Akira Matsunaqa (professor)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Akira Matsunaqa
Doğum tarixi
Doğum yeri Kavasaki, Yaponiya
Milliyyəti Yapon
Təhsili Keyo Universiteti

Akira Matsunaqa — Sasakava Sülh Fondunun üzvü, Tokio Universitetinin professoru, Yaponiya Müasir İslam Araşdırmaları Mərkəzinin direktoru.

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Akira Matsunaqa 1960-cı ildə Yaponiyanın Kavasaki şəhərində anadan olmuşdur. O, Keyo Universitetinin Ədəbiyyat və Şərqşünaslıq fakültəsini bitirmişdir. Tarix elmləri üzrə fəlsəfə doktoru (Ph.D) və Beynəlxalq Layihə Planlaşdırma və İnkişaf üzrə SASAKAWA Sülh Fondunun üzvüdür. Matsunaqa Təfəkkür Universitetinin fəxri professoru və Əl-Farabi Universitetinin qonaq professorudur. Onun tədqiqatlarının əsas mövzusu türk xalqlarının tarixi və Azərbaycan dili ilə bağlıdır.[1].

Akira Matsunaqa Bəkir Çobanzadənin irsi ilə bağlı elmi araşdırmalar aparır.[2].

Müəllifi olduğu kitabları aşağıdakılardır:

  • Müasir Yapon və Türk dünyası (Keiso Press)
  • Çin-Yapon müharibəsi və İslam (Keyo Universitet Mətbuatı)
  • Yaponiyada yaşayan tatarlar (Toyo Shoten Press)
  • Türk hilalı və yaponlar (Bosfor Universiteti Mətbuatı)
  • İbtidai Azərbaycan dilində qrammatika (Gaigakushorin Press)
  • Azərbaycan-Yapon və Yapon-Azərbaycan dilində lüğət (Beynəlxalq Dillər Mətbuatı)
  1. "Akira Matsunaqa: Azərbaycan beynəlxalq aləmlə sıx münasibətlər quraraq dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib". 2018-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-15.
  2. "Yaponiya alimi Bəkir Çobanzadə haqqında elmi araşdırmalara başlayıb". 2019-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-15.