Another Part of Me
""Another Part Of Me"" | ||||
---|---|---|---|---|
Maykl Cekson tərəfindən Bad albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 11 iyul, 1988 | |||
Format | sinql | |||
Janr | R&B, Pop, Funk | |||
Dil | ingilis dili | |||
Müddət |
3:54 (albom versiyası) 3:46 (sinql mix) 6:18 (12" edit) |
|||
Prodüser | Maykl Cekson, Quincy Jones | |||
Bəstəkar | Maykl Cekson | |||
Sözlərin müəllifi | Maykl Cekson | |||
Studiya | Epic Records | |||
Maykl Cekson sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
|
Another Part Of Me – Maykl Ceksonun 1987-ci ildə çıxardığı yeddinci solo albomu – Bad albomundan olan sinql. Mahnı sinql kimi 1988-ci ildə satışa çıxarılmışdır. Mahnının prodüserliyini ifaçıyla yanaşı Quincy Jones etmişdir. Əslində mahnı ilk dəfə 1986 – cı ildə Captain EO 3-D filmi üçün ifa edilmişdir. 1988 ci il 11 iyul tarixində mahnı sinql kimi satışa çıxarıldıqdan sonra isə Michael Jackson's Moonwalker video oyununda da soundtrack kimi istifadə edilmişdir.
Mahnı daha çox 1988-ci ildə çıxan Moonwalker filminin tanıtımı üçün çıxarılmış xarakteri daşıyır. Həmçinin mahnı Grand Theft Auto: Episodes from Liberty City video oyununda da maşında, Vice City FM radio dalğasında səslənən mahnı kimi istifadə edilib.
2009-cu ilin iyulunda Madonna “Sticky & Sweet Tour” turunun ikinci hissəsində mahnının bir hissəsini istifadə etmişdir.[1] Cekson imitatoru Cekson mahnılarının popuri rəqsi zamanı mahnıdan istifadə etmişdir.[2]
“Bad” albomunun 2001-ci il xüsusi buraxılışı üçün verdiyi müsahibədə Kuinsi Cons qeyd edir ki, “Cekson "Another Part of Me" yerinə "Streetwalker" mahnısını yayımlamaq istəmişdir. Lakin, menecer Frenk DiLeonun mahnının sədaları altında rəqs etməsini gördükdən sonra məhz "Another Part of Me" mahnısını alboma daxil etmişdir.” “Streetwalker” mahnsısı isə 2001-ci ildə Bad albomunun 25 illik yubiley buraxılışına daxil edilmişdir.
Musiqi videosu
[redaktə | mənbəni redaktə et]Ceksonun Bad Dünya Turu zamanında mahnını ifa etməsinin təsvir edildiyi və Patrik Kellinin rejissorluğu ilə çəkilmiş rəsmi musiqi videosu 1988-ci ildə çıxarılmışdır. Videoda istifadə olunmuş kadrlar 16 iyulda Uembli stadionunda baş tutmuş konsert, həmin günün canlı yol çəkilişləri və 27-28 iyunda “Parc des Princes”də baş tutmuş konsertdən götürülmüşdür. Musiqi videosu “Michael Jackson's Vision” və “Bad 25” video toplularında satışa çıxarılmışdır.
Canlı ifalar
[redaktə | mənbəni redaktə et]Maykl Cekson “Bad Dünya Turnesi”nin ikinci mərhələsinə baş tutmuş konsertlərdə mahnını canlı ifa etmişdir. ABŞ konsertlərində mahnının orijinal sürətdə ifa olunsa da, bəzi alətlər dəyişdirilmişdi. Avropa konsertlərində isə mahnı orijinaldan daha surətlə ifa edilmişdi. Mahnının canlı ifası “Live at Wembley July 16, 1988” DVD-sində yayımlanmışdır. Mahnının bir hissəsi “This Is It” konsertlərində “Jam” mahnısı ilə birgə ifa üçün nəzərdə tutulsa da, müğənninin qəfil ölümü ilə konsertlər təxirə salınmışdır.
Kompozisiyalarının siyahısı
[redaktə | mənbəni redaktə et]- 7"
- Another Part of Me (Single Mix) – 3:46
- Another Part of Me (Instrumental) – 3:46
- 12" single and Picture Disc – CD Maxi
- Another Part of Me (Extended Dance Mix) – 6:18
- Another Part of Me (Radio Edit) – 4:24
- Another Part of Me (Dub Mix) – 3:51
- Another Part of Me (A Cappella) – 4:01
- United States (Promo CD Single)
- Another Part of Me (Single Mix)
- Another Part of Me (Extended Dance Mix)
- Another Part of Me (Radio Edit)
- Another Part of Me (Dub Mix)
- Another Part of Me (A Cappella)
Personal
[redaktə | mənbəni redaktə et]- Sözləri və musiqisi - Maykl Cekson
- Prodüser - Kuinsi Cons
- Prodüser köməkçisi - Maykl Cekson
- Solo və fon vokal - Maykl Cekson
- Gitaralar - Pol Cekson, Jr., Devid Vilyams:
- Saksafonlar - Kim Hatkroft, Larri Vilyams
- Trubalar - Qari Qrant, Cerri Hey
- Sinklavyer - Kristofer Kurrell
- Sintezatorlar - Con Barns, Rett Lourens
- Ritm və vokal aranjimanı - Maykl Cekson və Con Barns
- Nəfəsli alətlərin aranjimani - Cerri Hey
Hit paradlardakı mövqeyi
[redaktə | mənbəni redaktə et]Həftəlik hit-paradlar
[redaktə | mənbəni redaktə et]
|
İl sonu hit-paradı[redaktə | mənbəni redaktə et]
|
Sələfləri Freddi Ceksonunn "Nice 'N' Slow" mahnısı |
US Billboard Hot Black Singles number-one single 17 sentyabr, 1988 (1 həftə) |
Xələfləri Cefferi Osbornin "She's On the Left" mahnısı |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Rodriguez, Jayson. "Madonna Salutes Michael Jackson At London's O2 Arena - Music, Celebrity, Artist News". MTV. Viacom International. July 5, 2009. November 6, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2015.
- ↑ Saad, Mardeen. "Madonna pays tribute to Michael Jackson in concert". MTV. Viacom International. Associated Press. July 5, 2009. (#accessdate_missing_url)
- ↑ Australian-charts.com — Michael Jackson — Another Part Of Me. ARIA Top 50 Singles. Hung Medien. Yoxlanılıb 26 mart 2015.
- ↑ Michael Jackson — Another Part Of Me Austriancharts.at (alm.). Ö3 Austria Top 40. Hung Medien. Yoxlanılıb 26 mart 2015.
- ↑ Ultratop.be — Michael Jackson — Another Part Of Me (nid.). Ultratop 50. ULTRATOP & Hung Medien / hitparade.ch. Yoxlanılıb 26 mart 2015.
- ↑ "Radio 2 Top 30 : 10 september 1988" (holland). Top 30. 31 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2015.
- ↑ "Top Singles – Volume 48, No. 21, September 10 1988". RPM. Library and Archives Canada. 2015-01-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2015.
- ↑ "Dance/Urban – Volume 48, No. 24, October 01 1988". RPM. Library and Archives Canada. 2015-01-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2015.
- ↑ Lescharts.com — Michael Jackson — Another Part Of Me (fr.). French Singles Chart. Hung Medien. Yoxlanılıb 26 mart 2015.
- ↑ [http://musicline.de/de/chartverfolgung_summary/title/Michael+Jackson /Another+Part+Of+Me /single Musicline.de — Chartverfolgung — Michael Jackson — Another Part Of Me] (alm.). Media Control Charts. PhonoNet GmbH. Yoxlanılıb26 mart 2015.
- ↑ Chart Track. Irish Singles Chart. GfK. Yoxlanılıb 26 mart 2015.
- ↑ "Indice per Interprete: J" (italyan). Hit Parade Italia. Creative Commons. October 25, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 10, 2013.
- ↑ Nederlandse Top 40 - Michael Jackson - Another Part Of Me search results (nid.). Stichting Nederlandse Top 40. Yoxlanılıb 26 mart 2015.
- ↑ 1 2 Dutchcharts.nl — Michael Jackson — Another Part Of Me (nid.). Mega Single Top 100. Hung Medien / hitparade.ch. Yoxlanılıb 26 mart 2015.
- ↑ Charts.org.nz — Michael Jackson — Another Part Of Me. Top 40 Singles. Hung Medien. Yoxlanılıb 26 mart 2015.
- ↑ "ANOTHER PART OF ME – Michael Jackson" (polyak). LP3. August 11, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 1, 2014.
- ↑ Michael Jackson — Another Part Of Me swisscharts.com. Swiss Singles Chart. Hung Medien. Yoxlanılıb 26 mart 2015.
- ↑ Archive Chart UK Singles Chart. The Official Charts Company. Yoxlanılıb 26 mart 2015.
- ↑ 1 2 3 "Bad – Awards". AllMusic. All Media Network. 2012-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2015.
- ↑ "CASH BOX Top 100 Singles – Week ending SEPTEMBER 3, 1988". Archived from the original on October 7, 2012. İstifadə tarixi: March 26, 2015.. Cash Box magazine. Retrieved February 1, 2014.
- ↑ "Jaaroverzichten 1988" (holland). Ultratop. Hung Medien. 2018-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2015.