Afrika Millətlər Kuboku

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Afrika Millətlər Kuboku
African Cup of Nations
Yaradılıb
1957
Коntinent
Afrika Futbol Konfederasiyası (AFK)
Komanda tərkibi
16 (finalda), 55 (cəmi)
Cari çempion
 Kamerun (2017)
Ən çox qlib gələn komanda
 Misir (7 dəfə)
Rəsmi saytı
CAF

Afrika Millətlər Kuboku — Afrikanın milli komandaları arasında keçirilən ən nüfuzlu futbol turniri

Yarandığı dövrdə heç kimin təsəvvürünə gəlməzdi ki, Afrika Kuboku "qara qitə"də bir nömrəli yarışa çevriləcək, milyonlarla azarkeşin diqqətini çəkəcək, futbola yenicə alışan fanatların böyük marağına səbəb olacaq. Əksinə, fikir müzakirəyə çıxarılanda, dəstəkləməyənlər kifayət qədər idi. İlk turnir start götürməzdən əvvəl yarışın qaydalarında cüzi dəyişikliklər olundu. Nə qədər qəribə olsa da, çoxmillətlik təşkil edən, amma kubokun keçirilməsinin əsas tərəfdarlarından biri sayılan CAR yarışdan kənarlaşdırılmaqla yanaşı, AFK-nın da tərkibindən çıxarıldı. Bu, xeyli mübahisələrə zəmin yaratsa da, AFK qərarını dəyişmədi. Cənubi Afrika Republikası AFK-nı tərk edəndən sonra, turnirdə 3 region — Efiopiya, MisirSudan çıxış edirdi. Siyahıdan silinmiş CAR turnirə düz 39 ildən sonra qayıtdı. Buna qədər baş tutan ilk iki turnir (1957/1959) tam qayda-qanunla keçirilməmişdi. Afrika futbolunun dünyada kifayət qədər tanınması üçün turnir iştirakçılarının sayını artırmaqdan gözəl vasitə ola bilməzdi. Bunu yaxşı anlayan AFK rəhbərliyi qısa zaman kəsiyində iştirakçıların sayını 16-ya çatdırdı. Hər halda qaçılmaz olan müəyyən problemlər qalmaqda idi — turnirin baxımlı alınması üçün lazım olan maddi vəziyyətin zəifliyi, ölkədaxili iğtişaşlar və siyasətin meydana daxil olması kimi məsələlər yarışın nüfuzuna təsirsiz ötüşməyə bilməzdi. Bu kimi əngəllərə baxmayaraq, AFK-nın təşkil etdiyi Afrika Kuboku indiyə qədər fəaliyyətini dayandırmayıb.

Ölkələrin performansı

[redaktə | mənbəni redaktə et]
Qaliblər 1-ci yer 2-ci yer 3-cü yer 4-cü yer Top 2 Top 3 Top 4
Misir Misir 7 (1957, 1959, 1986, 1998, 2006, 2008, 2010) 2 (1962), (2021) 3 (1963, 1970, 1974) 3 (1976, 1980, 1984) 9 12 15
Kamerun Kamerun 5 (1984, 1988, 2000, 2002, 2017) 2 (1986, 2008) 2 (1972, 2021) 1 (1992) 7 9 10
Qana Qana 4 (1963, 1965, 1978, 1982) 4 (1968, 1970, 1992, 2010) 1 (2008) 3 (1996, 2012, 2013) 8 9 12
Nigeriya Nigeriya 3 (1980, 1994, 2013) 4 (1984, 1988, 1990, 2000) 8 (1976, 1978, 1992, 2002, 2004, 2006, 2010, 2019) - 7 15 15
Konqo Demokratik Respublikası KDR 2 (1968, 1974) - 1 (1998, 2015) 1 (1972) 2 3 4
Kot-d'İvuar Kot-d'İvuar 1 (1992, 2015) 2 (2006, 2012) 4 (1965, 1968, 1986, 1994) 2 (1970, 2008) 3 7 9
Zambiya Zambiya 1 (2012) 2 (1974, 1994) 3 (1982, 1990, 1996) - 3 6 6
Tunis Tunis 1 (2004) 2 (1965, 1996) 1 (1962) 3 (1978, 2000, 2017) 3 4 7
Sudan Sudan 1 (1970) 2 (1959, 1963) 1 (1957) - 3 4 4
Seneqal Seneqal 1 (2021) 2 (2002), (2019) - 3 (1965,1990, 2006) 3 3 6
Əlcəzair Əlcəzair 1 (1990) 1 (1980) 2 (1984, 1988) 2 (1982, 2010) 2 4 6
Mərakeş Mərakeş 1 (1976) 1 (2004) 1 (1980) 2 (1986, 1988) 2 3 5
Efiopiya Efiopiya 1 (1962) 1 (1957) 1 (1959) 2 (1963, 1968) 2 3 5
Cənubi Afrika Respublikası CAR 1 (1996) 1 (1998) 1 (2000) - 2 3 3
Konqo Demokratik Respublikası KDR 1 (1972) - - 1 (1974) 1 1 2
Mali Mali - 1 (1972) 2 (2012, 2013) 3 (1994, 2002, 2004) 1 3 6
Uqanda Uqanda - 1 (1978) - 1 (1962) 1 1 2
Burkina-Faso Burkina-Faso - 1 (2013) 1 (2017) 1 (1998, 2021) 1 2 4
Qvineya Qvineya - 1 (1976) - - 1 1 1
Liviya Liviya - 1 (1982) - - 1 1 1