Abbasqulu xan Cavanşir

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Abbasqulu Mötamaddövlə Cavanşir
عباسقلی معتمدالدوله جوانشیر
1860-cı illərdə Saniülmülk tərəfindən çəkilmiş şəkli.
1860-cı illərdə Saniülmülk tərəfindən çəkilmiş şəkli.
Doğum tarixi 1804-cü ildən sonra
Doğum yeri Şuşa, Qarabağ xanlığı
Vəfat tarixi
Vəfat yeri Qacar imperiyası
Vətəndaşlığı Qarabağ xanlığı
Qacarlar dövləti
Atası Əbülfət xan Tuti
Milliyyəti Azərbaycan türkü
Dini Şiə İslamı
Fəaliyyəti Qacarların ilk ədliyyə naziri
Fəaliyyət illəri 1859-1862
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abbasqulu xan Cavanşir və ya Abbasqulu Mötamaddövlə Cavanşir (d. 1804, Şuşa, Qarabağ xanlığı — ö. 1862, Qacarlar dövləti) — əslən Qarabağ xanlarının nəslindən olan Qacar imperiyasının dövlət xadimi və ilk ədliyyə naziri. O, bu vəzifədə 1859-cu ildən 1862-ci ilə qədər olmuşdur.[1]

O, Şuşada İbrahimxəlil xanın oğlu Əbülfət ağanın ailəsində 1804-cü ildə anadan olmuşdur. O, atasının Qacarlar tərəfinə keçməsindən sonra Abbas Mirzənin adamlarından biri olmuşdur.

Onun ilk vəzifəsi Kaşan canişini olmuşdur. O, bu vəzifəyə Məhəmməd şah Qacar tərəfindən 1835-ci ildə təyin edilmişdir. O, bu vəzifədə Məhəmmədəli mirzə Qovanlı-Qacarın oğlu Təhmasib Mirzəni əvəzləmişdir. O, Bəhman Mirzə Bahauddövlə tərəfindən bu vəzifədə əvəzlənsə də, 1837-ci ildə yenidən bu vəzifəyə qayıtmış və 1841-ci ilə qədər bu vəzifəni icra etmişdir. 1841-ci ildə Kermanın canişini təyin edilmişdir. O, bu vəzifədə Əli xan Qarabağini əvəz etmiş və 1843-cü ilə qədər bu vəzifədə qalmışdır. Kermanda olarkən o, İbrahim xanın himayəsində olan Əbülqasım Qarrusi tərəfindən kölələşdirilən insanlar üçün pul ödəməyə məcbur olmuşdu.[2] Kermandakı canişinliyinin mərhəmətli və bir çox baxımdan yaxşı olduğu bildirilir.[3]

O, imperiya müşaviri Haci Mirzə Ağası Bayat tərəfindən Nəsrəddin Mirzənin hərbi rəhbəri təyin edilmişdir. Bu 1848-ci ilin yanvar ayında baş vermişdir.[4] 1848-ci ilin sentyabrında Nəsrəddin Mirzənin taxta çıxmasından sonra, o, Tehrandakı qoşunların komandanı kimi Ərdəbildə, Meşkinşəhrdə və Qaradağda üsyan qaldıran Əmir Kəbir və Şahsevənlərə qarşı göndərildi.[5] Onu Ərdəbildə Məhəmməd Mirzə Qacar və Qaradağda Qasım Qacar əvəz etdi.

Mirzə Ağa xan Nurinin vəzifədən çıxarılmasından sonra o, Nəsrəddin şah tərəfindən Qacar imperiyasının ilk ədliyyə naziri təyin edildi. Bu hadisə 1859-cu ildə baş vermişdir. Ona "Mötamaddövlə", yəni "dövlətin inamı" titulu verildi. O, imperiyanın müxtəlif yerlərində dünyəvi məhkəmələr qurdu və yerli canişinlərin məhkəmələri öz başlarına idarə etmələrini qadağan etdi. O, 3 ildən sonra vəfat etdikdən sonra onun yerinə oğlu Məhəmməd İbrahim Mötamadəlmülk təyin edildi.[1]

  1. 1 2 Chiba. Asian Indigenous Law (ingilis). Routledge. 2013-10-28. 102. ISBN 978-1-136-14202-4.
  2. Mirzai, Behnaz A. A History of Slavery and Emancipation in Iran, 1800-1929 (ingilis). University of Texas Press. 2017-05-16. 87. ISBN 978-1-4773-1188-2.
  3. Wazīrī Kirmānī, Aḥmad ʻAlī Ḫān. Tārīḫ-i Kirmān 1. 1 (Persian). Tihrān: Intišārāt-i ʻIlmī. 1985. 635. OCLC 315437163.
  4. Tapper, Richard. Frontier Nomads of Iran: A Political and Social History of the Shahsevan (ingilis). Cambridge University Press. 1997-08-28. 192. ISBN 978-0-521-58336-7. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-11.
  5. Amanat, Abbas. Pivot of the Universe: Nasir Al-Din Shah Qajar and the Iranian Monarchy, 1831-1896 (ingilis). University of California Press. 1997. 79. ISBN 978-0-520-08321-9.