Arpaçay su anbarı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Arpaçay su anbarı
Ölkə  Azərbaycan
YerləşməsiAzərbaycan Azərbaycan
Naxçıvan MR
Arpaçay su anbarı (Azərbaycan)


Arpaçay su anbarıAzərbaycanın Naxçıvan Muxtar Respublikasında Şərur rayonunun Gümüşlü kəndində[1] yaradılmış su anbarı 1977-ci ildə istifadəyə verilmişdir. Sonrakı illərdə Arpaçay sağ və sol sahil kanalları çəkilib. Dəryaçadan Şərur, Kəngərli və Sədərək rayonlarında 20 min hektardan artıq əkin sahələrinin suvarılmasında istifadə olunur[2].

2007-ci ilin dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına 18,6 milyon manat məqsədli vəsait ayrılmışdır. Bu vəsait sənaye və tikinti xərclərinin tərkib hissəsi kimi ayrılıb. Vəsaitin 15 milyon manatı Naxçıvanın qazlaşdırılması işinin növbəti mərhələsinin həyata keçirilməsinə, 3,6 milyon manatı isə Arpaçay su anbarının yenidən qurulması və əsaslı təmirinə xərclənib[3].

2008-ci ildə su anbarında yenidənqurma işləri aparılıb. Arpaçay su anbarının ümumi su tutumu artırılıb. Dəryaçada bir sıra avadanlıqların istismar müddətinin bitməsi, bənddə sızmaların qarşısının alınması məqsədilə həyata keçirilən yenidənqurma və əsaslı bərpa işləri çərçivəsində su anbarında qülləli suburaxıcının elektrik avadanlığı və avtomatlaşdırma sistemi yenidən qurulub, suburaxıcı şaxtaya gedən yol təmir edilib. Faydalılıq həcmi 140 mln kubmetr olan dəryaçada aparılan əsaslı və yenidənqurma işləri onun maksimal həddə-150 mln kubmetr su ilə doldurulmasına imkan verəcək. 2007-ci ildən başlayan yenidənqurma işləri nəticəsində isə su anbarında gölün şaxtadan 52 metr dərinlikdə yerləşən dibinə enmək üçün lift quraşdırılıb. Gölün su sızıntılarını axıtmaq üçün beton kanallar çəkilib, istismar tunelinin sonunda su qəbuledici qurğuda bərpa işləri aparılıb. Su anbarının inzibati binası üçün yeni bina tikilib[4].

Ermənistanın Azərbaycana qarşı yönəldilən düşmənçilik siyasəti nəticəsində Şərur düzünü suvaran Arpaçay su anbarını su ilə doldurmaq mümkün deyildir. Belə ki, Ermənistan Respublikası ərazisində 1981-ci ildə Arpaçay üzərində həcmi 24 mln. m3 olan Keçid su anbarı istifadəyə verilmişdir. Onun tikintisi ilə eyni zamanda buradan Göyçə gölünə çəkilmiş tunel və su kəməri vasitəsi ilə ildə 280 mln. m3 su (çayın illik axımının 40%-i) gölə axıdılır. Odur ki, yerdə qalan su ilə Arpaçay su anbarını doldurmaq mümkün olmur və əvvəllər suvarılan torpaqların xeyli hissəsi susuz qalır. Bundan əlavə Bərgüşad (Vorotan) çayı üzərində tikilmiş və həcmi 3,4 mln. m3 olan Anqexakot su anbarından da həmin tunellə Sevana su verilir. Azərbaycan torpaqlarını susuz qoyaraq ArpaçayBərgüşad çayları axımının xeyli hissəsinin Sevana axıdılmasında məqsəd Razdan kaskadında fəaliyyət göstərən və ümumi güjü 550 min kVt. olan su elektrik stansiyalarını, 10 min hektarlarla suvarılan torpaqları su ilə təmin etmək və bunun nəticəsində son 30 il ərzində səviyyəsi 17 m aşağı düşmüş Sevan gölünü ekoloji fəlakətdən qurtarmaqdır.