39°47′08″ şm. e. 47°41′51″ ş. u.HGYO

Əlinəzərli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əlinəzərli
39°47′08″ şm. e. 47°41′51″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 33 m
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ1219[1]
Xəritəni göstər/gizlə
Əlinəzərli xəritədə
Əlinəzərli
Əlinəzərli

ƏlinəzərliAzərbaycan Respublikasının Beyləqan rayonunun Əlinəzərli kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Əlinəzərli kənd inzibati ərazi dairəsi Əlinəzərli kənd inzibati ərazi vahidi hesab edilmişdir.[3]

Etnotoponimdir. Oykonim əlinəzərli nəslinin adı ilə bağlı yaranmışdır. Toponim "Əli Nəzərin nəslindən olanlar, əlinəzərlilər" mənasını bildirir.[4]

Yerli məlumata görə, kəndin əsası XVIII əsrin ikinci yarısında qoyulmuşdur. Belə ki, kənd əhalisinin əsasını təşkil edən elat tayfaları Şimali Azərbaycanın qərb bölgəsindən köçməyə məcbur olmuş və indiki ərazidə məskunlaşmışlar. Yaşayış məntəqəsinin adı onun əsasını qoymuş şəxsin adı ilə bağlıdır. Tarixi yerlərdən Fətəlioğlu, küdrüsü göstərilə bilər. Meşə zolağı var. Nəsillər: Əlinəzərlilər, Danalılar, Papaqçallar, Aşurlar, Məmmədalılar. Kolxoz qurulmuş (1937) "Sosializm" (1937-1991) və "Alı Mustafayev" (1991-1997) adlandırılmış, islahatla bağlı ləğv edilmişdir (01.11.1997).

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]
  • Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə
  • Kərəm Əliyevin büstü
  • Rizvan Nəsirovun büstü qoyulmuşdur.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Bakıdan 277 km məsafədə, rayon mərkəzindən 10 km şərqdə, Daşburun dəmiryol stansiyasından 38 km, Beyləqan-İmişli şose yolundan 7 km aralı, Mil düzündə yerləşir. Şimaldan və şimal-şərqdən rayonun orta Əlinəzərli, şərqdən və cənub-şərqdən Dünyamalılar, cənubdan Mayak, cənub-qərbdən Şəfəq, qərbdən və şimal-qərbdən Birinci Aşıqlı kəndləri ilə həmsərhəddir.

Kənddə 662 ailədə 1616 nəfər sakin yaşayır. 279 nəfər məcburi köçkün məskunlaşıb.

Kənddən Böyük Vətən müharibəsində 19 nəfər iştirak etmiş, 9 nəfər həlak olmuş, 10 nəfər veteran vardır. Qarabağ müharibəsində 38 nəfər iştirak etmiş, 3 nəfər şəhid olmuş, 1 nəfər itkin düşmüş, 4 nəfər əlil olmuşdur.

  • Rizvan Nəsirov Yusif oğlu (1974–4 mart 1993) — Əlinəzərli kənd 1 nömrəli orta məktəbi adını daşıyır
  • Cabbarov Niyazi Miriş oğlu (1973–1993)
  • Eşqin Tərlan oğlu Mehtili (20 oktyabr 2001, Əlinəzərli, Beyləqan rayonu – 14 oktyabr 2020, Füzuli)
  • Siyahim Əlizamin oğlu Dəmirov (13 sentyabr 1990; Beyləqan rayonu, Azərbaycan SSR – 29 oktyabr 2020; Şuşa rayonu, Azərbaycan)

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Təsərrüfatların sayı 420-dir. Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. Kənddə qarışıq yem sexi vardır.

Kəndin sahəsi 1434 ha-dır. Ondan dövlət mülkiyyətində 144 ha, bələdiyyə mülkiyyətində 402 ha, (o cümlədən bələdiyyənin ehtiyat fondu 32, perspektiv inkişaf fondu 19, örüş 40,8, suvarma kanalları və arxlar 57,6, kollektor-drenaj şəbəkəsi 157,6, ictimai tikinti 11.8, kənd altında ümumi istifadə olan 55,8, yollar 22,7, məktəb 4,7 ha) xüsusi mülkiyyətdə 888 ha (o cümlədən özəlləşdirilən torpaqlar 806, həyətyani 82 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə hər nəfərə 0,33 ha pay torpağı bölünmüşdür.

Kənddə kitabxana, klub və rabitə şöbəsi mövcuddur.

Kənddə R.Nəsirov adına orta məktəb və uşaq bağçası fəaliyyət göstərir.

Kənd əhalisinin böyük hissəsi İslam dininin şiə məzhəbinə məxsusdur.

Kənddə tibb məntəqəsi və 25 çarpayılıq xəstəxana var.

  1. http://www.azerpost.az/?options=content&id=188.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. "Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı". 26 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 September 2022.
  4. Əlinəzərli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.