Aleksandr Qernqross

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aleksandr Qernqross
Şəxsi məlumatlar
Doğum tarixi 4 avqust 1851(1851-08-04)[1]
Doğum yeri
Vəfat tarixi 17 mart 1925(1925-03-17)[1] (73 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü Rusiya İmperator Ordusu
Rütbəsi infanteriya generalı[d], general[1]
Döyüşlər
Təltifləri 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni Knight of the Order of St. Alexander Nevsky Ağ Qartal ordeni 2-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni "İgidliyə görə" qızıl qılıncı

Aleksandr Alekseyeviç Qernqross (rus. Александр Алексеевич Гернгросс; 4 avqust 1851[1], Smolensk[1]17 mart 1925[1], Leninqrad[1]) – Rusiya İmperator Ordusunun hollanəsilli generalı. Rus-yapon müharibəsində diviziya və korpus komandanı kimi iştirak etmişdir. Müharibədən sonra ordunun aparıcı üzvlərindən biri olmuşdur.[2]

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Aleksandr Qernqross hollanəsilli Baltika almanlarına mənsub olan ailədə doğulmuşdur. 1868-ci ildə hərbi xidmətə daxil olmuş, Riqa Piyada Məktəbini bitirmişdir. 1877–1878-ci illərdə Rusiya-Osmanlı müharibəsində iştirak etmişdir.

Rus-yapon müharibəsi

[redaktə | mənbəni redaktə et]

Qernqross Rus-yapon müharibəsində Birinci Sibir Ordu Korpusunun tərkibində olan 1-ci Sibir atıcı alayının komandanı olmuş və Telissu döyüşündə iştirak etmişdir. Daha sonra korpusunun komandanı olmuş və Lyaoyan döyüşündə döyüşmüşdür. Şahe döyüşü zamanı Şərq bölüyünün əsgərləri ilə yaradılmış xüsusi birliyə başçılıq etmiş və 16 oktyabr 1905-ci ildə Şa çayının cənubunda yerləşən Putilov, eləcə də, Ağac yüksəkliklərini ələ keçirməyi bacarmışdır. Qısa fasilədən sonra 1905-ci ilin fevralında yenə Birinci Sibir Ordu Korpusunun komandanı olmuş və Mukden döyüşündə iştirak etmişdir. O, müharibənin sonuncu quru döyüşündə Yaponiyanın Üçüncü Ordusuna qarşı döyüşmüş, lakin dəstək almadığı üçün geri çəkilməyə məcbur olmuşdur.[2]

Mancuriyadakı hərbi bacarıqlarına görə müharibədən sonra tanınmış hərbçiyə çevrilmiş və 1911-ci ildə ordunun baş qərargahının başçısı təyin olunmuşdur. O, bu vəzifəni 1914-cü ilin martına kimi tutmuşdur.[2]

  1. 1 2 3 4 5 6 7 8 9 10 Deutsche Nationalbibliothek Record #1090897006 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 3 Kowner. səh. 131
  • Kowner, Rotem. Historical Dictionary of the Russo–Japanese War (ingiliscə). The Scarecrow Press. 2006. 131. ISBN 978-0-8108-4927-3. İstifadə tarixi: 10 may 2023.