Abraziv material
Abraziv material abraziv alətlərin kəsici hissəsini təşkil edirlər. Kəsici dənəciklər şəklində istifadə edilən bu materiallar kifayət qədər bərk, istiyədavamlı, çoxlu tillərə malik olurlar. Onlar iki qrupa bölünürlər: təbii materiallar (kvars, sumbata, korund, təbii almaz) və süni abraziv materiallar (normal və az elektrokorund, monokorund, silisum karbidi, bor karbidi, bor nitridi və sintetik almaz).
Abraziv materiallar əsasən maşın hissələrinin təmiz emalında istifadə edilirlər. Məqsədi pardaqlamada, honalamada, cilalamada emal olunan səthin kələkötürlüyünü azaltmaqdır.
Növləri
[redaktə | mənbəni redaktə et]Təbii abraziv materiallar
[redaktə | mənbəni redaktə et]Təbiətdə rast gələn süxurlar və minerallar (kvars, sumbata, korund və almaz) aiddir. Kvars iri kristallı silisium 4-oksiddən ibarət olub aşağı kəsmə xassələrinə malikdir. Qum itiləyiciləri, bülöv daşları və pardax sumbata kağızı hazırlanmasında istifadə olunur. Sumbata və təbii korund alüminium oksidi kristallarından və (AL2O3) qatqılardan (sumbatada 25-30%, korundda 95%-ə qədər) ibarətdir. Sumbata qara və qara-boz, korund isə qəhvəyi rəngdədir. Sumbata və təbii korunddan pardax sumbata kağızı, pardax ovuntuları, bülöv daşları və cilalama pastaları hazırlanır. Almas abraziv materiallar içərisində ən bərkidir. Almas dənələrindən almas dairələri, bülöv daşları, eləcə də pardax dairələri düzəltmək, şüşə kəsmək, bərkliyi yoxlamaq üçün və i.a. alətlər hazırlanır. Sənaye miqyasında sintetik almas (AS) istehsalı sahmana salınmışdır.
Süni abraziv materiallar
[redaktə | mənbəni redaktə et](elektrik korundu, monokorund, silisium karbidi, bor karbidi, süni almas) elektrik sobalarında alınır. Normal elektrokorundun (1A) tərkibində 89-95% qədər alüminium oksidi olur. Rəngi boz-qəhvəyidən tutmuş tünd qəhvəyiyə kimi və çəhrayıdan tünd qırmızıya kimi dəyişir. Ondan soyma işləri üçün pardax dairələri hazırlanır. Ağ elektrik korundunun (2A) tərkibini 97-99%-ə qədər alüminium oksidi təşkil edir. Rəngi ağ, bozumtul-ağ, açıq-çəhrayı və şəffaf olur. Poladların, tökmə bərk ərintilərin, təmiz, yarımtəmiz və dəqiq emalında, alətlərin itilənməsində istifadə olunur. Legirlənmiş elektrik korundlarının (3A) tərkibini 1,5%-ə qədər xrom təşkil edir. Monokorund (4A) çoxüzlü alüminium oksidi dənələrindən ibarətdir. Sementlənmiş, tablanmış, azotlaşdırılmış və yüksək legirlənmiş poladlardan hazırlanmış detalların yarımtəmiz və təmiz pardaxlanmasında tətbiq edilir. Qara silisium karbidi (5S) silisiumun karbonla birləşməsidir (SiC). Rəngi qara, yaxud tünd-göydür. Boz çuqunun, alüminiumun, bürüncün, tuncun, qeyri-metal materialların emalında və həmçinin pardax dairələrinin düzəldilməsində istifadə olunur. Yaşıl silisium karbidi (6S) möhkəmlikdə yalnız almasdan və bor karbidindən geri qalır. Bərk ərintilərdən hazırlanmış alətlərin itilənməsi və yetirilməsi üçün işlədilir. Yuxarıda göstərilmiş hər bir abraziv materialların işarəsinə ikinci yerdə yazılan rəqəm əlavə olunur. O, abraziv materialların markasını göstərir. Misal üçün, 14A (normal markası 4, elektrik korundu) və 63S (yaşıl silisium karbidi, markası 3). Borun karbonla kimyəvi birləşməsi olan bor karbidi boz-qara rənglidir. Bərk ərintilərdən hazırlanmış alətləri yetirmək üçün istifadə olunur. Bor nitridinin kubu əsasında yeni sintetik material olan elbor bərkliyinə görə almasa yaxındır. O, yüksək kəsmə xassələrinə malikdir, yüksək temperaturlara tab gətirir, yüksək legirlənmiş poladları və ərintiləri emal etməyə imkan verir.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Ф.Д.Гелин , Э.И.Крупицкий , И.П.Позняк « Материаловедение».
- Бластинг: Гид по высокоэффективной абразивоструйной очистке / Козлов Д.Ю.. — Екатеринбург: ООО «ИД «Оригами», 2007. — 216 с. — 1000 экз. — ISBN 978-5-9901098-1-0.