Əyləncə parkı (Pripyat)
Naviqasiyaya keç
Axtarışa keç
Əyləncə parkı | |
---|---|
| |
Məlumatlar | |
Ölkə | |
Yerləşməsi | Pripyat, Kiyev vilayəti, Ukrayna |
Koordinatları | 51°24′29″ şm. e. 30°03′25″ ş. u.HGYO |
Yaradılıb | 1986 |
Statusu | fəaliyyət göstərmir, tədricən dağılır |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Əyləncə parkı (ukr. Парк розваг, парк атракціонів) — Ukraynanın Kiyev vilayətinin tərk edilmiş Pripyat şəhərində yerləşən şəhər parkı. Çernobıl AES-də baş vermiş qəza səbəbindən fəaliyyət göstərmir.[1][2]
Yerləşməsi
[redaktə | mənbəni redaktə et]Park şəhərin mərkəzində — univermaq, "Energetik" mədəniyyət sarayı və "Polesye" mehmanxanası binalarının arxasındakı sahədə yerləşir.
Attraksionlar
[redaktə | mənbəni redaktə et]Parkın ərazisində olan ən məşhur obyekt, sonralar Pripyatın əsas rəmzlərindən birinə çevrilmiş şeytan çarxıdır. Şeytan çarxı heç vaxt işləməyib; o, 1986-ci il mayın 1-də işə salınmalı idi, lakin attraksionun istismarına 5 gün qalmış Çernobıl AES-də qəza baş verib.[3][4]
Şəkil | Attraksion | Qeyd |
---|---|---|
Şeytan çarxı | ||
Yelləncək və karusel | Şəkildə solda yerləşirlər | |
Avtodrom |
Park populyar mədəniyyətdə
[redaktə | mənbəni redaktə et]- S.T.A.L.K.E.R.: Shadow of Chernobyl
- Call of Duty 4: Modern Warfare
- İnsanlardan sonra həyat
- Qadağan edilmiş zona
- Oryol i Reşka (3-cü mövsüm, 16-cı buraxılış)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Usoltseva O. Heç vaxt unutmayacağınız dünyanın 100 ən yaxşı yeri.. М.: Litres. 2014. 160. ISBN 5457357139.
- ↑ Andruşkeviç Y., Boluşevski S. Ömürlük böyük səyahət kitabı. М.: Litres. 2014. 288. ISBN 5457541118.
- ↑ Hjelmgaard, Kim. "Pillaged and peeling, radiation-ravaged Pripyat welcomes 'extreme' tourists". USA Today. 2016-04-17. 2020-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-27.
- ↑ Gais, Hannah; Steinberg, Eugene. "Chernobyl in Spring". Pacific Standard. 2016-04-26. 2020-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-27.