Amsterdamda təyyarə qəzası (25 fevral 2009)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Amsterdamda təyyarə qəzası
Ümumi məlumatlar
Tarix 25 fevral 2009
Yer
Ölkə
Ölü sayı
  • 9
  • 4
  • 5
Havayolu şirkəti
Qalxma yeri Atatürk Beynəlxalq Hava Limanı
Qeydiyyat nömrəsi TC-JGE
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Boeing 737–8F2/TC-JGE,"Tekirdağ"
Seat map

Hollandiya rəsmiləri Türk Hava Yollarının sərnişin təyyarəsinin Amsterdamın Sxipol hava limanına enərkən qəzaya uğraması nəticəsində 9 adamın həlak olduğunu bildiriblər. Ən azı 50 sərnişin xəsarət alıb. Yerli bələdiyyənin rəisi, Mişel Bezucen onlardan 25-nin vəziyyətinin ciddi olduğunu bildirib. Onların arasında həm sərnişinlər, həm də təyyarə heyətinin üzvləri var.

Bakı vaxtı ilə saat 10.22-də İstanbuldan havaya qalxan "Türk Hava Yolları"na məxsus sərnişin təyyarəsi Amsterdam hava limanına enən zaman naməlum səbəbdən yerə çırpılıb və üç hissəyə bölünüb. Təyyarədə təxminən 135 sərnişin və ekipaj üzvlərinin olduğu bildirilir. Qəzanın səbəbləri hələlik məlum deyil.

Uçaq enmə zolağına çatmayaraq, A9 magistral yolu yaxınlığında yerə enib. Təyyarə İstanbuldan 1951 nömrəli reyslə Amsterdama uçurdu. Qəzadan sonra ilk saatlarda, itkilər barədə ziddiyyətli məlumatlar alınırdı.

Əvvəlcə bir nəfərin öldüyü deyilsə də, sonradan Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım bu xəbər təkzib etmişdi, lakin hal-hazırda açıqlanan məlumatda 9 adamın həlak olduğu təsdiqlənib.

Türkiyənin xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, THY-nin açıqladığı siyahıda adı olan şəxs Rəna Musayevadır, lakin R. Musayevanın qəza nəticəsində öldüyü, yaralandığı və sağ qaldığı barədə hələlik məlumat yoxdur.

Azərbaycan prezidenti İlham Əliyev "Türk Hava Yolları" şirkətinə məxsus sərnişin təyyarəsinin Amsterdam şəhərinin beynəlxalq hava limanında qəzaya uğraması ilə bağlı Türkiyə prezidenti Abdullah Gülə başsağlığı məktubu göndərib. Prezident başsağlığı məktubunda insan tələfatı ilə nəticələnən qəza xəbərindən çox kədərləndiyini bildirib: "Hörmətli cənab Prezident, "Türk Hava Yolları" şirkətinə məxsus sərnişin təyyarəsinin Amsterdam şəhərinin beynəlxalq hava limanında qəzaya uğraması və insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Baş vermiş faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!"

Qəzanın səbəblərini araşdıran komissiyanın sədri Piter van Vollenxoven qəzanın mühərrikdəki nasazlıqdan qaynaqlana biləcəyi ehtimalını irəli sürüb. Qeyd edək ki, bundan əvvəl qəzanın təyyarənin yanacağını bitməsi səbəbindən qaynaqlandığı ehtimal olunurdu. Qəzadan sağ qurtarmış sərnişinlər təyyarə enən zaman mühərrikin səsinin kəsildiyini və təyyarənin yüksəkliyi itirdiyini bildiriblər. Təyyarənin təxminən 90 metr hündürlükdən yerə çırpıldığı ehtimal olunur. Vollenxoven mühərrikin nasaz olması versiyasının ilkin ehtimal kimi irəli sürüldüyünü, bu versiyanın yalnız "qara qutu" açıldıqdan sonra təsdiqlənə biləcəyini deyib. Qeyd edək ki, 7 heyət üzvü və 127 sərnişinin olduğu təyyarənin Amsterdam hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində 9 nəfər ölüb, 80-dən çox insan yaralanıb. Həlak olanların 4-ü Türkiyə, 5-i ABŞ vətəndaşıdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]