Əlkimya
Əlkimya və ya kimyagərlik — elmi biliklər sisteminə əsaslanmayan 4-16 əsrlər kimyasının adı. Əlkimya, Fəlsəfə daşı adlanan mövhumi daş vasitəsilə ucuz mis və qurğuşun metallarını qızıl və gümüşə çevirməyin mümkün olması kimi yanlış ideya üzərində qurulmuşdu. Orta əsrlərdə kimya elmi yaranana qədər elmin, magiyanın və dinin əcaib qarşığından ibarət olan əlikimya mövcud olmuşdur.Əlkimya ilə məşğul olan kimyagərlər öz yanlış ideyalarına nail ola bilməsələr də, tətbiqi kimyanın inkişafına müəyyən dərəcədə xidmət göstərmiş və istifadə etdikləri kimyəvi prosesləri tədriclə təkmilləşdirmişlər. Əlkimya III - IV əsrlərdə Misirdə meydana gəlmişdi. Orta əsrlərdə Avropada geniş yayılmışdı. Əlkimyaçıların (kimyagərlərin) əsas məqsədi oksidləşən (qeyri-nəcib) metalların qızıl və gümüşə (nəcib metallara) çevrilməsinə yardım edəcək “fəlsəfə daşı”nın, eləcə də “əbədi həyat iksiri”nin tapılmasından ibarət idi. Kimyagərlərin tədqiqatlarının praktiki nəticəsi bir çox qiymətli məhsulların - qarışıq metalların - xəlitələrin, mineral və bitki yağlarının, şirlərin (minaların), şüşə, dərman və s. alınmasına, eləcə də yeni kimyəvi cihazların yaradılmasına səbəb olmuşdur.
Əlkimyada qovma
[redaktə | mənbəni redaktə et]Əlkimyada qovma çox inkişaf etmişdi.Onlar qovma və ya distillə haqqında kitablar belə dərc edirdilər.Və hətta fosfor da sidiyin qovulması nəticəsində alınmışdı.Orta əsrlərə qədər qovma da müqəddəs sənət hesab olunurdu.
Fəlsəfə daşı
[redaktə | mənbəni redaktə et]Fəlsəfə daşı əlkimyanın anası hesab olunur.Belə ki dəmir və ya misdən fəlsəfə daşı vasitəsi ilə Qızılın alınması əsaslanan bu fikir mümkünsüz olsa da, uzun müddət əlkimyaçılar bunu axtarmışlar.Bu axtarışların nəticəsində çox şey (məsələn, Fosfor) kəşf olunmuşdur.Əlkimya ilk dəfə Zosima Panapolitanski tərəfindən işlənmiş Kemiya sözünə Al şəkilçisi artırılmaqla (lat.Alchemia) yaranmışdır.Amma əlkimya kimyailə deyil bu daş ilə əlaqəli idi.Bu daş haqqında əlkimyəvi komiks - "Lal kitab" mövcuddur.Burada işlənən fəlsəfi civə və fəlsəfi kükürd cisim haqqında deyil fəlsəfə məzmunludur.Belə ki,civə ilə kükürd ana və ata kimi də təhrif olunur.Bir çox mənbələrdə fəlsəfə daşını qırmızı və bəzən də sarı toza bənzədirlər.Amma fəlsəfə daşının nə olduğu və necə alındığı hələ də mübahisə doğurmağa davam edir.
Əlkimya sözünün mənşəyi
[redaktə | mənbəni redaktə et]Əlkimya bir sıra mənbələrə görə I - XVIII əsrləri əhatə edir. Digər metallardan qızıl almaq ideyası həqiqətən də, I -III əsrlərdə misirdə meydana çıxmışdır.Əlkimya sözü isə bu düşüncələr ərəblərə keçdikdə yaranmışdır.Onlar kimya sözünə "Əl-" ərəb qoşmasını artırmış və bu söz də avropaya belə keçdiyindən iş belə gətirdi ki, belə düşüncələr "Əlkimya" adı atında məşhurlaşdı.Təbii ki, Avropa dillərində "ə" hərfi olmadığından, onlar bu sözü müxtəlif cür mənimsədilər (Lat.Alchemia;ing.Alchemy).Amma "Əl-" ön şəkilçisi də avropa dillərində yox idi. Lakin hansısa səbəbdən onlar bu ön şəkilçini "Al-" formasında sözün tərkibində saxladılar. XVII əsrdə isə insanlar artıq kimyanı əlkimyadan ayırmışdılar.
Əlkimya ideyaları
[redaktə | mənbəni redaktə et]Əlkimyada müxtəlif dövrlərdə müxtəlif dövrlərdə müxtəlif ideyalar altında hökm sürmüşdür.Maddələrin üç əsası, Atomistlik, nəcibləşmə belə fikirlərdəndir.
Nəcibləşmə
[redaktə | mənbəni redaktə et]Nəcibləşmə metallarla bağlı fikir idi.Əlkimyaçılar həyat iksiri və fəlsəfə daşını da bu məqsədlə axtarırdılar.Onlar bütün metallar arasında yalnız qızıl, bəzən isə gümüşü nəcib hesab edirdilər.Buna görə də metalların çevrilməsinə dair əsərlər də yazırdılar. Qədim və orta əsr əlkimya kitablarının bəlkə də yarısından çoxu bu mövzuda idi.
Maddələrin üç əsası
[redaktə | mənbəni redaktə et]Bütün metalların və yaxud metalların üçəsası - Duz, Civə və kükürd anlayışı əlkimyaya Ər - Razi tərəfindən daxil edilmişdir[1].
Ədəbiyyatda əlkimya
[redaktə | mənbəni redaktə et]M. F. Axundzadənin "Molla İbrahimxəlil kimyagər" əsəri əlkimya mövzusundadır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Uşaqlar üçün ensiklopediya. Kimya. Bakı, Şərq- Qərb, 2009. ISBN 9952-34-195-9
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Əlkimya" (az== İstinadlar ==