməkdar məşqçisi.

İsay Abramaşvili 13 sentyabr 1920-ci ildə Bakı şəhərində anadan olub. 20 avqust 1941-ci ildə Qızıl Ordu sıralarına çağırılıb.

1941-ci ilin noyabr ayından, 1942-ci ilin iyul ayına kimi 8-ci dəniz piyada briqadasının tərkibində Sevastopolun müdafiəsində iştirak edib. 1942-ci il iyulun 4-dən 1945-ci il avqustun 9-dək əsirlikdə olub. "Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilib.

1949-cu ildən 1951-ci ilədək və 1954-cü ildən 1955-ci ilədək Bakının "Neftyanik", 1952-ci ildə Moskvanın "VVS", 1953-cü ildə isə Leninqradın "Dinamo" komandasında çıxış edib.

Oyunçu karyerasını bitirdikdən sonra Sumqayıtın "Metallurq" və Kirovabadın "Dinamo" klublarında məşqçi kimi çalışıb.[1]

  1. "Абрамашвили Исай Александрович". 35batery.ru. 2019-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]