Anikşçyay rayonu
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Anikşçyay rayonu | |
---|---|
Anykščių rajono savivaldybė | |
55°32′ şm. e. 25°06′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Anikşçyay[1] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1950 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | LT-04 |
Telefon kodu | 381[1] |
Poçt indeksi | 29111[1] |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Anikşçyay rayonu — Litvada rayon. Mərkəzi Anikşçyay şəhəridir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Anikşçyay rayonunda təxminən 250 abidə var. Anikşyay bütün Litvada muzeylər məskəni kimi məşhurdur- burada 12 muzey fəaliyyət göstərir. İlk dəfə muzeyşünaslıq ənənəsini A.Venuolis ,1927-ci ildə Litvada şair A.Baranauskasın “Anişkyay meşəsi” poemasını yazdığı anbarda xatirə muzeyi yaradaraq qoymuşdur. Bu gün Anikşçyayda Antanas Jukauskas-Venuolis adına və Litvada ilk qadın-lirik şairə Brone Buyvidayte adına xatirə muzeyləri, Nyuronyay kəndində isə orijinal vəziyyəti saxlanılan Yonas Bilyunas adına xatirə evi fəaliyyət göstərir. Həmçinin Anikşyay dəmir yolu vağzalında yaradılan Syauruko muzeyində unikal tarixi izlə- 1897-1899-cu illərdə Anikşçyaydan çəkilən dəmir yolu ilə tanış ola bilərsiniz. Bu Litvada fəaliyyət göstərən ən maraqlı texniki obyektlərindən biridir. 2010-cu ildə Anikşyayda Litvada yeganə olan mələklər Muzeyi fəaliyyətinə başladı.
1960-cı ildən etibarən Şvyantoyinin hər iki sahilini əhatə edən, Kirklay istiqamətində şəhərin cənub sərhədindən 9 km aralıda olan 150 ha-lıq meydan A.Baranauskasın “Anikşyay meşəsi” poemasında tərənnüm olunmuş landşaft qoruğu kimi fəaliyyət göstərir. Qoruq təbii meşə-parkın flora və faunasını, yüzyaşlı palıdları, kral bataqlığını, Şvyantoyi çayı sahillərinin mənzərələrini, Şlave və Virintanı, Puntukas qayasını, Paşvyantupis kəndinin meşəsindəki Puntukas qardaşlarını-Pyatyalişk daşı və digər qayaları qorumaq üçün salınmışdır. Rəvayətə görə Litvanın böyüklüyünə görə ikinci daşı Puntukas yaxınlığında bütpərəstlik dövründə tanrılar üçün qurban yandırardılar, qalan iri palıdlar isə bu baş verənlərin şahidləridir. Puntukas barəsində ən məşhur əfsanələr A.Baranauskasın “Anikşçyay meşəsi” poemasında əks olunur; şeytan Anikşyay kilsəsini dağıtmaq üçün iri daş aparırdı, lakin qəflətən xoruz banladı və şeytan daşı əlindən düşürdü…
Litva pilotları-S.Daryus və S.Qirenasın Atlantika üzərində uçuşlarının 10 illiyini qeyd etmək üçün heykəltaraş Bronyus Pundzyus 1942-1943-cü illərdə Puntukas daşı üzərində pilotların barelyeflərini və vəsiyyətlərini həkk etmişdir. 1988-ci ildən etibarən hər il 16 iyul Puntukasda axşamlar “Lituaniki” uçuşunun şərəfinə gecə saatı təşkil olunur.
Həm Ludişk meşəsi, həm də Anikşçyay-Skemonyay yolunun hər iki tərəfində yerləşən Arodelyay kurqanı barədə çoxlu rəvayətlər var. Ludvişkay kurqanı Anikşyay ərazilərində yerləşən ən hündürlərdən biridir. Burada, anikşyay yazıçısı Yonas Bilnyusun qəbiri üzərində onun “Xoşbəxtlik qığılcımı”nı simvollaşdıran 14 metrlik obelisk ucalır. Vəsiyyət şeirlərində əbədiləşən yazıçı 1953-cü ildə A.Venuolisin yardımı ilə torpağa tapşırılmışdır.
1938-ci ildə Anikşyaya şəhər hüquqları və kurort statusu verildi. Müharibə arası illərdə nəinki özünüidarə və maarif idarələri fəaliyyət göstərirdi, hətta sənayə də inkişaf edirdi. XX-ci əsrin birinci onilliyində Anikşyçayda kvarslı qum ehtiyyatların aşkar edilməsi buna təsir etmişdi. “Anikşçyu kvarsas” işlədiyi vaxtdan bu günə kimi 120 min tona qədər qum istehsal edib, satışa hazırlanıb. Bundan əlavə meyvə çaxırı fabrikanın fəaliyyətini genişləndirmiş, anikşçyay çaxırları bütün Litvada məşhur olmuşlar. Bu günkü gündə 1926-cı ildə yaradılmış “Anikşçyu vinas” səhmdar cəmiyyəti Şərgi regionun ən qədim müəssisədir ki, sənayə yolu ilə çaxır istehsal edir. 2002-ci ildə cəmiyyət kulinariya irsinin Avropa şəbəkəsinə qəbul edildi və Aukştaytiya regionunu təmsil etdi. Kulinariya irsi kimi milli, yerli pendirdən hazırlanan desert növləri, təbii şərablar və alma sidri (şərabı) hesab olunur. Həmin il “Anikşçyu vinas” ziyarətçilərə qapısını açdı: burada “Litvanın şərab yolu” xüsusi proqramı təqdim olundu, hansı ki, sahibkarlıqla tanış edir, içkilərin dequstasiyasına imkan verir və həmçinin onların tərkibinin xüsusiyyətlərindən, dadından və iyindən, istifadə etmə mədəniyyətini öyrənməyə şərait yaradır.
Bu günlərdə Anikşçyay şəhəri Kalitos dağın döşündə yerləşən qış idman mərkəzi ilə, əla dağ xizək trası ilə və Litvada birinci olan kirşə idmanı üçün yay trası ilə məşhurdur.
Anikşçyay rayonunda çoxsaylı turistlərə “Puntukas”, “Kyaturi kalnay”, “Romuvos parkas” mehmanxanaları, “Anikşçyu şilyalis” istirahət evi və 30-a qədər kənd turizm malikanələri xidmət göstərir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 Baubinas R. Anykščių rajono savivaldybė // Visuotinė lietuvių enciklopedija (lit.).
- ↑ Resident population by administrative territory at the beginning of the year. State Data Agency of Lithuania, 2023.