İtaliya kommunaları
Naviqasiyaya keç
Axtarışa keç
İtaliya kommunaları — İtaliyada üçüncü dərəcəli inzibati vahid olub, adətən şəhər və ətraf ərazilərdən ibarət olur. Doğum ölüm və yaşayış qeydiyyatı, seçici siyahılarının tərtibi, kommuna mülkünün idarə edilməsi, kommuna daxili yolların çəkilməsi kimi səlahiyyətlərə malikdir.
Kommuna başçısı mer (it. sindaco), onun qanunverici orqanı kommuna şurası/məclisi (it. consiglio comunale), icraedici orqanı isə kommuna idarəsidir (it. giunta comunale). Kommuna əhalisi tərəfindən mer və kommuna şurası birbaşa seçilir.