Atami Seks Muzeyi
Atami Seks Muzeyi | |
---|---|
Atami hihokan (熱海秘宝館?) | |
Açılış tarixi | 1980 |
Mövzu | seks |
Ölkə | |
Yerləşir | Atami, Şizuoka prefekturası |
35°05′12″ şm. e. 139°04′48″ ş. u.HGYO | |
atami-hihoukan.jp |
Atami seks muzeyi (熱海秘宝館, Atami hihokan?) – Yaponiyanın Atami şəhərində yerləşən seks muzeyi. Muzey Yaponiyanın seks mədəniyyətinə həsr olunmuşdur. Yaponiyada fəaliyyət göstərən sonuncu seks muzeyidir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Muzey 1980-ci ildə açılmışdır.[1] Həmin dövrdə Yaponiyada 40-dan çox seks muzeyi olsa da, 1990-cı illərdən etibarən onların sayı azalmağa başlamışdır.[1] Bu muzey həmin dövrdən qalan sonuncu seks muzeyidir.[1]
Xüsusiyyətlər
[redaktə | mənbəni redaktə et]Muzeydə Edo dövrünə aid şunqalar və ipək prezervativlər, qədim taxta dildolar, seks oyuncaqları, holoqramlar, hentay kimi fetişləri təsvir edən heykəlciklər, abstrakt lüt manekenlər nümayiş etdirilir.[1][2][3] Muzeyin interaktiv sərgi bölməsində ziyarətçilər nəhəng penisə dırmaşa və ya Merilin Monronun paltarını havaya qaldıran külək maşınından istifadə edə bilərlər.[3]
Muzey Atami qəsrinin qarşısında yerləşir. Giriş üçün minimum 18 yaş tələb olunur.[1] Muzeydə şəkil çəkmək qadağandır.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 "Atami Adult Museum". Gaijinpot Travel (ingiliscə). (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2022.
- ↑ "Atami Adult Museum (Hihokan)". Tokyo Cheapo (ingiliscə). (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2022.
- ↑ 1 2 "Atami Adult Museum". Atlas Obscura (ingiliscə). 4 aprel 2012. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2022.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- atami-hihoukan.jp — Rəsmi saytı