Atababa Musaxanlı
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Atababa Musaxanlı | |
---|---|
Atababa Daşdəmir oğlu Musaxanlı | |
Doğum tarixi | 1905 |
Doğum yeri | |
Vəfat tarixi | 14 avqust 1941 |
Fəaliyyəti | ədəbiyyat tənqidçisi |
Atababa Musaxanlı (1905, Bakı – 14 avqust 1941) – ilk ədəbi tənqidçilərimizdən və "Kitabi – Dədə Qorqud"un ilk tədqiqatçılarından biri. 1934-cü ildən AYB-nın üzvü.
Həyatı
[redaktə | mənbəni redaktə et]Atababa Daşdəmir oğlu 1905-ci ildə Bakı şəhərində anadan olmuşdu. İbtidai təhsilini rus –tatar məktəbində alıb. Sovet hakimiyyəti qurulandan sonra şəhər orta məktəbini bitirib. 1921–1924-cü illərdə Ali Pedoqoji İnstitutun dil və ədəbiyyat şöbəsini fərqlənmə diplomu ilə bitirib. Sonradan Bakı Pedoqoji Texnikumunda dil və ədəbiyyat müəllimi kimi çalışıb. 1934-cü ildə Azərbaycan Yazıçılar Birliyinə daxil olur. Orta və Ali məktəblər üçün proqram və dərsliklər hazırlayıb. 17 dekabr 1937-ci ildə tutulub. 31 dekabr 1937-ci ildə güllələnməyə məhkum olub.
Sonradan güllələnmə sürgün cəzası ilə əvəz olunub. 1941-ci il avqustun 14-də cəza tədbirləri dövründə həlak olmuşdur.
Məqalələri
[redaktə | mənbəni redaktə et]- Şaiq
- Ədəbiyyat tarixində Sabir
- Aran köçü və müəllifi (H. K. Sanılıya)
- Mirzə Fətəlinin ictimai, tərbiyəvi mübarizələri
- Azərbaycan ədəbiyyatının inkişafı və xüsusiyyətləri
- Böyük ustad (M. Qorkinin ölümünə)