Arximed qanunu
Arximed qanunu - aerohidrostatikanın əsas qanunlarından biridir. Mayeyə və ya qaza batırılmış cisim, sıxışdırılıb çıxartdığı mayenin və ya qazın çəkisinə bərabər qüvvə ilə şaquli yuxarı itələnir. Bu qüvvəyə arximed qüvvəsi deyilir. İlk dəfə eramızdan əvvəl III əsrdə yaşamış yunan alimi Arximed tərəfindən kəşf olunmuşdur. Bu səbəbdən gəmilər batmadan dəniz üzərində hərəkət edir. İndiyə qədər bəşər tarixinin yetişdirdiyi ən böyük dühalardan biri - Arximed...Yəqin ki, bu böyük alimin adını eşidəndə uşaqdan böyüyə hər birinizin ağlına ilk olaraq onun məşhur "Evrika!" (Tapdım!) kəlməsi gəlir. Qədim Yunan dövlətinin paytaxtı, Siciliya adasında yerləşən Sirakuza şəhərində anadan olan bu dahi şəxsiyyət, əslində öz dövründə bir çox texniki kəşfləri ilə də məşhurlaşıb. Onun nəzəri əsərləri heyrət ediləcək dərəcədə çoxcəhətlidir. Arximedin əsas əsərləri riyaziyyat (həndəsə), fizika, hidrostatika və mexanikanın müxtəlif praktik tətbiqlərinə aiddir. Hidrostatikanın ilk və əsas qanununu Arximed kəşf etmişdi. Bu qanun onun adını daşıyır. Həmin qanuna görə mayeyə batırılmış cisim onun çıxardığı mayenin çəkisinə bərabər qüvvə ilə mayedən itələnir. Lakin qanunun necə kəşf edilməsi ilə bağlı yanlış versiyalar irəli sürülür.
Əfsanəyə görə, Arximed bir dəfə hamamda vannada uzanıb ayağını qaldırarkən ayağının çox asan qalxdığını görür. Ağlına gələn ilk fikirdən vəcdə gələn alim "Evrika!", "Tapdım!", - deyə qışqıraraq vannadan çıxır. Bu rəvayətin başqa bir variantı isə belədir: Arximed hamamda su dolu vannaya girərkən, suyun vannadan daşdığını görür, məşhur qanun ağlına gəlir və o, "Evrika!", - deyə qışqıraraq, çılpaq vəziyyətdə küçəyə qaçır.
Bu rəvayətlər maraqlı olsa da, əslində həqiqətə uyğun deyil. Məşhur "Evrika!" kəlməsi Arximed qanununun kəşf edilməsi ilə əlaqədar deyil, metalların xüsusi çəkisi qanunu tapılarkən deyilib.
Rəvayətə görə, Sirakuza hökmdarı Giyeron tac hazırlamaq üçün zərgərə qızıl verir. Zərgərin hazırladığı tacın çəkisi hökmdarın verdiyi qızılın çəkisinə bərabər idi. Lakin Giyeron zərgərin düzgünlüyünə şübhə ilə yanaşaraq, Arximedi yanına çağırır və tacdakı qızılın onun verdiyi qızıla uyğun olub-olmadığını yoxlamağı əmr edir. Bunun üçün Arximed hər birinin çəkisi tacın çəkisinə bərabər olan iki külçə hazırlayır: biri qızıldan, o biri gümüşdən. Sonra onları növbə ilə içərisində su olan qaba salaraq hər dəfə suyun nə qədər qalxdığını qeyd edir. Axırda tacı qabdakı suya salıb onun qalxma səviyyəsinə görə müəyyən edir ki, tacın həcmi qızıl külçəsinin həcmindən artıqdır. Beləliklə, zərgərin qızıldan oğurlayaraq, əvəzinə ucuz metaldan istifadə etdiyi sübut olunur.
Pun müharibəsi zamanı Sirakuza şəhərinin romalılardan müdafiəsi zamanı Arximed bir neçə döyüş maşını icad edir. Onların köməyi ilə yerli əhali sayca onlardan qat-qat çox olan düşmənə üç ilə yaxın müqavimət göstərə bilir. Belə döyüş maşınlarından biri romalıların gəmilərini yandıra bilən güzgülər sistemi idi.
Məşhur alim elə Sirakuzanın mühasirəsi zamanı da həlak olur. 75 yaşlı alim öz evinin həyətində, qum üzərində həndəsi fiqurlar çəkərək, qarşısına qoyduğu riyazi məsələnin həlli ilə məşğul olarkən Roma əsgərləri tərəfindən qətlə yetirilir.
Düstur
[redaktə | mənbəni redaktə et]Mayeyə batırılmış cisim onun çıxardığı mayenin çəkisinə bərabər qüvvə ilə mayedən itələnir:
1:həmişə
2:bir az batarsa
3:tam batsa
əlavə
P — cismin təzyiqi, P0 — havadakı təzyiqdir.