Arif Qazıyev (rejissor)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Arif Qazıyev
Doğum tarixi 17 may 1938(1938-05-17)
Doğum yeri
Vəfat tarixi 24 fevral 2022(2022-02-24) (83 yaşında)
Vəfat səbəbi insult
Vətəndaşlığı
Fəaliyyəti aktyor, rejissor, ssenarist
Mükafatları "Şöhrət" ordeni — 2008 "Əmək igidliyinə görə" medalı — 1966

Arif Lətif oğlu Qazıyev (17 may 1938, İrəvan24 fevral 2022) — Azərbaycan televiziya rejissoru, ssenari müəllifi.

Arif Lətif oğlu Qazıyev 1938-ci il mayın 17-də İrəvanda anadan olub, Gəncədə yaşayıb. Orta təhsilini Gəncədə başa vurduqdan sonra böyük bəstəkar Fikrət Əmirovun təkidi ilə Bakıya gəlib və Teatr İnstitutunda təhsilini davam etdirib. Arif Qazıyev hələ uşaqlıqdan bir çox musiqi festivallarının, konsertlərin iştirakçısı olub.

1956-ci ildən Azərbaycan Televiziyasında fəaliyyətə başlayıb, görkəmli sənətkarlarla təmasda olub və televiziyada ilk kişi diktoru olub. Daha sonra televiziyanın nəzdində yaradılan Miniatür Teatrının aktyor truppasına keçib, bir müddət musiqi şöbəsində çalışıb.

O, Georgi Tovstonoqovun rejissorluq məktəbini keçib. Arif Qazıyev 90-na yaxın musiqili filmin rejissoru və ssenari müəllifidir. 1967-ci ildə “Şur” muğamı əsasında çəkdiyi film böyük səs-küyə səbəb olub. Filmdə “Şur” muğamını oxuyan xanəndələr qədim muğamın ən incə guşələrini dinləyicilərə çatdırmağa çalışıblar.

Arif Qazıyev “Şəhər üzərində mahnı” (1965), “Çalır Tamilla Mahmudova” (1966), “Məhəbbət haqqında əfsanə” (1967), “Üçüncü simfoniya” (1968), “Sevinc” (1968), “Təsnif” (1969), “Toyda görüş” (1970), “Torpaq patriarxları” (1971), “Çempionlar məktəbi” (1972), “Gülüstan Bayatı-Şiraz” (1972), “Avtomobildən qorun” (1974), “Payız melodiyaları” (1974), “Bəstəkar Qara Qarayev. Opus-78” (1979), “Bəstəkar Rauf Hacıyev” (1982), “Salam Zeynəb” (1982), “Elimin bayramıdır” (1989), “Qara Qarayev” (2003), “Məşədi İbad-94” (2005), “Xarıbülbül” (2006) və digər filmlərin müəllifidir.

Arif Qazıyev 1988-ci ildə Muğam Teatrını yaradıb, uzun müddət teatrın bədii rəhbəri və baş rejissoru olub.

Əməkdar incəsənət xadimidir, 2008-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Arif Qazıyev 24 fevral 2022-ci ildə 84 yaşında insultdan vəfat edib.[1] Nardaran qəbiristanlığında dəfn olunub.

Arif Qazıyev "Şöhrət" ordeni ilə təltif olunub (2008).

1 may 2017-ci ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[2]

  1. Acılar bitməz (film, 2009)(tammetrajlı bədii film) — çəkilişə köməklik edən
  2. Avtomobildən qorun (film, 1974)
  3. Ayna (film, 2000)
  4. Bəstəkar Qara Qarayev. Opus-78 (film, 1979)
  5. Bəstəkar Rauf Hacıyev (film, 1982)
  6. Bir ovuc torpaq (film, 2009)
  7. Bizim universitet (film, 1969)
  8. Çalır Kamera Orkestri (film, 1968)
  9. Çalır Tamilla Mahmudova (film, 1966)
  10. Çempionlar məktəbi (film, 1972)
  11. Dan ulduzu, tale ulduzu (film, 2001)
  12. Gülüstan bayatı-şiraz (film, 1972)
  13. Kəpəz (film, 1972)
  14. Kommunist haqqında poema (film, 1977)
  15. Konsert proqramı (film, 1971)
  16. Məhəbbət haqqında əfsanə (film, 1967)
  17. Məşədi İbad-94 (film, 2005)
  18. Payız melodiyaları (film, 1974)
  19. Qara Qarayev (film, 2003)
  20. Qurultaydan qurultaya (film, 1971)
  21. Salam, Zeynəb! (film, 1982)
  22. Şəhər üzərində mahnı (film, 1965)
  23. Sevinc (film, 1968)
  24. Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970)
  25. Şur (film, 1967)
  26. Təsnif (film, 1969)
  27. Torpaq patriarxları (film, 1971)
  28. Toyda görüş (film, 1970)
  29. Üçüncü simfoniya (film, 1968)
  30. Xalq təranələri (film)
  1. "Rejissor Arif Qazıyev vəfat edib". 2022-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-24.
  2. President.Az. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-03.