Abasbəyli
Abasbəyli | |
---|---|
39°01′00″ şm. e. 48°36′00″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Abasbəyli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Yeyənkənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Abasbəyli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[1]
Toponimiyası
[redaktə | mənbəni redaktə et]1933-cü ildə Dəvəçi və Sabirabad rayonları ərazisində də Abasbəyli kəndləri qeydə alınmışdır. Bu oykonimlər abasbəyli etnonimi ilə bağlıdır.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Kəndin tarixi XVIII əsrdən başlanır. XVIII əsrdən Viləş çayı kənarında məskən salmışlar. Sonralar çayın selindən qorunmaqdan ötrü çaydan biraz aralıda yerləşmişlər.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalisi 760 nəfərdir.[3] Kənd əhalisini azərbaycanlılar təşkil edir.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Bu kənd Lənkəran ovalığında, Viləş çayı sahili və dağətəyi zonada yerləşir. Qonşu kəndləri şimal-şərqdə Masallı yolu üzərində Yeyənkənd kəndi, Cənubdan Xəlfələr, şimal-qərbdən Tatyan, cənub-şərqdən Allahyarlı ilə əhatə olunmuşdur. Abasbəyli kəndi suptropik iqlimdə yerləşir.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Kəndin öz iqtisadiyyatı demək olar ki, yoxdur. Əhalinin bir qismi əkinçilik, bir qismi heyvandarlıqla məşğuldur. Əhalinin bir hissəsi Rusiyada (əsasən Kazan şəhəri) ticarətlə məşğuldur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
- ↑ Abasbəyli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Masallı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |