Aksel Heyberq adası
Aksel-Heyberq adası | |
---|---|
ing. Axel Heiberg Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 43,178 km² |
Uzunluğu |
|
Eni | 220 km |
Hündür nöqtəsi | 2210 m |
Əhalisi |
|
Yerləşməsi | |
80°10′00″ şm. e. 90°05′00″ q. u.HGYO | |
Ölkə | Kanada |
Vilayət | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Aksel-Heyberq (ing. Axel Heiberg Island) — yaşayışı olmayan ada olaraq Kanada Arktik arxipelaqı daxildir. Adadan qərbdə Elsmir adası yerləşir və ondan Yurika boğazı vastəsi ilə ayrılır. İnzibati cəhətdən Nunavut vilayətinin Kikiktani regionuna daxildir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Qərbdən Mien adasından Sverdrup boğazı vastəsi ilə ayrılır. Sverdrup və Kraliça Yelezaveta adaları qrupuna daxildir. Sahəsi 43,178 km² təşkil edərək, Adaların dünyada sahəsinə görə sıralamasında 32-ci yerdə gedir. Dağların hündürlüyü 2000 metri keçir[1].
Tarix
[redaktə | mənbəni redaktə et]Ada əvvəllər inuitlər məskunlaşmışdı. Adanın Otto Sverdrup tərəfindən kəşf edilərkən ərazidə həyat əlaməti yox idi. Adanın adı ekspedisiyanı maliyyələşdirən norveçli mesenat Aksel Heyberqin şərəfinə adlandırılmışdır. Norveç 1930-cu ildə adaya iddia edirdi. Hazırda isə ada Kanadaya məxsusdur. 1960-cı ildə adada elmi stansiya fəaliyyətə başlayır. Artıq 60-x adada 20 nəfər yaşayırdı. 1986-cı ildə adada Ceyms Bessinqerin başçılığı ilə aparılan araşdırmalar nəticəsində qeyri adı meşə faydalı qazıntısı aşlarlanır. 1999-cu ildə artıq ehtiyatlar təhlükə qarşısında idi. Belə ki, onlar ya müəyyən dairələr tərəfindən aparırılır və ya turistlər tərəfindən oğurlanırdı. Ehtiyatın oğurlanmasının qarşısını almaq üçün Kanada ordusu adaya yerləşdirilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "World Wildlife. High Arctic tundra". 2009-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-05.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Aksel-Heyberq adası Arxivləşdirilib 2008-02-12 at the Wayback Machine