İstifadəçi:Abutalub/Qaralama

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Ana səhifə

Boş vərəq

Qeydlər

Qaralamalar

Vikikitabxana
  • Qarabasma. Gözə pis bir şey görünməsidir, kabuslar da buna aiddir.[1]
  • Qaradaban. Gecə doğulan şəxsə deyilir. Gördüyü iş həmişə uğursuz olur.[2]
  • Qarı nənənin örkəni. Yağışdan sonra səmada yaranan yeddi rəngli göy qurşağının xalq arasındakı adıdır.[3] Göy qurşağının altından keçəndə qız oğlan, oğlan isə qız olur.[4]
  • Qış. Azərbaycan inanclarında qış qoca qarı olaraq təsəvvür edilir.[5]
  • Qoşabulaq. Koroğlu dastanında dirilik suyudur.[6]
  • Qut. Azərbaycan türk şivələrində "qut"un "həyat gücü, can" ("qutdan düşmək" — yaşamaq gücünü itirmək) mənaları qorunubdur. Bu anlayış Azərbaycan türk ədəbi dili örnəklərində "sayalı, mübarək, xeyirli, uğurlu" anlamlarında da işlənmişdir.[7]
  • Yuxuda at görmək. Uzunboyluluq və arzuya çatmağa işarədir.[8]

Azərbaycan idman ənənəsində atla oynanılan oyunlar xüsusilə populyardır. Bunlara papaq oyunu, qız-qov, sür-papaqçovqanı misal çəkmək olar.[9] Qız-qov oyununda 400 metr məsafə boyunca atlı oğlan öz rəqibi ilə yarışır. Əgər oğlan qıza çata bilsə onu qucaqlamaq və öpmək şansı əldə edir. Geri qayıdanda isə qız oğlana çata bilsə, onu qamçının ağır zərbələrilə cəzalandırır. Papaq oyununun isə məzəli xarakteri var: biri qadın olan beş iştirakçı digər iştirakçıların başından papağı götürməyə çalışır. Ancaq qızın papağını götürməyə icazə verilmir. Sür-papaq oyunu isə basketbola oxşayır: iki komanda xəz papaqla oynayırlar və meydançanın uclarında halqası olan iki uzun ağac var. Oyunun məqsədi papağı rəqibin halqasından daha çox keçirməkdir. Yerə düşən papaq isə yalnız atdan düşmədən götürülməlidir.[10]

Azərbaycanda geniş yayılmış oyunlardan biri olan çovqanda iki komanda atüstündə ağac vasitəsilə topu qarşı komandanın qapısından keçirməyə çalışır. Azərbaycanlı atlıların ağacı çobanların yarlığını xatırladır. Azərbaycan at oyunlarında Qarabağ atıDilbaz atı kimi yerli atlar xüsusilə istifadə olunub.[10] Azərbaycanda çovqan idmanın milli növü hesab edilir.[11]

Nərd də Azərbaycan mədəniyyətində önəmli rol oynayır. Oyun Azərbaycanda çox populyardır və yerli camaat tərəfindən oynanılır. Azərbaycan ekspertləri tərəfindən nərdin müxtəlif növləri yaradılmışdır.[12]

  • İnsanların pişiyə dönüb onlarla birgə yaşaması[13]
  • Pişiyin cinə çevrilməsi[13]
  • Başına qurd donu düşən şəxsin adamcıla dönməsi[13]
  • Adamcılın qurda dönməsi[13]
  • İnsanın qıza dönməsi[13]
  • Qızın qızıla dönməsi[13]
  • Ananın kirpiyə dönməsi[13]

Bülbül Kazımova 1923-44-cü illərdə İrəvanda Bakıdakı Əli Bayramov adına Mərkəzi Qadınlar klubu tipində mədəniyyət mərkəzi təşkil edir, uşaq bağçaları və savad kursları qurur, qadınları ictimai işlərə yönləndirir. İrəvandakı klub azərbaycanlı qadınların təhsilində və mədəni hayata atılmasında rolu böyükdür.[14]

İrəvan dialekti

[redaktə | mənbəni redaktə et]

Əlifba islahatı

[redaktə | mənbəni redaktə et]
Goravan kəndində Aşura günü şəbbeh çıxarırmışdar. Eş kim Şümürün rolunu oynamax istəmir. Ona görə də qonşu kəndin keşişini çağırıblar... Deyillər:

— Bu körpə uşaxlar ağlaşıb sənnən su isdiyəcəhlər, sən də verməzsən.

...Keşiş də çox ürəyiyumşax olur. Uşaqlar ağlaşanda o kövrəlib, deyir

— Ağa, vallah, man siza su veraram, amba bu musurmannar qoymur...

"Şümür" keşiş, İrəvan Çuxuru folkloru[15]

İrəvan çuxuru lətifələri Molla Nəsrəddin və Bəhlul Danəndədən başqa lokal mənşəli qəhrəmanları ilə də diqqət çəkir. Bunlara hazırcavab kəndlilər, bağçacıqlı Kərim, goravanlı Mustafa kişi, bölgənin sadə insanları daxildir. Lətifə mövzularına yerli əhalinin qarşılaşdığı problemlər, ailə, məişət, iş məsələləri daxildir.[16]

Zəngəzur lətifələrinin baş qəhrəmanları Kəlniyyət, Şah Abbas, Molla Cavad, kənd kişiləri, həmçinin Azərbaycan lətifələrində tez-tez qarşılaşılan Molla NəsrəddinBəhlul Danəndədir. Bu lətifələrdə anti-qəhrəman kimi "erməni", "keşiş" adı altında azərbaycanlıların qonşuları tənqid edilir. Digər lətifələrdə Kəlniyyət və Şah Abbas tərəf müqabili kimi çıxışlarına rast gəlinir. Kəlniyyətlə bağlı lətifələr Zəngəzurdan başqa qismən Muğan və Şirvan bölgəsində də yayılmışdır.[17][18]

Zəngəzurdan toplanmış mifoloji mətnlərdə ucubılıx, təkgöz div, qaraçuxa, virğın, hal (albastı), kaftarkuş kimi varlıqlar vardır. Ən çox rast gəlinən isə tale, bəxt tanrısının cizgilərini daşıyan qaraçuxadır.[19] Bu bölgənin folklorunda Dədə Qorqudun advermə funksiyasını Bəhlul Danəndə oynayır. Bu da onun əcdad funksiyasını göstərir. Sarı Aşıqla bağlı rəvayətlərdə isə onun tərəkəmələrin duası ilə "haqdan yaranması", baxıcılıq qabiliyyəti və haqq aşığı statusu təsvir edilir.[18]

Xalq təqvimi və mərasimlər

[redaktə | mənbəni redaktə et]

Zəngəzur bölgəsində cin çıxarmaq üçün icra edilən "Tas qurma" mərasimində İslam elementlərinin şamanizmlə birləşməsi müşahidə edilir. Bu bölgənin evlilik adətinə görə, toya qara qoyun, qara inək kəsməzlər.[19]

Zəngəzur bölgəsində ocaq və pir olaraq təbiət obyektləri — dağların başı, ağac, axar sular, bulaq, daşlar istifadə edilir. Ziyarətgahların çoxluğu bölgənin dağlıq ərazidə izolyasiyada olması, xalqın məişətindəki sabitliklə izah edilir. Təbiət obyektləri ilə bağlı ziyarətgahlar daha çox köçəri tərəkəmələr tərəfindən ziyarət edilən məkanlardır,[19]

Çap və mətbuat

[redaktə | mənbəni redaktə et]

1871-1898-ci illərdə İrəvanda Azərbaycan maarifpərvərləri xarici ədəbiyyatdan etdikləri tərcümələri, bədii əsərləri və hazırladıqları dərsliklərini Təbriz, Tiflis və Baxçasaray şəhərlərində çap etdirirdilər. Çünki İrəvanda mətbəə mövcud deyildi. İrəvanda Azərbaycan dilində kitab çapı isə XIX əsrin sonlarında baş vermişdir (Məhəmmədvəli Qəmərlinin 1899-cu ildə çap edilən “Atalar sözü” kitabı).[20]

İrəvanın məşhur azərbaycanlıları. 1860-cı il
  • Bağırbəyovlar. Nümayəndəsi Hacı bəy Bağırbəyov İrəvan quberniyasında təhsil görmüşdür. Nəsil Bakıda yerləşmişdir.[14]
  • Hacılar nəsli. Bu nəslin əcdadları Mahmud ağa və oğlu Şərəf bəydir. Mahmud ağa oğlunu İvan Paskeviçin hüzuruna göndərmiş və o da rus təbəəliyini qəbul edərək bəy silkini və xanədanını qorumuşdur. Bu nəsildən Eyyub ağa və Maqus Hacıyev çıxmışdır.[21]
  • Muğanlinskilər. Tanınmış nümayəndəsi maarifçi İbadulla bəy Muğanlinskidir.[22]
  • Qazıyevlər. İrəvan əsilzadələrindəndirlər. Nümayəndəsi İsmayıl bəy Qazıyev çarlıq dövrü dövlət qulluqlarında işləmiş, 1904-cü ildə İrəvan qubernatorunun müavini təyin edilmişdir. Nəsil Bakıda yerləşmişdir.[14]

İrsin qorunması

[redaktə | mənbəni redaktə et]

2006-cı ildə Azərbaycanda Uluxanlı məktəbinin 125 illiyi qeyd edilmişdir.[23]

  1. Beydili, 2003. səh. 298
  2. Beydili, 2003. səh. 300
  3. Beydili, 2003. səh. 217
  4. Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, "Şərq-Qərb", 2005. anl.az
  5. Beydili, 2003. səh. 63
  6. Sitat səhvi: Yanlış <ref> teqi; ulduzq adlı istinad üçün mətn göstərilməyib
  7. Sitat səhvi: Yanlış <ref> teqi; ulu adlı istinad üçün mətn göstərilməyib
  8. Beydili, 2003. səh. 71
  9. Георгий Заплетин, Гюльнара Ширинзаде. Русские в истории Азербайджана. — Ганун, 2008. — 366 с.
  10. 1 2 В. Парфенов. Кавказские национальные конные игры Arxivləşdirilib 2019-06-06 at the Wayback Machine. — HORSE.RU, 2004.
  11. David C. King. Cultures of the World. Azerbaijan. — Marshall Cavendish, 2006. — P. 108. — ISBN 0-7614-2011-8.
  12. Azərbaycanda nərdin yeni növləri yaradıldı
  13. 1 2 3 4 5 6 7 Azərbaycan şifahı xalq ədəbiyyatına dair tədqiqlər (on birinci kitab), Bakı, "Səda nəşriyyatı", 2002
  14. 1 2 3 Məhərrəmov, 2010. səh. 74-75
  15. Azərbaycan Folkloru Antologiyası, X kitab, 2004. səh. 273-274
  16. Azərbaycan Folkloru Antologiyası, X kitab, 2004. səh. 21
  17. Azərbaycan Folkloru Antologiyası, XII kitab, 2005. səh. 8-9
  18. 1 2 Azərbaycan Folkloru Antologiyası, XII kitab, 2005. səh. 10-11
  19. 1 2 3 Azərbaycan Folkloru Antologiyası, XII kitab, 2005. səh. 7
  20. Məhərrəmov, 2010. səh. 69
  21. Məhərrəmov, 2010. səh. 17-18
  22. Məhərrəmov, 2010. səh. 88-89
  23. Məhərrəmov, 2010. səh. 65
  • Məhərrəmov, Ziyəddin. İRƏVANDA MƏKTƏBDARLIQ VƏ MAARİFÇİLİK (1800-1920-ci illərdə ədəbi-mədəni mühit) (az.). Qrifli nəşr. 2010.
  • Azərbaycan Folkloru Antologiyası, XII kitab. Zəngəzur folkloru (az.). "Səda" nəşriyyatı. 2005.
  • Azərbaycan Folkloru Antologiyası, III kitab. Göyçə folkloru (az.). "Səda" nəşriyyatı. 1999.

The Place of Mythopoetical Symbolic Characters in Thought World of Nassimi. Seadet Shikhiyeva